"Tək yaşayıram, nəvələrimi görməyəndə darıxıram"
Digərləri 10 Fev 2026 16:10:00 267 0
"Paltarlarımı, ayaqqabımı oğlum alır"
Sosial verilişlərin eksperti, tanınmış vəkil Şəfiqə Nağıyeva ailə həyatı ilə bağlı səmimi açıqlamalar verib.
Son.az xəbər verir ki, onun oğlu və nəvələri haqqında söylədiyi fikirlər maraqla qarşılanıb.
Ş.Nağıyeva bildirib ki, hazırda tək yaşayır, oğlu isə ailəsi ilə birlikdə ayrıca mənzildə qalır:
"Özüm tək yaşayıram, oğluma ayrıca ev almışıq. O, ailəsi ilə yaşayır. Oğlum köməkçi işləyir, maşının pulunu mən verirəm, amma çox əziyyət çəkir. Buna baxmayaraq, məni bir dəqiqə belə tək qoymur. Evə gedəndə də yığır, deyirəm ki, imkan ver bir az dincəlim".
Vəkil nəvələri ilə münasibətindən də danışıb: "Nəvələrimin hər gün biri yanımda olur. Paltarlarımı, ayaqqabılarımı onlar alır, evə gətirir, yoxlayıram görürəm ki, tam əynimə uyğundur".
Oğlu ilə münasibətinə toxunan Şəfiqə Nağıyeva heç vaxt ona qarşı sərt olmadığını qeyd edib
"Oğlumla heç vaxt sərt olmamışam, onu çox istəyirəm. Tək oğlumdur, niyə sərt olum ki? O çox ağıllıdır. Əksinə, çox vaxt mənə yol göstərir".
Açıqlamasının sonunda özünü xoşbəxt insan hesab etdiyini deyən Ş.Nağıyeva bunları əlavə edib:
"Nəvələrimi görməyəndə darıxıram. İnstaqramda mənə yazırlar ki, kaş sənin kimi nənəmiz olaydı. Əgər mənim yaxşı oğlum, gəlinim, nəvələrim varsa və xalqım məni sevirsə, deməli, xoşbəxtəm".
Onun bu səmimi fikirləri sosial şəbəkələrdə də müsbət rəylərlə qarşılanıb.
Musa Son.az
Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indekslə
Azərbaycanla İordaniya arasında gömrük işi sahəsində əməkdaşlıq sazi
Rəşad Sahil oğlu İsmayılov Azərbaycan Respublikasının ekologiya və təb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin yen
Rəşad Sahil oğlu İsmayılov Azərbaycan Respublikasının ekologiya və təb
Tıxac problemi hələ də həllini tapmayan məsələlərdən biri olaraq qalı
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən "Şeyx Lo
Tanınmış plastik cərrah Türkan Gündüzü qətlə yetirməkdə təqsirlə
Novruz və Ramazan bayramları ərəfəsində, xüsusilə də bayram günlərind
Aparıcı və aktyor Sərxan Kərəmoğlu müğənni Rəqsanə İsmayılova ilə
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Baza
Kiçik ədliyyə müşaviri Ülvi Etibar oğlu Ələkbərli Gəncə şəhər İc
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında 1992-ci il təvəllüdlü hamilə
