Bayram süfərində niyə Brüssel kələmi olmalıdır?
Digərləri 29 Dek 2025 12:30:00 82 0
Həkim Yeni il bayramını mədə problemləri olmadan keçirmək üçün tövsiyələr verib.
Bu xəbəri də oxu: Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək? AÇIQLAMA
Son.az xəbər verir ki, Britaniyalı ailə həkimi Kler Merrifild həssas bağırsaq sindromu olan insanlara Yeni il menyusuna Brüssel kələmini daxil etməməyi məsləhət görüb.
Həkimin sözlərinə görə problem tərəvəzin dadında deyil, həzm sisteminə təsirindədir. Xüsusilə bağırsaq pozuntularından əziyyət çəkən insanlarda Brüssel kələmi köp, spazm və narahatlıq yarada bilər.
Merrifild bildirib ki, təxminən hər 10 nəfərdən 1-də həssas bağırsaq sindromu müşahidə olunur. Bu vəziyyət zamanı qarında ağrı, köp, ishal və ya qəbizlik yarana bilər. Simptomlar qəfil başlaya və ya həftələrlə davam edə bilər. Bu hallarda qidalanmaya diqqət etmək vacibdir.
Yeni il yeməkləri bu insanlar üçün daha çətin olur. Çünki bayram yeməkləri adətən yağlı qidalar, spirtli içkilər və qaz yaradan məhsullarla zəngin olur. Həkim Brüssel kələmi əvəzinə kök, yaşıl noxud və ya lobya kimi daha yüngül tərəvəzləri seçməyi tövsiyə edir.
Həkim həmçinin yağlı yeməklərin və şirniyyatların azaldılmasını məsləhət görür. Şokolad, pendirli yeməklər və desertlər həssas bağırsaq sindromunun əlamətlərini gücləndirə bilər. Bundan əlavə, kofe və alkoqolun miqdarına nəzarət etmək, kofeinsiz içkilərə, meyvəli suya və ya nanə çayına üstünlük vermək tövsiyə olunur.
Stress də bu problemin artmasına səbəb ola bilər. Merrifild bayram zamanı sakitləşdirici nəfəs məşqləri və sadə rahatlama üsullarından istifadə etməyi məsləhət görür.
Həkim geyim seçiminə də diqqət çəkib. Onun sözlərinə görə, süfrə arxasında rahat və boş geyimlər geyinmək köp və narahatlığın azalmasına kömək edir.
Nəticə olaraq, düzgün qidalanma, ölçülü yemək və stressə nəzarət etməklə Yeni il bayramını mədə problemləri olmadan keçirmək mümkündür.
İsmayıl Son.az
AzTV-də "100 il" adlı qısametrajlı sənədli film yayımlanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban
Məşhur aktrisa Aslı Bekiroğlu səhnədə baş verən bədbəxt hadisə ilə
Son günlər sosial şəbəkələrdə "Azəriqaz" İstehsalat Birliyin
31 dekabr 2025 - 4 yanvar 2026-cı il tarixləri olan qeyri-iş günlərində ba
Bayram günlərində istifadə olunan pirotexniki vasitələr ciddi təhlükə y
Səbail və Yasamal rayonlarında yeni çəkilmiş qaz xətlərinin mövcud şə
ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında tel
Yanvarın əvvəlində maraqlı astronomik hadisə - Kvadrantid meteor yağış
Dekabrın 30-31-i tarixlərində geomaqnit qasırğası gözlənilir.
Aparıcı Vüsalə Əlizadə şəxsi evindən görüntüləri izləyiciləri il
