Filarmoniyanın səhnəsində musiqisevərlər üçün klassik konsert proqramı təqdim olundu –
Digərləri 16 Fev 2026 16:35:00 227 0
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində musiqisevərlər üçün klassik konsert proqramı keçirildi. Tədbirdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxaraq dinləyicilərə zəngin və çoxşaxəli repertuar bəxş etdi. Orkestrə dirijor Mustafa Mehmandarov rəhbərlik edirdi.
Konsert proqramı Azərbaycan bəstəkarlıq məktəbinin parlaq nümayəndələrinin əsərlərindən tərtib olunmuşdu. Gecə Azər Rzayevin "Simfonik lövhələr" əsəri ilə açıldı. Daha sonra bəstəkarın violin, viola və orkestr üçün ikili konserti səsləndirildi. Əsərin ifasında solistlər - violin ifaçısı Səbinə Quliyeva və viola ifaçısı Səbuhi Axundov çıxış edərək yüksək peşəkarlıq nümayiş etdirdilər.
Proqram Fikrət Əmirovun "Böyük dayaq" kinofilminin musiqisi əsasında yazılmış simfonik süita əsəri ilə davam etdi. Dirijor Mustafa Mehmandarovun işləməsində təqdim olunan süita orkestrin tembr imkanlarını və dramatik ifadə gücünü parlaq şəkildə üzə çıxardı.
Gecənin son nömrəsi isə Cavanşir Quliyevin zurna və orkestr üçün uvertürası oldu. Əsərin solisti zurna ifaçısı Məqsəd Əzizov idi. Milli nəfəs alətinin orkestr ilə sintezi dinləyicilər tərəfindən böyük maraq və alqışla qarşılandı.
Zəngin proqramı və uğurlu ifaları ilə seçilən konsert dinləyicilər tərəfindən rəğbətlə qarşılandı və uzun sürən alqışlarla yekunlaşdı.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
Qubanın bir neçə kəndinin qaz təchizatında fasilə yaranacaq.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy
"Komedixana" verilişinin son buraxılışında yaşanan bir məqam so
Türkiyəli məşhur aktrisa Burcu Özberk həm karyerası, həm də şəxsi hə
13 fevral tarixində VTB (Azərbaycan)-ın baş ofisində "Talassemiyasız
Türkiyəli müğənni Tarkan ilə bağlı maraqlı iddia yayılıb.
Xəbər verdiyimiz kimi, Vüqar Qurbanov "Tibbi Ərazi Bölmələrini İdar
Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati
"Səni axtarıram" verilişinə üz tutan bir qadının sözləri sosi
Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayından etibarən Qazaxısta
Azərbaycan Rəssamlar İttifaqının qalereyasında rəssam Məryəm Ələkbər
Xanəndə Kəmalə Günəşli "Günə uğurla" verilişində səmimi e
Həqiqi hərbi xidmətin və sərəncamda olmanın müddətlərinə dəyişiklik
Bakıda daha bir ağır yol qəzası baş verib.
