‘’Trendyol’’un hazırladığı yeni Olimpiya geyim kolleksiyası ‘’MilanKortina 2026’’ ərəfəsində satışa çıxarılıb


Digərləri 09 Fev 2026 18:40:00 268 0

‘’Trendyol’’un hazırladığı yeni Olimpiya geyim kolleksiyası ‘’MilanKortina 2026’’ ərəfəsində satışa çıxarılıb

Trendyol Milan-Kortina 2026 üçün hazırladığı Olimpiya geyim kolleksiyasını satışa çıxarıb

Trendyol tərəfindən dizayn edilən və istehsal olunan yeni geyim kolleksiyası Milan‑Kortina 2026 Qış Olimpiya Oyunları ərəfəsində satışa çıxarılıb. Beynəlxalq Olimpiya Komitəsinin lisenziyası əsasında hazırlanan "Olimpiya Kolleksiyası" dünyanın müxtəlif ölkələrində yaşayan istehlakçılar üçün nəzərdə tutulub və aktuallığını heç vaxt itirməyəcək kolleksiya kimi yaradılıb. "Trendyol"un məhdud sayda təqdim etdiyi Olimpiya Kolleksiyası özündə müasir dizaynlı geyim elementlərini və Olimpiya ruhundan ilhamlanan ikonik detalları birləşdirir. Kolleksiyaya "zip-up" gödəkçələri və kapüşonlu sviterlər, qadın və kişi idman şalvarları, taytlar, suya davamlı gödəkçələr və balaklavalar daxildir. Rahatlıq və funksionallığa xüsusi diqqət yetirilərək dizayn edilən geyimlər gündəlik istifadəyə uyğundur. Məhsullar Türkiyənin yerli istehsalçıları ilə əməkdaşlıq çərçivəsində hazırlanıb və "Trendyol"un beynəlxalq bazarlar üçün nəzərdə tutulmuş kolleksiyalar yaratmaq sahəsindəki təcrübəsini əks etdirir. Kolleksiya Trendyol platformasında satışa çıxarılmaqla yanaşı, 2026-cı ildə Milan şəhərində açılan rəsmi olimpiya mağazalarında və İsveçrənin Lozanna şəhərindəki Olimpiya Muzeyində də təqdim olunacaq. "İdman dünyasının ən nüfuzlu təşkilatlarından biri olan Beynəlxalq Olimpiya Komitəsi ilə iki ildir davam edən əməkdaşlığımız, "Trendyol"un yerli istehsalçılar və beynəlxalq bazarlar arasında əlaqə yaratmaq  missiyasında mühüm rol oynayır. Trendyol tərəfindən dizayn edilərək istehsal olunan Olimpiya Kolleksiyasının "Milan-Kortina 2026 Qış Olimpiya Oyunları" ərəfəsində  beynəlxalq platformalarımız vasitəsilə istifadəçilərin ixtiyarına verilməsindən çox məmnunuq", - deyə ''Trendyol''un beynəlxalq genişlənmə üzrə rəhbəri İrem Çağrı Yılandil bildirib.  Beynəlxalq onlayn ticarət platforması olan Trendyol Paris 2024 Yay Olimpiya Oyunlarından etibarən Beynəlxalq Olimpiya Komitəsinin rəsmi tərəfdaşıdır. Şirkət  Paris 2024 Olimpiya Oyunlarında da idmansevərlərə öz Olimpiya Kolleksiyasını təqdim edib. BOK-un Qlobal Lisenziyalaşdırma Proqramı haqqında Beynəlxalq Olimpiya Komitəsi ilə Trendyol arasında imzalanmış lisenziya müqaviləsi, BOK-un Qlobal Lisenziyalaşdırma Strategiyasının tərkib hissəsidir. Bu strategiyanın əsas məqsədi azarkeşləri təkcə Olimpiya Oyunları dövründə deyil, oyunlararası dövrlərdə də Olimpiya brendini tanıdan rəsmi məhsullar vasitəsilə bir araya gətirməkdir. Olimpiya Kolleksiyası gənc və aktiv auditoriyanı geyim, oyuncaqlar, çantalar, dəftərxana və idman avadanlıqları kimi brend məhsullarla cəlb etməyi hədəfləyir. Bundan əlavə, Beynəlxalq Olimpiya Komitəsinin lisenziyalaşdırma proqramına baş tutacaq bütün Olimpiya və Paralimpiya Oyunları kolleksiyaları, həmçinin keçmiş oyunlardan ilhamlanan Olimpiya İrs Kolleksiyası daxildir. Bu kolleksiyalarda aksessuarlar, suvenirlər, fan geyimləri və geyim məhsulları təqdim olunur. Olimpiya lisenziyalaşdırma proqramları rəsmi lisenziyalı məhsullar, kolleksiya əşyaları və suvenirlərin satışı vasitəsilə azarkeşlərə Olimpiya Oyunları və dəyərləri ilə əlaqə yaratmaq imkanı verir.  

Paşinyan ABŞnin vitseprezidenti ilə görüşdü like
  • 09 Fev 18:26  
Dünya Paşinyan ABŞnin vitseprezidenti ilə görüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-ın vitse-prezidenti Ceyms Devid

arrow Ətraflı
Nəcməddin Sadıkovun müavini olmuş generalleytenantdan xəbər var like
  • 09 Fev 18:13  
Digərləri Nəcməddin Sadıkovun müavini olmuş generalleytenantdan xəbər var

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini-Əm

arrow Ətraflı
Türkiyənin ən varlı 10 məşhur qadın müğənnisi: Seda Sayan onu 3 milyon dollarla qabaqladı like
  • 09 Fev 18:11  
Şou-biznes Türkiyənin ən varlı 10 məşhur qadın müğənnisi: Seda Sayan onu 3 milyon dollarla qabaqladı

Türkiyənin ən zəngin 10 məşhur qadını ilə bağlı maraqlı paylaşım d

arrow Ətraflı
ABŞın vitseprezidenti Ermənistanda like
  • 09 Fev 17:53  
Dünya ABŞın vitseprezidenti Ermənistanda

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Ermənistana səfər edib.

arrow Ətraflı
Qazi faciəli şəkildə həyatını itirdi like
  • 09 Fev 17:44  
Digərləri Qazi faciəli şəkildə həyatını itirdi

Siyəzən rayonu sakini olan Vətən müharibəsi qazisi Cəfərov İzzət Zau

arrow Ətraflı
Sabahdan bu müəllimlərin attestasiyasına başlanır like
  • 09 Fev 17:36  
Digərləri Sabahdan bu müəllimlərin attestasiyasına başlanır

Mədəniyyət Nazirliyinin musiqi və incəsənət sahəsinə aid islahatları

arrow Ətraflı
Pensiyalar bu qədər artır like
  • 09 Fev 17:20  
Digərləri Pensiyalar bu qədər artır

Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyalar indeksləşdiril

arrow Ətraflı
Uşaqların inkişafını ləngidən 5 QİDA like
  • 09 Fev 17:16  
Digərləri Uşaqların inkişafını ləngidən 5 QİDA

Bəzi qidalar uşaqların beyin inkişafına mənfi təsir göstərə bilər.

arrow Ətraflı
"Həmin dərmanı içdim, uşağımı itirdim" like
  • 09 Fev 17:07  
Şou-biznes "Həmin dərmanı içdim, uşağımı itirdim"

Müğənni Şəbnəm Tovuzlu açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
"Bolt" bahalaşdı like
  • 09 Fev 17:07  
Digərləri "Bolt" bahalaşdı

"Bolt" taksi şirkəti Azərbaycanda qiymətləri 10 faiz artırıb.

arrow Ətraflı
Yeni icra başçısı kimdir?  DOSYE like
  • 09 Fev 17:04  
Digərləri Yeni icra başçısı kimdir? DOSYE

Xəbər verdiyimiz kimi, Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayo

arrow Ətraflı
Nəsimi rayonuna icra başçısı təyin edildi like
  • 09 Fev 16:58  
Siyasət Nəsimi rayonuna icra başçısı təyin edildi

Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin ba

arrow Ətraflı
ABŞnin 11 hərbi təyyarəsi Ermənistana endi like
  • 09 Fev 16:54  
Siyasət ABŞnin 11 hərbi təyyarəsi Ermənistana endi

ABŞ-nin 11 hərbi təyyarəsi İrəvana eniş edib.

arrow Ətraflı
Tahir Budaqov vəzifəsindən azad edildi like
  • 09 Fev 16:54  
Siyasət Tahir Budaqov vəzifəsindən azad edildi

T.Y.Budaqovun Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sə

arrow Ətraflı