Onlar mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir
Digərləri 30 Dek 2025 12:13:00 88 0
Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyyatıyla bağlı sənədlərə görə rüsumdan azad edilir.
Bu xəbəri də oxu: Avro bahalaşdı, rubl ucuzlaşdı
Son.az xəbər verir ki, bu, Milli Məclisin 16 dekabrda keçiriləcək iclasının gündəliyinə daxil edilən "Dövlət rüsumu haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 6-cı və "Dövlət rüsumu haqqında" qanunun 26-cı maddələrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələrini müəyyən edilir.
Buraya aiddir:
- daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı reyestrdən çıxarışın, texniki sənədlərin (pasport və plan ölçü) verilməsi;
- torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərzçəkmə işlərinin görülməsi;
- daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına
- (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi; ipotekanın dövlət qeydiyyatına alınması;
- eləcə də daşınmaz əmlaka dair digər hüquqi hərəkətlər.
Təklif olunan dəyişiklik sosial cəhətdən həssas əhali kateqoriyasının - müharibə ilə əlaqədar, 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar (o cümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar) əlilliyi müəyyən edilmiş şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin həmin xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumundan azad olunmasını nəzərdə tutur.
Azadolma qeyd olunan kateqoriyadan olan şəxslərin sosial müdafiəsinə yönəlib.
Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Qazaxıstanda Yeni ili qeyri-adi şəkildə qarşılamaq istəyən avtomobil hə
Paytaxtın Nizami rayonunda oğurluq hadisəsi baş verib.
Plastik şüşədəki suyun sağlamlığa daha zərərli olduğu açıqlanıb.
Azərbaycan Somali ilə diplomatik pasport sahiblərini vizadan qarşılıqlı a
Sabah başa vurmağa hazırlaşdığımız 2025-ci il həm də Azərbaycanın h
"Space TV"də yayımlanan "Banu" verilişinin keçmiş apar
Sumqayıt Dövlət Universitetinin rektor əvəzi, Azərbaycan Milli Elmlər Aka
Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova yeni foto
Bu il Azərbaycanda siyasi fəaliyyət sahəsində diqqətçəkən bir yenilik q
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
30 yaşdan sonra məhdudlaşdırılması tövsiyə olunan qidalar açıqlanıb.
"Master Chef Türkiyə" proqramı ilə şöhrət qazanan aşpaz Somer
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən M
