"Moskvada erməni mahnısı oxumusan, toyda bığını QIRXIBLAR"
Şou-biznes 12 Fev 2026 11:30:00 217 0
“Çox şey bilirəm, ağıllı ol!”
Aşıq Namiq Fərhatoğlu müğənni Tacir Şahmalıoğlu arasındakı qalmaqa daha da "alovlanıb".
Son.az xəbər verir ki, o, müğənni haqqında səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Namiq Tacirin efirdə onun ünvanına dediyi sözlərə cavab verib və kəskin açıqlamalar edib.
Namiq bildirib ki, Tacir Şahmalıoğlu Vüsalə Əlizadənin verilişinə qatılaraq həm özü, həm də oğlunun "başından böyük danışdığını" iddia edib:
"Bundan əvvəl dediyi sözlərə cavabını vermişdim. Sonra məni yığdı ki, şəkərim var və s. Dedim sən məndən yaşca böyüksən, 61 yaşın var, mənim 42 yaşım. Soruşdum axıra qədər gedək? Dedi yox. Razılaşdıq ki, mənim adımı efirlərdə çəkmə, mən də danışmayım".
Aşıq Namiq daha sonra Tacirin sənət fəaliyyətini də tənqid edib:
"Nə qədər sənətkar xanəndələrimiz var ki, dövlət tədbirlərində, beynəlxalq səviyyəli mərasimlərdə iştirak edirlər. Sən hansında olmusan? Moskvaya gedib kafedə oxumusan. Vaxtilə erməni mahnısı da oxumusan. Toyda bığını qırxıblar".
O, həmçinin repertuar məsələsinə də toxunub:
"Efirdə deyirsən Namiq saz çalıb, bakılı mahnısı oxuyub. O mahnı Eyyub Yaqubovun repertuarındandır. Sən onun səviyyəsinə çata bilməzsən. O, ən elit toylara dəvət alır".
Aşıq Namiq qarşı tərəfi xəbərdar edərək daha sərt fikirlər səsləndirib:
"Səni neçə dəfə nə üstündə tutublar, çox şey bilirəm. Bir söz desən, on beşini deyərəm. Yanında başım aşağı deyil. Bu gün-sabah nəvələrin olacaq, ağıllı ol. Aşıqlıq sənəti üçün bir milyondan çox pul xərcləmişəm - layihələrə, efirlərə. Sən nə etmisən? Gedib kafelərdə bayağı mahnılar oxumusan. Bir "Bayatı-Şiraz" oxumusan, müəlliminin üzünə ağ olmusan".
Sənətçi əlavə edib ki, Xalq artisti Zeynəb Xanlarova onun haqqında xoş sözlər deyib və bildirib:
"Zeynəb Xanlarova mənim barəmdə söz deyib. Amma sənin kimi yüz Tacir olsa, heç nə deməz. Xəbərdarlıq edirəm, özünü yığışdırmasan, haqqında bildiklərimi açıqlayacağam".
Hüseyn Son.az
Bakıda keçirilən estetik əməliyyatdan sonra qadının üzündə deformasiy
Fevralın 11-də Azərbaycanın Meksikadakı səfirliyinin təşkilatçılığı
Gəncədə anası tərəfindən imtina olunan 40 günlük körpənin vəziyyəti
Bakıda ictimai yerdə əxlaqsız videolar çəkərək sosial şəbəkələrdə
Lənkəranda övladını həbsdən qurtarmaq istəyən M.Məmmədova dələduzlu
Son günlər balıq bazarında qiymətlərdə kəskin artım müşahidə olunur.
Meyxanaçı-müğənni Samirə Yusifqızının anası Nailə xanımın səhhəti
Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda q
AZCON Holding şirkətlərindən olan ASCO-nun "Qafur Məmmədov" quru
Son bir il ərzində Yerə yaxınlaşan ən böyük asteroid fevralın 14-də pl
Fevralın 4-də Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın vəziyyəti açı
