Bayram günlərində təcili tibbi yardıma müraciət edənlərin sayı
Digərləri 27 Mar 2025 23:36:00 388 0
Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Bu xəbəri də oxu: Ruxsara Əliyeva vəfat etdi FOTO
Bu barədə Son.az-a TƏBİB-dən məlumat verilib.
"Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 20.03.2025 - 26.03.2025-ci il tarixlərində 14 370 çağırış daxil olub. Bu çağırışlardan 1 284 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.
58 region üzrə isə bayram günlərində təcili tibbi yardım xidmətinə 15 598 çağırış daxil olub. 1 597 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib", - məlumatda deyilir.
Qeyd edilib ki, daha çox 21 və 22 mart tarixlərində müraciət qeydə alınıb.
"Belə ki, 21.03.2025-ci il tarixində müraciət sayı 2 159, hospitalizasiya olunanların sayı 191, 22.03.2025-ci il tarixində müraciət sayı 2 134, hospital olunanların sayı 199 təşkil edib.
Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub", - deyə TƏBİB-dən bildirilib. Son.az
Trampın məktubunun cavabını Oman vasitəsilə göndərdik.
Bakıda daha bir dairə ləğv edilir. Eyni zamanda, ərazidəki məşhur restor
"Bank kartını icarəyə ver, 5000 manat qazan" kimi elanlar artıq s
Müharibə şəraitində olan Ukrayna ilə müqayisədə indi bütün dünya &qu
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin təsis etdiyi "Vah
Biləsuvarın Bəydili kəndində sınıqçı kimi tanınan 1961-ci il təvəll
Ermənistan parlamentinin sədri Alen Simonyan ölkənin üç keçmiş prezident
Ermənistanın Gümrü şəhərində seçki zamanı rüşvət vermək və almaq,
Martın 17-də Bakıda yetkinlik yaşına çatmayan üç rəfiqənin itkin düş
Türkiyənin Radio və Televiziya Ali Şurası İstanbulun həbsdə olan bələd
