Ramiz Mehdiyevin telefonda danışdığı qadın Elmlər Akademiyasının əməkdaşı İMİŞ
Digərləri 12 Fev 2026 17:21:00 190 0
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bu gün ictimaiyyətə təqdim etdiyi videomaterialda Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kimliyi açıqlanmayan bir qadınla telefon danışığına dair hissə yer alıb.
Son.az APA-ya istinadən bildirir ki, həmin danışıq əsnasında Ramiz Mehdiyev qarşı tərəfdən Azərbaycanda "dövlət idarəetmə sisteminin dəyişdirilməsi" ilə əlaqədar - mahiyyət etibarilə dövlət çevrilişindən sonrakı idarəetmə modelini əks etdirən hazırladığı sənədi kimə ünvanlaması barədə məsləhət soruşur.
Yayılan videogörüntülərdə sözügedən qadının kimliyi barədə məlumat verilməyib.
Qeyd edilib ki, həmin xanım Rusiya Elmlər Akademiyasının (REA) əməkdaşıdır və R.Mehdiyevin Rusiyanın təhlükəsizlik qurumları ilə əlaqələrində vasitəçi rolunu oynayıb. Mənbənin məlumatına görə, Mehdiyev AMEA-ya rəhbərlik etdiyi müddətdə (2019-22) Rusiyadakı kuratorları ilə əlaqəni məhz REA daxilindəki təhlükəsizlik orqanlarının agentləri vasitəsilə qurub.
Xatırladaq ki, Ramiz Mehdiyev 19 fevral 2022-ci ildə AMEA prezidenti postundan uzaqlaşdırılıb. Bu qərardan cəmi üç ay öncə - 2021-ci ilin 25-26 noyabr tarixlərində o, Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyətini Bakıda qəbul edib. Mehdiyev qonaqları Heydər Əliyev Beynəlxalq Hava Limanında şəxsən qarşılayıb və AMEA-da baş tutan görüş zamanı ona REA-nın xatirə medalı təqdim edilib.
Beynəlxalq mətbuatda və müxtəlif araşdırmalarda Rusiya kəşfiyyat orqanlarının (xüsusən də FTX-nin) Rusiya Elmlər Akademiyasında və digər elmi qurumlarda ciddi nəzarət mexanizmlərinə və agentura şəbəkəsinə malik olduğu dəfələrlə vurğulanıb. SSRİ dövründən miras qalan bu sistem çərçivəsində kəşfiyyat zabitləri bəzən REA-da "məsləhətçi" və ya "ekspert" qismində fəaliyyət göstərirlər. Mənbə qeyd edir ki, Ramiz Mehdiyevin təmasda olduğu qadın da məhz bu qəbildən olan "ekspert"lərdən biridir.
Həmin şəxsin kimliyi müəyyən edilsə də, istintaq sirri olduğu üçün hələlik ictimaiyyətə açıqlanmır.
Son.az
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi illik məzuniyyətlə bağlı
Türkiyədə 16 yaşlı qız uşağını mesaj vasitəsilə təqib edən CHP-li
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri Ra
14-15 fevral tarixlərində paytaxtın Suraxanı rayonu, Aeroport şosesində (&
"Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müa
Əməkdar artist Sonaxanım Əliyeva "Tarixin bir günü" verilişind
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xi
Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi il
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xi
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzr
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənərək ölüb.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xi
Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən &qu
Nərimanov rayonu ərazisində yerləşən zərgərlik mağazaların birindən 3
