Köhnə çörəkdən pendirli börək resepti
Digərləri 15 Fev 2026 22:52:00 234 0
Bu reseptlə qurumuş, köhnəlmiş çörəkləriniz yumşaq və ləzzətli bir börəyə çevriləcək. Səhər yeməyi və ya çay saatları üçün mükəmməl seçimdir.
Son.az lazım olan məhsulları təqdim edir: Çörək: 1-1.5 ədəd köhnə çörək (doğranmış).
Sousu üçün:
2 ədəd yumurta.
2 stəkan süd.
Yarım stəkan duru yağ.
1 paket qabartma tozu.
Bir çimdik duz.
İçlik üçün:
1 kasa ağ pendir və ya lor pendiri (çəngəllə əzilmiş).
Yarım dəstə xırda doğranmış cəfəri.
Üzəri üçün: Sürtgəcdən keçirilmiş holland pendiri və qaraçörəkotu/küncüt.
Hazırlanma qaydası: Köhnə çörəkləri kiçik kublar şəklində doğrayın.
Geniş bir qabda yumurta, süd, duru yağ, qabartma tozu və duzu yaxşıca çalın. Doğradığınız çörək kublarını bu sousun içərisinə əlavə edin və çörəklər mayeni tam çəkənə qədər yaxşıca qarışdırın.
Soba qabını (listi) kərə yağı ilə yağlayın. Souslu çörək qarışığının yarısını qaba yayın. Üzərinə cəfəri ilə qarışdırılmış pendir içliyini hər tərəfə bərabər şəkildə səpin. Sonra qalan çörəkli qarışığı pendirlərin üzərinə töküb hamarlayın.
Əvvəlcədən 180°C dərəcədə qızdırılmış sobada üzəri bir az rəng alana qədər (təxminən 20-25 dəqiqə) bişirin. Sobadan çıxarmağa 5 dəqiqə qalmış üzərinə holland pendiri rəndəsi və qaraçörəkotu səpin. Pendir əriyib qızaranda börəyiniz hazırdır.
Çörəkləriniz çox qurudursa, sousun içində 10-15 dəqiqə gözlətməyiniz tövsiyə olunur.
İçliyə pendirlə yanaşı xırda doğranmış sucuk və ya zeytun da əlavə edərək dadı zənginləşdirə bilərsiniz. Lalə Qüdrətova Son.az
Azərbaycan rəsmiləri artıq bir ilə yaxındır ki, (bəlkə daha çox) ölk
Müğənni Nadir Qafarzadə sosial şəbəkədə trend olan mahnıları tənqid
Bu il Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin artım tempinin
Serbiyanın paytaxtı Belqrad şəhərinin simvollarından biri olan məşhur &q
Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşları açacağıq v
Çoxmənzilli binaların idarə edilməsi üçün Mənzil Mülkiyyətçilərinin
Əməkdar artist Firdovsi Atakişiyev mərhum həyat yoldaşı, Xalq artisti İr
Gündəlik vərdişlər həzmin sağlamlığına və funksiyasına əhəmiyyətl
Çağatay Ulusoy və Demet Özdemirin baş rollarda çəkildiyi serialın aktyor
Qızıl və pul bazarları üzrə ekspert İslam Memiş 2026-cı ilin "mani
Almaniyada qiymət artımı və iqtisadi qeyri-müəyyənlik silsiləsi insanlar
