Yeni maliyyə alətləri və rəqəmsal həllər hesabına Azərbaycanda kapital bazarının dərinliyi artırılacaq – AMB


Digərləri 11 Fev 2026 20:02:00 250 0

Yeni maliyyə alətləri və rəqəmsal həllər hesabına Azərbaycanda kapital bazarının dərinliyi artırılacaq – AMB

Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyasına uyğun olaraq yeni maliyyə alətləri və rəqəmsal həllər hesabına ölkədə kapital bazarının dərinliyi artırılacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib.

Qeyd edilib ki, son illərdə Azərbaycanın qiymətli kağızlar bazarında müşahidə olunan inkişaf dinamikası müsbət qiymətləndirilir. Bu inkişaf, xüsusilə bazarın dərinliyinin artırılması, maliyyə alətlərin şaxələndirilməsi və investor bazasının genişlənməsi baxımından əhəmiyyətli nəticələrlə müşayiət olunur.

Bildirilib ki, bazarın mövcud vəziyyətini qiymətləndirərkən Bakı Fond Birjasının faktiki ticarət göstəricilərinə istinad edilməsi məqsədəuyğundur:

"2025-ci il üzrə göstəricilərə əsasən, korporativ qiymətli kağızlar bazarında ilkin bazarın həcmi təxminən 801 milyon, təkrar bazarın həcmi isə 283 milyon manat təşkil etmişdir. Bu göstəricilər kapital bazarlarında şəffaflığın, likvidliyin və investor aktivliyinin son illər ərzində əhəmiyyətli dərəcədə artmasını nümayiş etdirir. Bazarın əsas hərəkətverici seqmenti kimi korporativ istiqrazlar çıxış etsə də, səhmlər üzrə əməliyyatların sayının artması bazarın mərhələli şəkildə dərinləşdiyini göstərir".

Məlumatda vurğulanıb ki, yeni maliyyə alətlərinin tətbiqi və bazarın institusional inkişafı istiqamətində həyata keçirilən tədbirlər Mərkəzi Bankın 2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyasında öz əksini tapıb:

"Strategiyada kapital bazarlarının gücləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilmiş və bu çərçivədə dayanıqlı infrastrukturun formalaşdırılması, bazara çıxış imkanlarının genişləndirilməsi, investor etimadının artırılması, investisiya alətlərinin çeşidinin zənginləşdirilməsi, eləcə də tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Strategiyaya uyğun olaraq sekyuritizasiya, törəmə və repo alətləri, sukuk, vençur kapital və kraudfandinq kimi alternativ maliyyə alətlərinin tətbiqi istiqamətində müvafiq layihələrin icrası davam etdirilir".

Eyni zamanda xatırladılıb ki, 2025-ci ilin oktyabr ayında Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən yerli bazarda və milli valyutada ilk dəfə dəyişkən faizli istiqraz emissiyasının həyata keçirilməsi Azərbaycanın kapital bazarı infrastrukturunun beynəlxalq standartlara cavab verdiyini göstərən mühüm göstərici kimi qiymətləndirilə bilər.

"AZİR göstəricisinə əsaslanan üzən faizli bu alət bazarda faiz risklərinin idarə olunması və alət müxtəlifliyinin artırılması baxımından yeni imkanlar yaradıb", - məlumatda qeyd edilib.

AMB bu istiqamətdə hədəflərini də açıqlayıb. Bildirilib ki, yaxın perspektivdə Mərkəzi Bankın əsas prioritetləri sırasında institusional və fərdi investorların bazarda iştirakının daha da genişləndirilməsi, maliyyə savadlılığının yüksəldilməsi məqsədilə maarifləndirmə tədbirlərinin intensivləşdirilməsi, həmçinin rəqəmsal həllərin və elektron ticarət imkanlarının inkişaf etdirilməsi xüsusi yer tutur.

"Proseslərin avtomatlaşdırılması və əməliyyat xərclərinin azaldılması investorların bazara çıxış imkanlarını genişləndirməklə yanaşı, kapital bazarının dərinliyinin və dayanıqlığının artırılmasına şərait yaradacaq. Bu istiqamətdə həyata keçirilən tədbirlər Mərkəzi Bank tərəfindən uzunmüddətli və sistemli inkişaf strategiyasının tərkib hissəsi kimi nəzərdən keçirilir", - məlumatda vurğulanıb. Son.az

Həmin qadın ailəsinin evini yandırıbmış... like
  • 11 Fev 19:54  
Digərləri Həmin qadın ailəsinin evini yandırıbmış...

İstanbulun Qalata körpüsündə balıqçı tərəfindən satılan balıqları

arrow Ətraflı
“Doğuş özəl günləri xatırlamasa, onu öldürərəm” like
  • 11 Fev 19:42  
Şou-biznes “Doğuş özəl günləri xatırlamasa, onu öldürərəm”

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı TV-8də yayımlanan "Gel Kon

arrow Ətraflı
Elnarə Abdullayeva həyat yoldaşı ilə FOTO paylaşdı like
  • 11 Fev 19:02  
Şou-biznes Elnarə Abdullayeva həyat yoldaşı ilə FOTO paylaşdı

Əməkdar artist Elnarə Abdullayeva həyat yoldaşı Elxanla fotosunu paylaşı

arrow Ətraflı
"Kinobox" və "Mahnı TV"yə lisenziya verildi like
  • 11 Fev 18:50  
Digərləri "Kinobox" və "Mahnı TV"yə lisenziya verildi

11 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasın

arrow Ətraflı
İcra başçısına yeni müavin təyin olundu like
  • 11 Fev 18:46  
Digərləri İcra başçısına yeni müavin təyin olundu

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin olunub.

arrow Ətraflı
“Azərbaycanda internetin sürəti ilə bağlı yenilik  200 meqabit olacaq” like
  • 11 Fev 18:33  
Digərləri “Azərbaycanda internetin sürəti ilə bağlı yenilik 200 meqabit olacaq”

Azərbaycanda internetin sürəti 200 meqabit olacaq. Son.az xəbər verir k

arrow Ətraflı
Prezident tapşırıq verdi  Hər bir dövlət qurumunda bu sahəyə bir müavin ayrılacaq like
  • 11 Fev 18:29  
Siyasət Prezident tapşırıq verdi Hər bir dövlət qurumunda bu sahəyə bir müavin ayrılacaq

Hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, s

arrow Ətraflı
Prezident: Dünyada nadir ölkələrdənik ki, dünyanın aparıcı güc mərkəzləri ilə artıq imzalanmış strateji tərəfdaşlıq formatında çalışırıq like
  • 11 Fev 18:01  
Siyasət

Biz bu gün dünyada nadir ölkələrdənik ki, dünyanın aparıcı güc mərk

arrow Ətraflı
"Övladlarımı zorla əlimdən alıblar, uşaqlıqlarını GÖRƏ BİLMƏDİM" like
  • 11 Fev 17:45  
Şou-biznes "Övladlarımı zorla əlimdən alıblar, uşaqlıqlarını GÖRƏ BİLMƏDİM"

Müğənni Sabina Selcan şəxsi həyatı ilə bağlı təsirli açıqlamalar ve

arrow Ətraflı
Prezident İlham Əliyev: Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır like
  • 11 Fev 17:39  
Digərləri Prezident İlham Əliyev: Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır

Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu

arrow Ətraflı