Bu məlumatları paylaşan media orqanları məsuliyyətə cəlb olunacaq QƏRAR


Digərləri 09 Fev 2026 12:35:00 215 0

Bu məlumatları paylaşan media orqanları məsuliyyətə cəlb olunacaq  QƏRAR

Ali Məhkəmə "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" yeni Plenum qərarı qəbul edib və məhkəmə təcrübəsinə bir sıra yeniliklər gətirib.

Son.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, əvvəllər bir şəxs digər şəxsə qarşı yalan məlumatlar yaydığı halda şərəf və ləyaqətin müdafiəsi institutundan istifadə etməklə tələblər irəli sürülüb, məlumatın həqiqi olduğu ortaya çıxdıqda isə iddialar təmin olunmayıb. Halbuki, şəxsin barəsində doğru məlumatların öz razılığı olmadan yayılması da qanun pozuntusudur.

Bu hal konstitusion səviyyədə qorunan şəxsi toxunulmazlıq hüququna müdaxilədir və bu hüququ pozulan hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola, həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini, belə məlumatların çıxarılmasını (ləğv edilməsi), ona dəymiş mənəvi zərərin ödənilməsini və s. tələb edə bilər.

Ali Məhkəmə yeni qərarı ilə bu hüququ şərəf və ləyaqətin müdafiəsi hüququndan fərqləndirib və xüsusi olaraq qeyd edib ki, şəxsi toxunulmazlıq hüququ konstitusion mənada şəxsi və ailə həyatının məxfiliyinin qorunmasını nəzərdə tutmaqla, hər bir şəxsin şəxsi və ailə həyatına hörmət edilməsinə, onun cəmiyyətdə özünü rahat və təhlükəsiz hiss etməsinə xidmət edir.

Ali Məhkəmə qərarında şəxsi toxunulmazlıq hüququnun mühüm institutu olan, lakin bu vaxtadək məhkəmə mübahisələrinin içində digərlərinə nisbətən müdafiədən kənarda qalan şəxsi və ailə həyatına hörmət hüququnu geniş şərh edərək ön plana çıxarıb.

Şəxsi və ailə həyatına hörmət hüququ - şəxsi və ailə həyatının sirrini saxlamaq, şəxsi və ailə həyatına hüquqazidd müdaxilədən, yəni öz razılığı olmadan şəxsi həyatı haqqında məlumatın toplanılmasından, saxlanılmasından, istifadəsindən və yayılmasından mühafizə olunmaq hüququdur. Şəxs öldükdə belə bu hüquq vərəsələri tərəfindən müdafiə oluna bilər.

Qanun təkcə şəxsi və ailə həyatına dair məlumatları qorumaqla kifayətlənmir, şəxsin mənzili, avtomobili, xidməti otağı, ləvazimatları, habelə şəxsi xüsusiyyətə malik digər əşyaları, ona məxsus heyvanları, bitkiləri və digər obyektləri də qoruyur.

Şəxs barəsində tibbi məlumatlar, maliyyə və əmlak vəziyyəti ilə bağlı məlumatlar, şəxsi yazışmaları, keçmişi ilə bağlı və digər şəxsi sirr təşkil edən məlumatlar, ünvanı, ailə vəziyyəti, boyu, yaşı, cinsi, ər-arvad arasındakı şəxsi münasibətləri (emosional, cinsi və s.), ailədaxili davranışlar, boşanma səbəbləri, uşaqların mənşəyi və sağlamlıq vəziyyətləri, övladlığa götürmə ilə bağlı məlumatlar, həmçinin ailə üçün məxfi və həssas xarakter daşıyan digər məlumatların şəxsin öz razılığı və ya heç bir qanuni əsas olmadan toplanması, saxlanması, istifadəsi və yayılması, pis niyyətlə şəxsin özünə bildirilməsi qadağandır və mülki məsuliyyətə səbəb olur.

Məqsədli şəkildə və aktiv hərəkətlərlə, heç bir qanuni əsas olmadan, özbaşına kiminsə barəsində məlumat toplamaq qadağandır.

Məsələn, bir şəxs öz maraqları naminə digər şəxs barədə məlumat əldə etmək üçün məxfi məlumatların saxlandığı informasiya bazasına daxil olaraq həmin şəxsə aid fərdi məlumatları toplayırsa bu hərəkət qanunsuz sayılır və mülki məsuliyyətə səbəb olur. Lakin məlumatlar şəxsə özü istəmədən, təsadüfən məlum olarsa, qanunsuz hesab olunmayacaq, bu şərtlə ki, onu aid olduğu şəxsin əleyhinə istifadə etməsin, yaymasın. Məsələn, eyni modeldən olan mobil telefonların dəyişik düşməsi nəticəsində telefonu səhvən əldə edən şəxs onu açarkən təsadüfən şəxsi sirr təşkil edən fotoşəkil və ya yazışmanı görür, bu şəxs gördüklərini istifadə etməsə və ya yaymasa heç bir məsuliyyət daşımayacaq.

Şəxsi və ailə sirri məlumatları aid olduğu şəxslərin razılığı olmadan yaymaq qadağandır. Xüsusilə televiziya və ya radio proqramlarında, sosial şəbəkələrdə və s. kütləvi üsullarla bildirilməsi yayılmanın kütləviliyi baxımından daha böyük həcmdə mənəvi zərərin vurulması ilə nəticələnə bilər. Yayılma audio-videoyazı yolu ilə edilmişsə, onu yayan şəxslə yanaşı media subyekti birmənalı olaraq şəxsi və ailə həyatına hörmət hüququnun pozulması ilə bağlı məsuliyyət daşıyacaq.

Proqramın məzmunu şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə riski daşıdığı halda, mütəmadi canlı şəkildə efirə gedən proqramlar və silsilə şəklində davam edən müxtəlif buraxılışlarda media subyektləri canlı efirə çıxacaq şəxsləri səsləndirdikləri məlumatlara və davranışlara görə insanların şəxsi və ailə həyatına hörmət hüququnun pozulması baxımından məsuliyyət daşıyacaqları barədə əvvəlcədən anlaşılan formada xəbərdar etməlidirlər, əks halda baş vermiş pozuntulara görə media orqanı özü də məsuliyyət daşıyacaq.

İsrail İrana zərbə endirə bilər like
  • 09 Fev 12:28  
Dünya İsrail İrana zərbə endirə bilər

İsrail İrana təkbaşına zərbə endirə bilər.

arrow Ətraflı
Toyuq ixracı dayandırıldı – Azərbaycanda qiymətlər DƏYİŞƏCƏK? like
  • 09 Fev 12:16  
Digərləri Toyuq ixracı dayandırıldı – Azərbaycanda qiymətlər DƏYİŞƏCƏK?

Türkiyədə bu gündən etibarən toyuq məhsullarının ixracı müvəqqəti

arrow Ətraflı
Əməkdar artistin qızları like
  • 09 Fev 12:12  
Şou-biznes Əməkdar artistin qızları

Əməkdar artist Elton Hüseynəliyevin prodüsser xanımı Tamilla Hüseynə

arrow Ətraflı
Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib like
  • 09 Fev 12:03  
Siyasət Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Tica

arrow Ətraflı
“Şərikli çörək” filminin Vaqifi 50 il sonra like
  • 09 Fev 11:52  
Şou-biznes “Şərikli çörək” filminin Vaqifi 50 il sonra

"Şərikli çörək" bədii filmində Vaqif obrazı ilə tamaşaçıla

arrow Ətraflı
Heç bir valideyn narazılıq etmir, əksinə, onlar liseyi dəstəkləyirlər  Direktor like
  • 09 Fev 11:45  
Digərləri Heç bir valideyn narazılıq etmir, əksinə, onlar liseyi dəstəkləyirlər Direktor

"İdrak" liseyində 28 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovan

arrow Ətraflı
Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10da davam etdiriləcək like
  • 09 Fev 11:35  
Digərləri Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10da davam etdiriləcək

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

arrow Ətraflı
Yeni Baş nazir KİMDİR?  DOSYE like
  • 09 Fev 11:29  
Siyasət Yeni Baş nazir KİMDİR? DOSYE

Xəbər verdiyimiz kimi, Cabbar Musayev Naxçıvan Muxtar Respublikasının yen

arrow Ətraflı
Azərbaycanda Baş nazir DƏYİŞDİ like
  • 09 Fev 11:25  
Siyasət Azərbaycanda Baş nazir DƏYİŞDİ

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub.

arrow Ətraflı
Vəfa Şərifova: "Onunla toyum olub" like
  • 09 Fev 11:15  
Şou-biznes Vəfa Şərifova: "Onunla toyum olub"

Müğənni Vəfa Şərifova canlı efirdə qatıldığı "Rəngarəng"

arrow Ətraflı
İİV/QİÇS barədə əhalinin məlumatlılığı artırılır – Erkən diaqnostika həyatı xilas edir like
  • 09 Fev 11:13  
Digərləri İİV/QİÇS barədə əhalinin məlumatlılığı artırılır – Erkən diaqnostika həyatı xilas edir

İlk İİV hallarının ölkəmizdə qeydə alındığı tarixdən bu günə qə

arrow Ətraflı
Saxta xaricdə iş və təhsil elanlarına aldanma  DİNdən XƏBƏRDARLIQ like
  • 09 Fev 11:06  
Digərləri Saxta xaricdə iş və təhsil elanlarına aldanma DİNdən XƏBƏRDARLIQ

Yüksək maaş, sərfəli şərtlər, sürətli sənədləşmə prosesi... İlk

arrow Ətraflı
Nazirlər Kabineti bu qaydalara dəyişiklik etdi like
  • 09 Fev 11:02  
Digərləri Nazirlər Kabineti bu qaydalara dəyişiklik etdi

Nazirlər Kabineti "Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaları

arrow Ətraflı
Mobil telefon gətirənlərə VACİB XƏBƏR  RƏSMİ like
  • 09 Fev 10:55  
Digərləri Mobil telefon gətirənlərə VACİB XƏBƏR RƏSMİ

"Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri

arrow Ətraflı