Qazan ölüb, doğacaq – İqtisadi və sosial gerçəkliklərimiz Yunus Oğuz yazır


Digərləri 12 Fev 2026 12:38:00 265 0

Qazan ölüb, doğacaq – İqtisadi və sosial gerçəkliklərimiz  Yunus Oğuz  yazır

Elə bilməyin ki, "Dədə Qorqud"un  Qazan xanından yazacam. Hərçənd ondan da yazmaq lazımdır. Ən azından ildə bir dəfə nəyi vardısa elinin igidlərinə yağmalatdırırdı. Ürəyi, göz tox, nəfsi də hamısından tox. Deyirdi ki, dünya malı dünyada qalar.

"Yedin dadındı, verdin adındı, öldün yadındı" prinsipinə ciddi əməl edirdi. İgidləri də yeyib-içib doyandan sonra gedirdilər növbəti savaşa.

Yox hülakilərin, Elxanlı dövlətinin islamı ilk qəbul edən Qazan xandan da yazmayacam, hərçənd o da buna layiqdir, çünki məhz onun zamanında Şeyx Səfiəddin Ərdəbilə döndü, nəfsi öldürmək üçün hürufi məktəbinin fəaliyyətini genişləndirməyə imkan verdi.

Hələki zəifləmiş, övladları Ukraynada ət maşınına verilən Kazan (Q) şəhərindən də yazmayacam.

Mən xörək qazanından yazacam, əsl xörək qazanından.

Bir gün Molla Nəsrəddin gedir qonşusunun qapısını döyüb xahiş edir:

-Qonşu, mənə əl borcu qazan ver.

Qonşu orta bir qazan gətirib verir Mollaya.

Üstündən bir necə gün keçir. Molla  Nəsrəddin qazanın içinə bir qazan da qoyub, qaytarır   qonşuya. Qonşu baxır ki, qazanın içində bir dənə də qazan var.

Soruşur:

-Bəs bunun içindəki qazan nədir?

Molla dil-ağız eyləyir:

-Sən Allah qonşu, bağışla, heç bilmirdim qazanın hamilədir. Qazan bizdə olanda doğdu. 

Qonşu fikirləşir ki, bu deyəsən dəli olub, amma bir söz demir. Qazanları alıb içəri aparır. Bu hadisə bir neçə dəfə təkrar olur. Bir gün qonşu Mollaya böyük toy qazanı  verir, fikirləşir ki, böyük qazanın böyük doğuşu  olar.

Bir neçə gün keçir, qonşu görür ki, qazan geri verilmir. Durub gedir Mollanın qapısını döyür. Molla bunu görən kimi ağlaya- ağlaya deyir:

-Qonşu, başın sağ olsun, Allah rəhmət eləsin!

Qonşu təəccüblə soruşur:

-Nə olub, kim rəhmətə gedib

Molla  Nəsrəddin cavab verir:

-Qazan.

Qonşu  baxır ki, Molla bunu ələ salır. Səsini qaldırıb deyir:

-Məni dolamısan, qazan da rəhmətə gedər?

Molla bic-bic gülümsəyib cavab verir:

-Nədi qazan doğanda olar, öləndə olmaz? Qonşu baxır ki, yaman yerdə ilişib, səssizcə çıxıb gedir.

İndi bu qazanın ətrafında dünya ilişib. Tramp qazan doğuzdura-doğuzdura gedir. 

Qazan  da qır  tiyanına oxşayır. Kim qazanın doğmasına inanmır,  götürüb atır qır  tiyanının  içinə, deyir get, sənin dövlətindən dövlət olmaz. İran doğulan yeni rejimi gücləndirmək istədi. Neçə ildir zahılığı çəkilib getmir, qazan  yenə  doğmağa hazırlaşır, bir az da odunu altına çox qoysan, hökmən doğacaq.

İran səmasında ABŞ təyyarələri göründü like
  • 12 Fev 12:36  
Dünya İran səmasında ABŞ təyyarələri göründü

İran sərhədinə yaxın ərazilərdə ABŞ-nin kəşfiyyat təyyarəsi və dro

arrow Ətraflı
Qonşu ölkədə zəlzələ oldu like
  • 12 Fev 12:22  
Digərləri Qonşu ölkədə zəlzələ oldu

İranın Buşəhr əyalətinin Əsəluye bölgəsində 4.4 bal gücündə zəlz

arrow Ətraflı
Dünən meyiti tapılan şəxs “Toyota Bakı Mərkəzi”nin baş direktoru imiş like
  • 12 Fev 12:18  
Digərləri Dünən meyiti tapılan şəxs “Toyota Bakı Mərkəzi”nin baş direktoru imiş

Dünən Bakı şəhər Sabunçu rayonu Nardaran qəsəbəsindəki bağ evində d

arrow Ətraflı
2 nəfəri öldürüb, birini ağır yaralayan kənd icra nümayəndəsi: "QÜRUR duyuram" like
  • 12 Fev 12:15  
Kriminal 2 nəfəri öldürüb, birini ağır yaralayan kənd icra nümayəndəsi: "QÜRUR duyuram"

Türkiyənin Niğdə şəhərində maddi ziyanla nəticələnən yol-nəqliyyat

arrow Ətraflı
"Qoca" ləqəbli polkovnik vəzifəsindən azad EDİLDİ like
  • 12 Fev 12:09  
Digərləri "Qoca" ləqəbli polkovnik vəzifəsindən azad EDİLDİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətin

arrow Ətraflı
Kamaləddin Qafarov: "Azərbaycanın beynəlxalq sistemdə strateji rolu artır" like
  • 12 Fev 12:00  
Digərləri Kamaləddin Qafarov: "Azərbaycanın beynəlxalq sistemdə strateji rolu artır"

"2025-ci ilin avqust ayında Vaşinqtonda keçirilmiş yüksək səviyyəli

arrow Ətraflı
Bakıda avtomobil svetofora çırpıldı like
  • 12 Fev 11:58  
Digərləri Bakıda avtomobil svetofora çırpıldı

Gecə saatlarında paytaxtın Nəsimi rayonu, 28 May və Rəşid Behbudov küç

arrow Ətraflı
Ailələr niyə teztez dağılır?  Boşanmaların əsas SƏBƏBLƏRİ like
  • 12 Fev 11:54  
Digərləri Ailələr niyə teztez dağılır? Boşanmaların əsas SƏBƏBLƏRİ

"Boşanmaların arxasında dayanan səbəbləri bir və ya iki amillə məh

arrow Ətraflı
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır  FAKTİKİ HAVA like
  • 12 Fev 11:43  
Digərləri Görünüş məsafəsi 500 metrədək məhdudlaşır FAKTİKİ HAVA

Fevralın 12-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

arrow Ətraflı
İnterpol bu azərbaycanlıları axtarır  39 nəfər like
  • 12 Fev 11:36  
Digərləri İnterpol bu azərbaycanlıları axtarır 39 nəfər

İnterpol (Beynəlxalq Cinayət Polisi Təşkilatı) xətti ilə ümumilikdə 39

arrow Ətraflı
Uğursuz əməliyyatı gördüyü həkim deyil, başqa bir həkim edib? – Pasiyentdən İDDİA like
  • 12 Fev 11:29  
Digərləri Uğursuz əməliyyatı gördüyü həkim deyil, başqa bir həkim edib? – Pasiyentdən İDDİA

Bakıda keçirilən estetik əməliyyatdan sonra qadının üzündə deformasiy

arrow Ətraflı
Ananın imtina etdiyi 40 günlük körpənin vəziyyəti açıqlandı like
  • 12 Fev 11:15  
Digərləri Ananın imtina etdiyi 40 günlük körpənin vəziyyəti açıqlandı

Gəncədə anası tərəfindən imtina olunan 40 günlük körpənin vəziyyəti

arrow Ətraflı