Qəbiristanlıqda bazar açıblar
Digərləri 14 Fev 2026 09:00:00 219 0
Sumqayıtda qəbiristanlıqlarda bəzi şəxslər qəbir yerlərini əldə edir, sonra isə başqalarına xeyli baha satırlar. Qiymətlər isə müxtəlifdir. Belə ki, yol kənarındakı yerlər 2 500 manata, orta sahələr 2 000 manata, daha içəridəki yerlər isə 1 500 manata təklif olunur. Yaranan bu "biznes" forması isə insanları ciddi şəkildə narahat edir. Sakinlər sual edirlər ki, əgər kiminsə belə məbləği yoxdursa, yaxınlarının cəsədi harada qalacaq?
Ümumiyyətlə, vətəndaşlar hesab edirlər ki, qəbir yerləri insanlara pulsuz verilməli, maddi imkanından asılı olmayaraq təmin olunmalıdır. İnsanlar aidiyyəti qurumlardan qəbiristanlıqlarda yerlərin ədalətli və qanun çərçivəsində paylanmasını təmin etməklərini tələb edirlər.
Mövzu ilə bağlı Son.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, qəbiristanlıqlarda özbaşınalıq, anarxiyadır. Kimin gücü nəyə çatırsa onu da edir. Onun sözlərinə görə, bəzən bələdiyyə və ona yaxın şəxslər, digər işbazlar, dəllal və maklerlər qəbir torpaqlarını əldə edərək başqalarına baha qiymətə satırlar:
"Nəzarət edənlərin özləri təşkil edir çox zaman. Bu məsələ illərdir düzəlmir. Qəbir alveri, kəfən biznesi baş alıb gedir. Qəbir yeri vətəndaşlara pulsuz verilməlidir. Cüzi rüsumun ola bilər. Yoxsa bu qiymətlərə qəbir yeri dəhşətdir".
T.İrfan qeyd edib ki, İslamın, dinin sadəcə adı qalıb. Ona nə əməl edən, nə hörmət qoyan var:
Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) yaranması günüdür.
Təyyarə səfərləri zamanı bizə təklif olunan hər içki düşündüyümü
Azərbaycanlı məşhur müğənnilərin illər ərzindəki dəyişimi sosial ş
Astroloqlar və xalq inanclarına görə, bəzi rənglər insanın həyatına m
Bazarda saxta düyülərin satışa çıxarıldığı ilə bağlı xəbərdarlı
Sosial şəbəkələrdə yayılan maraqlı arxiv videosu izləyicilərin böyük
Ötən ilin sonunda Prezident Makron ilə görüşüm oldu. Görüş çox müsb
Onlar bizim ərazimizdə, Ermənistan da daxil olmaqla bütün beynəlxalq ictim
Mən bildiyimə görə, Ermənistan referendum keçirməyi planlaşdırır. Bu o
Tarixi sənədin Ağ Evdə Amerika Birləşmiş Ştatları Prezidentinin iştira
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxen
Azərbaycanlı məşhur bloqerlərin son 10 il ərzindəki dəyişimini əks etd
Banan alarkən sadəcə rənginə baxmaq kifayət deyil. Mütəxəssislər bildi
Psixoloqlar və stil mütəxəssislərinə görə, qarderobunuzda üstünlük t
