Kimlər gündüz yatmalıdır, kimlər yox?


Digərləri 11 Fev 2026 04:04:00 233 0

Kimlər gündüz yatmalıdır, kimlər yox?

Aparılan tədqiqatlar göstərir ki, günün ortasında edilən qısa istirahət iş qabiliyyətini əhəmiyyətli dərəcədə artıra, diqqəti gücləndirə və sinir sistemini həddindən artıq yüklənmədən qoruya bilər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, günorta yuxusu hər kəs üçün eyni dərəcədə faydalı deyil. Bəzi insanlar üçün bu vərdiş axşam saatlarında yuxusuzluğa, halsızlığa və orqanizmin bioloji ritmlərinin pozulmasına səbəb ola bilər. Bu səbəbdən günorta yuxusuna ehtiyac şəxsi sağlamlıq vəziyyəti və həyat ritmi nəzərə alınaraq qiymətləndirilməlidir.

Kimlər üçün günorta yuxusu daha faydalıdır?

Son.az xəbər verir ki, ntensiv işləyənlər, qeyri-sabit iş qrafiki olanlar, xroniki yorğunluqdan və yüksək stressdən əziyyət çəkənlər qısa istirahətdən sonra özlərini daha gümrah hiss edirlər. Təxminən 20-25 dəqiqəlik dincəlmə hormonal balansın tənzimlənməsinə, stress hormonunun azalmasına və ürək-damar sisteminin qorunmasına müsbət təsir göstərir.

Günorta yuxusuna ehtiyac yeniyetmələr və yaşlı insanlar arasında da daha çox müşahidə olunur. Yeniyetmələrin orqanizmi və beyni inkişaf mərhələsində olduğu üçün gün ərzində enerji səviyyəsini sabit saxlamaq çətinləşir. Yaşlı insanlarda isə gecə yuxusunun daha tez-tez bölünməsi və erkən oyanmalar günorta qısa dincəlmə ilə kompensasiya olunur. Bu hallarda günorta yuxusu sadəcə vərdiş deyil, orqanizmin təbii tələbatı kimi qiymətləndirilir.

Kimlər günorta yuxusundan uzaq durmalıdır?

Bununla yanaşı, mütəxəssislər bildirirlər ki, günorta yuxusu hər kəs üçün uyğun deyil. Yuxusuzluqdan əziyyət çəkən, gecələr tez-tez oyanan və ya ümumi yuxu rejimi pozulmuş şəxslərə günorta saatlarında yatmaq tövsiyə edilmir. Çünki bu, orqanizmə yuxu ehtiyacının qismən ödənildiyi siqnalını verir və axşam saatlarında yuxuya getməyi çətinləşdirir.

Günorta yuxusundan sonra özünü daha halsız hiss edən, oyanmaqda çətinlik çəkən və günün qalan hissəsində enerjisinin azaldığını müşahidə edən insanlar üçün də bu vərdiş arzuolunan deyil. Xüsusilə qalxanabənzər vəz problemləri, aşağı arterial təzyiq və depressiv meyllər olan şəxslərdə günorta mürgüləməsi bəzi simptomları daha da gücləndirə bilər.

Günorta yuxusunu necə düzgün təşkil etmək olar?

Əgər günorta yuxusu sizə müsbət təsir göstərirsə, onun düzgün təşkil edilməsi vacibdir. Mütəxəssislər üçün ən uyğun vaxt 13:00-15:00 aralığı hesab olunur. Bu zaman orqanizmdə enerji səviyyəsi təbii olaraq azalır. Yuxunun müddəti isə 20-30 dəqiqədən artıq olmamalıdır, çünki daha uzun yuxu dərin fazalara keçidə səbəb olur və oyanmanı çətinləşdirir.

Rahat mühitin yaradılması da mühüm şərtlərdən biridir. Otağın işığını azaltmaq, elektron cihazlardan uzaq durmaq və səssiz şərait təmin etmək tövsiyə olunur. Oyanandan dərhal sonra bir qədər hərəkət etmək və ya su içmək isə orqanizmin daha tez aktiv rejimə qayıtmasına kömək edir. Bu qaydalara əməl etməklə günorta istirahətini gecə yuxusuna zərər vermədən faydalı vərdişə çevirmək mümkündür. (lent.az)

Lift gözləyərkən etdiyiniz bu hərəkət yüksək emosional intellektin göstəricisidir like
  • 11 Fev 03:03  
Digərləri Lift gözləyərkən etdiyiniz bu hərəkət yüksək emosional intellektin göstəricisidir

Gündəlik həyatın qaçhaqaçında çoxumuz fərqinə varmırıq, lakin liftin

arrow Ətraflı
Niyə dilimizi təsadüfən dişləyəndə ağrıyır, amma bilərəkdən dişləyəndə yox? like
  • 11 Fev 02:02  
Digərləri Niyə dilimizi təsadüfən dişləyəndə ağrıyır, amma bilərəkdən dişləyəndə yox?

İnsan beyni bədəni qorumaq və enerjini düzgün bölüşdürmək üçün mü

arrow Ətraflı
Radiatorun arxasına bir parça qoyun, istiliyi ikiqat artırın like
  • 11 Fev 01:01  
Digərləri Radiatorun arxasına bir parça qoyun, istiliyi ikiqat artırın

Qış aylarında təbii qaz ödənişlərini azaltmaq və evdə daha isti bir m

arrow Ətraflı
Tramp İrana xəbərdarlıq etdi like
  • 11 Fev 00:55  
Digərləri Tramp İrana xəbərdarlıq etdi

Vaşinqton və Tehran islam respublikasının nüvə proqramı ilə bağlı raz

arrow Ətraflı
RusiyaUkrayna müharibəsində yaralanan azərbaycanlı vəfat etdi like
  • 11 Fev 00:38  
Digərləri RusiyaUkrayna müharibəsində yaralanan azərbaycanlı vəfat etdi

Rusiya-Ukrayna müharibəsində yaralanan daha bir həmyerlimiz vəfat edib.

arrow Ətraflı
Paşinyan sülh sazişinin imzalanacağı tarixi like
  • 11 Fev 00:25  
Siyasət Paşinyan sülh sazişinin imzalanacağı tarixi

Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, parlament seçkiləri

arrow Ətraflı
Manaf Ağayev: “Kaş ki, Zauru heç görməzdik” like
  • 11 Fev 00:12  
Şou-biznes Manaf Ağayev: “Kaş ki, Zauru heç görməzdik”

Müğənni Manaf Ağayev aparıcı Zaur Kamala söz atıb.

arrow Ətraflı
Günün qoroskopu: Bu günün səması sakit deyil like
  • 11 Fev 00:01  
Digərləri Günün qoroskopu: Bu günün səması sakit deyil

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
"Boşananları 50 min dollar cərimələsinlər" like
  • 10 Fev 23:49  
Şou-biznes "Boşananları 50 min dollar cərimələsinlər"

Müğənni Eldəniz Məmmədov boşanmalardan danışıb.

arrow Ətraflı
Robot tozsoranlar birbir zibilə gedir: "Ömrü" niyə bu qədər qısa oldu? like
  • 10 Fev 23:38  
Digərləri Robot tozsoranlar birbir zibilə gedir: "Ömrü" niyə bu qədər qısa oldu?

Böyük ümidlərlə alınan və ev təmizliyində inqilab edəcəyi düşünül

arrow Ətraflı
"Nə olsun ki, Xalq artistidir, oxuyanda adamın yuxusu gəlir" like
  • 10 Fev 23:26  
Şou-biznes "Nə olsun ki, Xalq artistidir, oxuyanda adamın yuxusu gəlir"

Aparıcı Mətanət Əliverdiyevanın Xalq artistlərinin toy məclislərindəki

arrow Ətraflı
Sabiq rəis like
  • 10 Fev 23:13  
Digərləri Sabiq rəis

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nax

arrow Ətraflı
Pendirin daha ləzzətli olması üçün onu bu materiala bükün like
  • 10 Fev 23:01  
Digərləri Pendirin daha ləzzətli olması üçün onu bu materiala bükün

Pendiri soyuducuya qoyarkən etdiyiniz kiçik bir səhv həm onun dadını korla

arrow Ətraflı
Elşad Qarayevi efirdə “Pərt” etdi like
  • 10 Fev 22:49  
Şou-biznes Elşad Qarayevi efirdə “Pərt” etdi

ARB TV-də "Günə Bax" proqramında maraqlı anlar yaşanıb.

arrow Ətraflı