Sevinc Osmanqızı və digərlərinin məhkəməsi başlayır
Digərləri 29 Dek 2025 22:00:00 51 0
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Sevinc Mirzəyeva (Osmanqızı), Abid Qafarov, Beydulla Manafovun məhkəməsi başlayır.
Bu xəbəri də oxu: Elxan İbrahimov özəl şirkətlərdən pul yığırmış?
Son.az xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası 30 dekabra təyin edilib.
Qeyd edək ki, Sevinc Osman qızı Mirzəyeva barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. Bildirilib ki, o, istintaq orqanından qaçaraq Azərbaycanın hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı həmin tarixdə axtarış elan edilib.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
18 sentyabr 2025-ci il tarixdə ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək Sevinc Mirzəyeva barəsində Azərbaycan Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Həmin qərara əsasən, youtube internet portalında istifadəsində olan "Sevinc Osmanqızı TV" adlı kanalında 17 fevral 2019, 17 oktyabr 2019 və 25 iyul 2020-ci il tarixlərdə yayımladığı video müraciətlərində insanların iradəsinə təsir edib, onları Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviq etməyə çıxmaqla Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və ya zorakılıqla müşaət olunan ixtişaşlara açıq çağırışlar etməsinə, həmçinin bu cür məzmunli video meteralları qeyri məhdud sayda şəxslərin izləyə biləcəyi internet resusları vasitəsi ilə yayılmasına, habelə Manafov Beydulla Ənvər oğlu və qeyriləri ilə bir qrup şəxs halında birləşərək həmin kanalda 2 sentybr 2023 və 13 yanvar 2024-cü il tarixlərdə dialoq zamanı ümumi cinayətkar niyyətə uyğun əlbir olduğu şəxsin fikirlərini dəstəkləməklə insanların iradəsinə təsir edərək, onları Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviq etməyə çıxmaqla bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və ya zorakılıqla müşayiət olunan iğtişaşlara açıq çağırışlar edilməsinə nail olmasına, qeyd olunan video materialları idarə etdiyi kanalda qeyri-məhud şəxslərin baxa biləcəyi internet resusları vasitəsi ilə təkrarən yaymasına, eləcə də, Qafarov Abid Abdin oğlu və qeyriləri ilə bir qrup şəxs halında birləşərək həmin kanalda 26 iyun 2024-cü il və 9 dekabr 2024-cü il tarixlərində dialoq zamanı ümumi cinayətkar niyyətə uyğun əlbir oğlduğu şəxsin fikirlərini dəstəkləməklə insanların iradəsinə təsir edərək, onları Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və ya zorakılıqla müşayiət olunan iğtişaşlara açıq çağırışlar edilməsinə nail olmasına, qeyd olunan video materialları idarə etdiyi kanalda qeyri-məhud şəxslərin baxa biləcəyi internet resusları vasitəsi ilə təkrarən yaymasına əsalı şübhələr müəyyən edilib.
Daxili Qoşunların Hərbi Hospitalına uzun müddət rəhbərlik etmiş tibb xi
"Dekabrın 29-na keçən gecə Kiyev Rusiya Federasiyası Prezidentinin Nov
Şampan az spirtli içki sayılsa da, bəzi insanlar üçün ciddi sağlamlıq r
Bu gün günorta saatlarında Bakı-Ələt-Qazax magistral yolunun Hacıqabul ra
Xəbər verdiyimiz kimi, plastik cərrah Vüqar Ələkbərovun əməliyyat etdiy
Xalq artisti Faiq Ağayev doğum gününə özəl olaraq yeni nəğmə təqdim e
Bakı Müasir Musiqi Cəmiyyəti Beynəlxalq Muğam Mərkəzində "Kiçik
Zaqatalada baş verən yol qəzasında 7 nəfər xəsarət alıb.
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə
Türkiyəli tanınmış jurnalist Fatih Altaylı azadlığa buraxılıb.
Beynəlxalq Muğam Mərkəzində muğam ifaçısı, Xalq artisti Baba Mahmud oğ
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın Fransanın iqtisadiyyatına
M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Kamera
