DYPdən xəbərdarlıq: Yollarda ehtiyatlı olun!
Digərləri 28 Dek 2025 20:34:00 67 0
Respublikanın bir sıra dağlıq və dağətəyi rayonlarında qarın yağması və hava temperaturunun aşağı düşməsi nəticəsində yol şəraiti mürəkkəbləşib.
Bu xəbəri də oxu: Milli Məclisdə kadr və struktur
Son.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
İdarə xəbərdarlıq edib ki, axşam saatlarında temperaturun daha da enməsi səbəbindən yol örtüyündə gizli buzlaşma ehtimalı artır ki, bu da qəza riskini əhəmiyyətli dərəcədə yüksəldir. Hərəkət iştirakçılarının mənzil başına təhlükəsiz çatması üçün yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparsa da, bəzi sürücülərin yola hazırlıqsız çıxması həm onların özləri, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi axşam saatlarında yol şəraitinin daha riskli olduğunu nəzərə alaraq sürücüləri səfərlərə çıxarkən axşam saatlarında yol şəraitinin daha təhlükəli olduğunu unutmamağa, qış mövsümünə uyğun təchiz edilməmiş, xüsusilə şinlərinin protektor hündürlüyü normadan az olan, işıqlandırma və isitmə sistemləri nasaz avtomobillərlə riskli istiqamətlər üzrə hərəkətdən çəkinməyə, körpülərdə, sərt döngələrdə, enişli-yoxuşlu və buzlaşmaya meyilli yol sahələrində axşam saatlarında daha yüksək diqqət və ehtiyat göstərməyə çağırır.
"Anamla çoxdandır görüşmürəm. Amerikada yaşayır. Çox illər keçi
İl boyu müştəri üzünə həsrət qalan avtomobil bazarındakı vəziyyətin
"Hamı mənə Merilin Monro deyir. Sevinirəm ki, belə bir dünyada məni
Dünya aviasiya tarixində ilk dəfə olaraq Türkiyədə iki pilotsuz döyüş
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qəzza sektorunda vəziy
"ChatGPT" neyroşəbəkəsini hazırlayan "OpenAI" şirkəti
Vaşinqton Universiteti və Toyota Tədqiqat İnstitutu tərəfindən aparılan
Dekabrın 28-də gecə yarısından başlayaraq Kəlbəcər rayonuna qar yağma
2040-cı ilə qədər paytaxt ərazisində qəzalı və istismar müddəti başa
Sosial şəbəkələrdə maraqlı və eyni zamanda gülüş doğuran video yayı
Göygöl Rayon Ağsaqqallar Şurasının sədri Dilqəm Dilənov 75 yaşında v
