1 milyona yaxın pul kimə ÇATDI? Vasif Talıbov və oğlu ilə bağlı şok İFADƏ
Digərləri 17 Fev 2026 14:53:00 233 0
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinin Şərur rayon şöbəsinin sabiq rəisi Həsən Məmmədovun başa çatan məhkəməsində bir sıra maraqlı məqamlar üzə çıxıb.
Bu xəbəri də oxu: Bakıda yaşayış binasında yanğın başladı
Son.az Teleqraf-a istinadən xəbər verir ki, 7 il 2 ay müddətinə azadlıqdan məhrum edilən polkovnik-leytenantın ümumillikdə 223 nəfərdən 505.730,00 manat rüşvət aldığı müəyyənləşb.
Maraqlıdır ki, Həsən Məmmədov məhkəmədə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mirzə Cəlilovun adını çəkib. O, Mirzə Cəlilovun tapşırığına uyğun olaraq, 3 illik möhlət almış çağırışçılardan təkrar tibbi müayinə zamanı 3000 manat, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlılar üçün hərbi biletin verilməsindən ötrü 5000 manat, möhlət hüququ almaq istəyən çağırışçılardan 1800 manat məbləğində rüşvət alınaraq xidmət rəsinə çatdırıldığını bildirib.
Ən maraqlı məqam odur ki, Mirzə Cəlilov da öz ifadəsində Ali Məclisin sabiq sədri Vasif Talıbov və oğlu Seymur Talıbovun adını çəkib:
"Möhlət hüququ verilmiş çağırışçılardan ümumilikdə təxminən 800-900 min manat rüşvət toplayaraq Ali Məclisin sabiq sədri Vasif Talıbovun göstərişi əsasında Seymur Talıbovun sürücüsü Həsən adlı şəxsə vermişəm. Seymur Talıbova verdiyim 900 min manat puldan mənə 10 faiz, təxminən 80 min manat çatıb. 7 faiz isə rayon şöbə rəisinin idi".
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi Mirzə Cəlilov da Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələri təqsirləndirilib. O, 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Həsən Məmmədov 2018-2023-cü illərdə, Mirzə Cəlilov isə 2024-cü ilədək vəzifədə olub.
Son.az
Bakıda "İdrak" liseyində şagirdi tərəfindən güllələnən və
Kaan Tangöze, Murat Dalkılıç və İsmayıl Hacıoğlundan sonra məşhurlar
Gürcüstan son bir neçə gün ərzində ölkədə miqrasiya qanunvericiliyini
Artıq bir müddətdir ipoteka kreditlərinin verilməsi üçün limitlərin ayr
Səslənən iddialara müğənni Aysun İsmayılova sərt reaksiya verib.
Nigeriyada, heyvandan insana keçən "Lassa" qızdırması ilə bağl
Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogö
Müğənni Arzu Mələk qatıldığı televiziya proqramında duyğusal anlar ya
Yanğın hadisəsi təxminən iki saat əvvəl baş verib. Qonşularla birlikd
Müğənni Aysun İsmayılova bahalı avtomobili ilə diqqət mərkəzinə düş
Alimlər bir planetin ömrünü müəyyən edən amilləri araşdırıblar.
Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibovla bağlı bir qrup usta v
ABŞ Prezidenti Donald Trump adı tez-tez hallanan Ceffri Epşteyn sənədləri
Müğənni Qumral "Öz aramızda" verilişində sənət cameəsində m
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Klod Manyenin "O
