“S&P” Azərbaycanın bank sektoru üzrə sahəvi risk reytinqini yüksəldib


Digərləri 17 Fev 2026 12:04:00 320 0

“S&P” Azərbaycanın bank sektoru üzrə sahəvi risk reytinqini yüksəldib

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi illik əsasda həyata keçirdiyi Bank Sektorunun Ölkə Risk Qiymətləndirməsi (BİCRA) prosesi çərçivəsində Azərbaycanın bank sektorunun sahəvi risk komponenti üzrə reytinqini yaxşılaşdıraraq 8-ci səviyyədən 7-ci səviyyəyə endirib, iqtisadi risk komponenti üzrə proqnozu isə "stabil"dən "pozitiv"ə dəyişib.

Qiymətləndirmənin yaxşılaşdırılması üçün əsas olaraq "S&P" son üç il ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə institutlarının tənzimlənməsi və nəzarətin modernizasiyası istiqamətində mühüm təşəbbüslərin həyata keçirilməsini göstərib, risk əsaslı nəzarətin və daha təkmil tənzimləmənin bank sektorunda kredit riskinin azalmasına töhfə verməsinə dair gözləntiləri əks etdirdiyini vurğulayıb.

Agentlik Mərkəzi Bank tərəfindən təsdiqlənən "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində bank sektoru üzrə digər tənzimləmələrlə yanaşı korporativ idarəetmə standartlarının yeniləndiyini, likvidlik riskinin idarə edilməsi üzrə qaydaların Bazel III standartlarına uyğunlaşdırdığını,likvidliyin örtülmə əmsalı üzrə tələblərin gücləndirildiyini, 2025-ci ilin mart ayından 0,5% səviyyəsində kontr-tsiklik kapital buferinin tətbiq edildiyini, eləcə də istehlak kreditləri və kredit kartları üzrə risklərin idarə olunması və anderraytinqi istiqamətində tənzimləmələrin təkmilləşdirildiyini xüsusilə qeyd edib.

"S&P" həmçinin Mərkəzi Bank tərəfindən 2026-cı ildə risk əsaslı nəzarət modelinə keçid, aktivlərin təsnifləşdirilməsi, ehtiyatların yaradılmasında Maliyyə Hesabatlarının Beynəlxalq Standartı 9-un (IFRS 9) tətbiqi, kapital adekvatlığı çərçivəsinin Bazel III ilə uyğunlaşdırılması, stres-test tələblərinin və rezolyusiya çərçivəsinin təkmilləşdirilməsi istiqamətində olan təşəbbüslərin Azərbaycanda bank nəzarəti və tənzimləməsinin gücləndirilməsinə xidmət edəcəyini bildirib.

Agentlik 2026-cı ildə bankların aktivlərinin keyfiyyəti üzrə göstəricilərin sabit qalacağını və kredit portfelinin artım tempinin 10-12% intervalında olacağını proqnozlaşdırır. Təşkilat həmçinin region ölkələri arasında kreditlərin dollarlaşma səviyyəsinə görə ən aşağı göstəricinin Azərbaycan banklarının payına düşdüyünü xüsusilə vurğulayıb.

Qeyd edək ki, bir sıra beynəlxalq reytinq agentlikləri tərəfindən Mərkəzi Bankın həyata keçirdiyi institusional və tənzimləyici islahatların effektivliyi yüksək qiymətləndirilir. Bu təşəbbüslər ölkə reytinqinin yüksəldilməsinə mühüm töhfə verir.

"Sənin kirayə qaldığın binada mənim 3 EVİM VAR" like
  • 17 Fev 12:00  
Şou-biznes "Sənin kirayə qaldığın binada mənim 3 EVİM VAR"

Müğənni Ülviyyə Namazova "Rəngarəng" canlı efirində həmkarı

arrow Ətraflı
Paytaxtda bu məktəblərə yeni direktorlar təyin EDİLDİ like
  • 17 Fev 11:54  
Digərləri Paytaxtda bu məktəblərə yeni direktorlar təyin EDİLDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 42 ümumi təhsil mü

arrow Ətraflı
Azərbaycanda ad günündə 5 nəfər xəstəxanalıq OLDU like
  • 17 Fev 11:45  
Digərləri Azərbaycanda ad günündə 5 nəfər xəstəxanalıq OLDU

Neftçala rayonunda zəhərlənmə hadisəsi qeydə alınıb.

arrow Ətraflı
Toxumun qiyməti ikiqat ARTDI  Kartof BAHALAŞACAQ? like
  • 17 Fev 11:40  
Digərləri Toxumun qiyməti ikiqat ARTDI Kartof BAHALAŞACAQ?

Tovuzda kartof toxumlarının səpilməsinə başlanılıb.

arrow Ətraflı
“Balakən” gəmibərəsi təmir olunaraq istismara qaytarılıb like
  • 17 Fev 11:34  
Digərləri “Balakən” gəmibərəsi təmir olunaraq istismara qaytarılıb

AZCON Holding şirkətlərindən olan ASCO-nun "Balakən" gəmi-bərə

arrow Ətraflı
Fevralın 18də metroda iş vaxtı UZADILACAQ like
  • 17 Fev 11:32  
Digərləri Fevralın 18də metroda iş vaxtı UZADILACAQ

Bakı Metropoliteni fevralın 18-də UEFA Çempionlar Liqası çərçivəsində

arrow Ətraflı
Oleq Əmirbəyov vəzifəsindən azad EDİLDİ like
  • 17 Fev 10:55  
Digərləri Oleq Əmirbəyov vəzifəsindən azad EDİLDİ

Oleq Əmirbəyov mədəniyyət nazirinin müşaviri vəzifəsindən azad olunub.

arrow Ətraflı
"Qardaşımın ailə faciəsi qızının dənizdə boğulması ilə BAŞLADI" like
  • 17 Fev 10:50  
Şou-biznes "Qardaşımın ailə faciəsi qızının dənizdə boğulması ilə BAŞLADI"

Tanınmış müğənni canlı efirdə ailəsində yaşanan faciələrdən danı

arrow Ətraflı
Bakıda qanunsuz tikintilərə qarşı ciddi tapşırıqlar verildi like
  • 17 Fev 10:46  
Digərləri Bakıda qanunsuz tikintilərə qarşı ciddi tapşırıqlar verildi

Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon

arrow Ətraflı
Bu icra başçısı töhmət aldı  SƏBƏB like
  • 17 Fev 10:41  
Digərləri Bu icra başçısı töhmət aldı SƏBƏB

Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon

arrow Ətraflı
Paytaxt rayonlarının icra başçıları məsuliyyətə ÇAĞRILDI like
  • 17 Fev 10:32  
Digərləri Paytaxt rayonlarının icra başçıları məsuliyyətə ÇAĞRILDI

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin

arrow Ətraflı
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib like
  • 17 Fev 10:26  
Digərləri Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib

Fevralın 16-da Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə ü

arrow Ətraflı
Bu ərazilərdə saat 11:00dan sonra işıqlar KƏSİLƏCƏK like
  • 17 Fev 10:18  
Digərləri Bu ərazilərdə saat 11:00dan sonra işıqlar KƏSİLƏCƏK

Bilgəh bağları istiqamətində işıq kəsiləcək.

arrow Ətraflı
Türkiyəli məşhurların saxlanma səbəbi məlum oldu like
  • 17 Fev 10:15  
Şou-biznes Türkiyəli məşhurların saxlanma səbəbi məlum oldu

Məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində müğənni Mura

arrow Ətraflı
Murat Dalkılıç saxlanıldı like
  • 17 Fev 09:58  
Şou-biznes Murat Dalkılıç saxlanıldı

Türkiyəli müğənni Murat Dalkılıç saxlanılıb.

arrow Ətraflı