DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı


Digərləri 12 Fev 2026 12:53:00 185 0

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı

Dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlı araşdırma tədbirləri həyata keçirilir.

Son.az xəbər verir ki, xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülmüş kompleks tədbirlər nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Mehdiyev Ramiz Ənvər oğlu, Abbasov Abbas Aydın oğlu, Kərimli Əli Əmirhüseyn oğlu və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə əsaslı şübhələr yaranmışdır.

Cinayət işi üzrə təqsirləndirilən şəxslərə elan edilmiş ittihama əsasən, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə yaradılaraq  4 iyul 2012-ci ildə xarici ölkədə "Rusiya Azərbaycan Təşkilatları İttifaqı" adı altında qeydiyyatdan keçirilmiş və "Milyarderlər İttifaqı" adlandırılan təşkilatın həmtəsisçiləri və rəhbərləri olmuş Abbasov Abbas Aydın oğlu və İbrahimbəyov Rüstəm Məmməd İbrahim oğlu, eləcə də Mehdiyev Ramiz Ənvər oğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Kərimli Əli Əmirhüseyn oğlu, partiyanın üzvləri - Qəhrəmanlı Fuad Əli oğlu, Zayıdov Qənimət Səlim oğlu və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşmişlər.

Belə ki, onlar 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkə vətəndaşı Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürən "Demokratik Qüvvələrin Milli Şurası" (Milli Şura) adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmət orqanlarının maddi yardımı və digər formalarda təşkilati dəstəyi ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi iğtişaşların törədilməsi, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olunmaması, ictimai qaydanın, nəqliyyat, müəssisə, idarə və təşkilatların işinin pozulması istiqamətində fəaliyyət göstərmiş, həmçinin bu məqsədlə respublikanın müxtəlif rayonlarından insanların cəlb edilməsi üçün AXCP-nin üzvü İbrahim Məmməd Əziz oğlu və digərləri vasitəsilə qəbul etdikləri 933.828,40 manat məbləğində pul vəsaitini, o cümlədən Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən maddi vəsaitləri qeyd olunan əməllərin törədilməsinə yönəltmişlər.

Cinayət işinin materiallarına əlavə edilmiş texniki sübutlara əsasən, "Milyarderlər İttifaqı" adlandırılan təşkilatın üzvlərinə yaşadıqları xarici ölkədə tabeliklərində işləyən və ya digər formada himayələrində olan Azərbaycan vətəndaşlarının 2013-cü ildə Prezident seçkiləri zamanı Azərbaycana göndərilmələri, onların hər birinin Azərbaycandakı qohumları və yaxınlarını cəlb edərək, xarici xüsusi xidmət orqanının təlimatına uyğun şəkildə mitinqlər və kütləvi iğtişaşlarda istifadə olunmalarını təmin etmələri barədə tapşırıqlar verilmişdir.

Məlum olmuşdur ki, qabaqcadan aparılan danışıqlar nəticəsində müvafiq xarici dövlətin səlahiyyətli şəxslərinin istəyinə uyğun olaraq, "Milli Şura"nın 2013-cü ildə bu xarici dövlətin rəhbərliyinə ünvanladığı gizli məktubda "şura"nın fəaliyyətinin dəstəklənməsi xahiş edilmiş, həmin ölkədə aparılan "islahatlar"ın Azərbaycanda da həyata keçirilməsi üçün Azərbaycan dövlətinə təzyiq göstərilməsi təklif edilmişdir.

Qeyd olunan ittihama əsasən, Qənimət Zayıdov 2013-cü ilin əvvəlindən etibarən Əli Kərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə gizli əlaqəyə girərək danışıqlar aparmış, onun Azərbaycan Respublikasında hakimiyyətə gətirilməsində xarici xüsusi xidmət orqanlarının geniş təşkilati və xüsusi imkanlarından istifadə edilməsi üçün müraciət etmiş, qarşılığında Azərbaycanda xarici dövlətin strateji maraqlarının təmin ediləcəyini konkret detallar sadalamaqla vəd etmiş, eləcə də tərəflər Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan Respublikasının mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv olacağı barədə razılaşmışlar.

Eyni zamanda ittihama əsasən, Əli Kərimli adıçəkilən şəxslərlə qabaqcadan əldə olunmuş ümumi razılaşmaya uyğun qaydada cinayət əməllərini davam etdirərək, Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində yürüş etdikləri zaman Fuad Qəhrəmanlı və digərlərinə partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplar təşkil etməklə yürüş iştirakçılarına qoşulmaq, daha sonra vətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən yararlanıb kütləni idarə etməklə, Azərbaycan Respublikası Milli Məclisinin və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin inzibati binalarını ələ keçirmək, o cümlədən kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ keçirilməsini bəyan edəcəyi barədə tapşırıqlar vermişdir.  

Bundan başqa, Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən "Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər" başlığı altında müvafiq xarici dildə hazırladığı yazılı materialı köməkçisi Əmirov Eldar Qurban oğlu və digərləri vasitəsilə həmin sənəddə nəzərdə tutulan məsələlərin birgə razılaşdırılması məqsədilə 27 sentyabr 2025-ci il tarixində Əli Kərimliyə təqdim etmiş, 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini qabaqcadan şəxsən əlaqə saxladığı xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə faktiki sahibi olduğu "Şərq-Qərb" ASC-nin əməkdaşları vasitəsilə göndərmiş, qeyd olunan göndəriş texniki olaraq fiksə edilmişdir.  

Bu əməlləri ilə Ramiz Mehdiyev dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmiş, xarici dövlətin nümayəndələrinə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət etmişdir.

Bundan əlavə, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17.000.000 manatdan artıq pul vəsaitini leqallaşdırmışdır.

Sadalanan cinayət əməllərində iştiraklarına görə, Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), Eldar Əmirov 32.5, 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə), Ramiz Mehdiyev 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmişdir.

Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilmişdir. 

Cinayət işi üzrə araşdırmalar davam etdirilir.


Xəbərə aid video


Xəbərə aid fotolar

ICESCOnun Baş direktoru Prezident İlham Əliyevə məktub ünvanlayıb like
  • 12 Fev 12:52  
Siyasət ICESCOnun Baş direktoru Prezident İlham Əliyevə məktub ünvanlayıb

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Prezident İlham Əli

arrow Ətraflı
Fevralın 13də 18 dərəcə isti olacaq  PROQNOZ like
  • 12 Fev 12:50  
Digərləri Fevralın 13də 18 dərəcə isti olacaq PROQNOZ

Fevralın 13-də gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Seda Sayanın əri Tarkanı görüb özünü İTİRDİ like
  • 12 Fev 12:46  
Şou-biznes Seda Sayanın əri Tarkanı görüb özünü İTİRDİ

Məşhur müğənni Seda Sayan Tarkanla bir araya gəldikləri anları sosial ş

arrow Ətraflı
Qazan ölüb, doğacaq – İqtisadi və sosial gerçəkliklərimiz  Yunus Oğuz  yazır like
  • 12 Fev 12:38  
Digərləri Qazan ölüb, doğacaq – İqtisadi və sosial gerçəkliklərimiz Yunus Oğuz yazır

Elə bilməyin ki, "Dədə Qorqud"un  Qazan xanından yazacam. Hərç

arrow Ətraflı
İran səmasında ABŞ təyyarələri göründü like
  • 12 Fev 12:36  
Dünya İran səmasında ABŞ təyyarələri göründü

İran sərhədinə yaxın ərazilərdə ABŞ-nin kəşfiyyat təyyarəsi və dro

arrow Ətraflı
Qonşu ölkədə zəlzələ oldu like
  • 12 Fev 12:22  
Digərləri Qonşu ölkədə zəlzələ oldu

İranın Buşəhr əyalətinin Əsəluye bölgəsində 4.4 bal gücündə zəlz

arrow Ətraflı
Dünən meyiti tapılan şəxs “Toyota Bakı Mərkəzi”nin baş direktoru imiş like
  • 12 Fev 12:18  
Digərləri Dünən meyiti tapılan şəxs “Toyota Bakı Mərkəzi”nin baş direktoru imiş

Dünən Bakı şəhər Sabunçu rayonu Nardaran qəsəbəsindəki bağ evində d

arrow Ətraflı
2 nəfəri öldürüb, birini ağır yaralayan kənd icra nümayəndəsi: "QÜRUR duyuram" like
  • 12 Fev 12:15  
Kriminal 2 nəfəri öldürüb, birini ağır yaralayan kənd icra nümayəndəsi: "QÜRUR duyuram"

Türkiyənin Niğdə şəhərində maddi ziyanla nəticələnən yol-nəqliyyat

arrow Ətraflı
"Qoca" ləqəbli polkovnik vəzifəsindən azad EDİLDİ like
  • 12 Fev 12:09  
Digərləri "Qoca" ləqəbli polkovnik vəzifəsindən azad EDİLDİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətin

arrow Ətraflı
Kamaləddin Qafarov: "Azərbaycanın beynəlxalq sistemdə strateji rolu artır" like
  • 12 Fev 12:00  
Digərləri Kamaləddin Qafarov: "Azərbaycanın beynəlxalq sistemdə strateji rolu artır"

"2025-ci ilin avqust ayında Vaşinqtonda keçirilmiş yüksək səviyyəli

arrow Ətraflı
Bakıda avtomobil svetofora çırpıldı like
  • 12 Fev 11:58  
Digərləri Bakıda avtomobil svetofora çırpıldı

Gecə saatlarında paytaxtın Nəsimi rayonu, 28 May və Rəşid Behbudov küç

arrow Ətraflı
Ailələr niyə teztez dağılır?  Boşanmaların əsas SƏBƏBLƏRİ like
  • 12 Fev 11:54  
Digərləri Ailələr niyə teztez dağılır? Boşanmaların əsas SƏBƏBLƏRİ

"Boşanmaların arxasında dayanan səbəbləri bir və ya iki amillə məh

arrow Ətraflı
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır  FAKTİKİ HAVA like
  • 12 Fev 11:43  
Digərləri Görünüş məsafəsi 500 metrədək məhdudlaşır FAKTİKİ HAVA

Fevralın 12-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

arrow Ətraflı