Bakıda pubda əxlaqsız video çəkən şəxs həbs edildi
Digərləri 12 Fev 2026 11:09:00 213 0
Bakıda ictimai yerdə əxlaqsız videolar çəkərək sosial şəbəkələrdə yayan şəxs məsuliyyətə cəlb edilib.
Bu xəbəri də oxu: Bir ailədə 6 uşaq dəm qazından zəhərlənib, 2si reanimasiyadadır
Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu Fətəlixan Xoyski küçəsi 108 ünvanında yerləşən "pub"da baş verib.
Sosial şəbəkələrdə yayılmış əxlaqsız videolarla bağlı aparılan araşdırmalar zamanı görüntülərin Tərtər rayon Kəngərli kənd sakini 2001-ci il təvəllüdlü F.Hüseynli tərəfindən çəkilərək instaqram səhifələrinə yerləşdirilməsi məlum olub.
O, polis əməkdaşları tərəfindən saxlanılıb, bu zaman qanuni tələbə tabe olmayıb.
F.Hüseynlinin barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (Xırda xuliqanlıq - internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsinə əsasən protokol tərtib edilib.
Lənkəranda övladını həbsdən qurtarmaq istəyən M.Məmmədova dələduzlu
Son günlər balıq bazarında qiymətlərdə kəskin artım müşahidə olunur.
Meyxanaçı-müğənni Samirə Yusifqızının anası Nailə xanımın səhhəti
Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda q
AZCON Holding şirkətlərindən olan ASCO-nun "Qafur Məmmədov" quru
Son bir il ərzində Yerə yaxınlaşan ən böyük asteroid fevralın 14-də pl
Fevralın 4-də Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın vəziyyəti açı
"Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Azərbaycan
Bakının Nəsimi rayonunda yerləşən qəzalı yaşayış binaları söküləc
Fevralın 10-u paytaxtın Səbail rayonunda yerləşən Atatürk Mərkəzində a
Pentaqon ilə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) arasında pilotsuz u
