Xarici ölkələrdəki silahlı münaqişələrdə iştirak etmək ağır cinayətdir Baş Prokurorluq


Siyasət 29 Dek 2025 13:22:00 79 0

Xarici ölkələrdəki silahlı münaqişələrdə iştirak etmək ağır cinayətdir  Baş Prokurorluq

Son dövrlər hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar və mediada yayılan məlumatlara əsasən Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda, eləcə də digər silahlı münaqişələrdə Azərbaycan Respublikasının bəzi vətəndaşlarının da iştirak etməsi halları müşahidə olunur.

Son.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun vətəndaşlara müraciətində bildirilib.

"Təəssüflə qeyd edirik ki, bu döyüşlər nəticəsində həlak olan, ağır yaralanan, habelə əsir düşən vətəndaşlarımız var.

Bildiririk ki, Azərbaycan Respublikası vətəndaşlarının həyatını, təhlükəsizliyini, hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi və vəzifəsi kimi qəbul edərək, qanunvericiliyə zidd fəaliyyət göstərən, hüquq qaydalarını pozan hər bir şəxsə münasibətdə hüquqi məsuliyyətin qaçılmazlığı prinsipi əsasında qətiyyətli və barışmaz mövqe nümayiş etdirir.

Belə ki, xarici dövlətlərin ərazisindəki silahlı münaqişələrdə iştirak etmək sadəcə fərdi seçim deyil, milli cinayət qanunvericiliyi və beynəlxalq konvensiyaların tələblərinə görə ağır, bəzi hallarda isə xüsusilə ağır cinayətdir", - müraciətdə qeyd edilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən muzdluluq, yəni hərbi münaqişədə və hərbi əməliyyatlarda iştirak edən dövlətin vətəndaşı olmayan, onun ərazisində daimi yaşamayan, habelə rəsmi vəzifələrin yerinə yetirilməsi üçün göndərilməyən, maddi mükafat əldə etmək məqsədilə fəaliyyət göstərmək, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qrupların fəaliyyətində iştirak etmə cinayət hesab olunaraq, bu əməllərə görə müəyyən müddətə (8 ildən 20 ilədək) və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur:

"Vətəndaşlarımızın diqqətinə çatdırılır ki, hər hansı bir ideoloji, maddi, şəxsi və sair maraqdan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmək cinayət hesab edilir.

Artıq bu növ fəaliyyətlərlə məşğul olan bir neçə vətəndaşımız barəsində Azərbaycan Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən cinayət işləri başlanılıb və bəzi işlər üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib və təqsiri sübuta yetirilən şəxslər barəsində müvafiq hökmlər çıxarılaraq həmin şəxslər uzunmüddətli azadlıqdan məhrum etmə cəzalarına məhkum ediliblər. Bu kateqoriyadan olan digər cinayət işləri üzrə isə hazırda ibtidai istintaq davam etdirilir.

Ölkəmizin hüquq-mühafizə orqanları qeyd olunan qanunsuzluqların qarşısının alınması və qanuna zidd əməllərə yol verənlərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində bütün zəruri tədbirləri görməkdədir.

Xatırladaq ki, Konstitusiyaya əsasən Azərbaycan vətəndaşının vəzifəsi öz dövlətinin qanunlarına riayət etmək və öz vətənini müdafiə etməkdir. Heç bir maddi maraq sizin həyatınızdan, azadlığınızdan və gələcəyinizdən daha əhəmiyyətli ola bilməz. Qanunsuz fəaliyyətlərdən çəkinmək və milli maraqları uca tutmaq isə hər birimizin mənəvi və hüquqi məsuliyyətidir.

Vətəndaşlarımızı ayıq-sayıq olmağa, qanunsuz çağırışlara uymamağa və dövlətimizin qanunlarına hörmətlə yanaşmağa çağırırıq".

Alimlərdən xəbərdarlıq: Çatbotlar psixi problemləri dərinləşdirə bilər like
  • 29 Dek 13:00  
Digərləri Alimlərdən xəbərdarlıq: Çatbotlar psixi problemləri dərinləşdirə bilər

Alimlərin fikrincə, çatbotlardan istifadə hər kəsdə psixoz yaratmır, lak

arrow Ətraflı
"İki nəfərə hər ay 10 kq ƏT ALIRIQ" like
  • 29 Dek 12:50  
Şou-biznes "İki nəfərə hər ay 10 kq ƏT ALIRIQ"

Əməkdar artist Sevinc Sarıyeva son açıqlaması ilə müzakirələrə səbə

arrow Ətraflı
Əməkdar artistin əməliyyatdan sonra bədəni çürüyür? like
  • 29 Dek 12:40  
Şou-biznes Əməkdar artistin əməliyyatdan sonra bədəni çürüyür?

Plastik cərrah, Səhiyyə Nazirliyinin eksperti Vüqar Ələkbərovla bağlı B

arrow Ətraflı
Gecə Bakıda temperatur 0 dərəcə olacaq like
  • 29 Dek 12:33  
Digərləri Gecə Bakıda temperatur 0 dərəcə olacaq

Dekabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Bayram süfərində niyə Brüssel kələmi olmalıdır? like
  • 29 Dek 12:30  
Digərləri Bayram süfərində niyə Brüssel kələmi olmalıdır?

Həkim Yeni il bayramını mədə problemləri olmadan keçirmək üçün tövsi

arrow Ətraflı
AzTVdə “100 il” adlı qısametrajlı sənədli film yayımlandı like
  • 29 Dek 12:22  
Şou-biznes AzTVdə “100 il” adlı qısametrajlı sənədli film yayımlandı

AzTV-də "100 il" adlı qısametrajlı sənədli film yayımlanıb. 

arrow Ətraflı
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də olublar  FOTO like
  • 29 Dek 12:17  
Siyasət Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də olublar FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban

arrow Ətraflı
Tanınmış aktrisanın səhnədə başına qapı düşdü like
  • 29 Dek 12:15  
Şou-biznes Tanınmış aktrisanın səhnədə başına qapı düşdü

Məşhur aktrisa Aslı Bekiroğlu səhnədə baş verən bədbəxt hadisə ilə

arrow Ətraflı
Bakıda məktəbli xərçəngdən vəfat etdi like
  • 29 Dek 11:49  
Digərləri Bakıda məktəbli xərçəngdən vəfat etdi

Bakıda daha bir orta məktəb şagirdi vəfat edib.

arrow Ətraflı
Bakıda yanğında xəsarət alan şəxs öldü like
  • 29 Dek 11:19  
Digərləri Bakıda yanğında xəsarət alan şəxs öldü

Bakıda yanğında xəsarət alan şəxs ölüb.

arrow Ətraflı
“Azəriqaz”dan iddialara cavab: Kiminsə şübhəsi varsa... like
  • 29 Dek 11:13  
Digərləri “Azəriqaz”dan iddialara cavab: Kiminsə şübhəsi varsa...

Son günlər sosial şəbəkələrdə "Azəriqaz" İstehsalat Birliyin

arrow Ətraflı
Bank və poçt filialları bayramda işləyəcək? like
  • 29 Dek 11:07  
Digərləri Bank və poçt filialları bayramda işləyəcək?

31 dekabr 2025 - 4 yanvar 2026-cı il tarixləri olan qeyri-iş günlərində ba

arrow Ətraflı
Sevdiklərinizi bayram günündə kor etməyin like
  • 29 Dek 11:06  
Digərləri Sevdiklərinizi bayram günündə kor etməyin

Bayram günlərində istifadə olunan pirotexniki vasitələr ciddi təhlükə y

arrow Ətraflı
Tamamilə yeni “Niva” like
  • 29 Dek 11:05  
Digərləri Tamamilə yeni “Niva”

"AvtoVAZ" şirkəti 2026-cı il üçün model xəttini genişləndirm

arrow Ətraflı
Səbail və Yasamalda qaz yoxdur like
  • 29 Dek 10:59  
Digərləri Səbail və Yasamalda qaz yoxdur

Səbail və Yasamal rayonlarında yeni çəkilmiş qaz xətlərinin mövcud şə

arrow Ətraflı