Siyasətçilərə süni intellekt qadağası QOYULDU
Digərləri 18 Fev 2026 15:59:00 200 0
Avropa Parlamenti deputatları üçün yeni təhlükəsizlik məhdudiyyətləri tətbiq olunub. Qərara əsasən, deputatlara təqdim edilən xidməti planşetlərdə süni intellekt alətlərindən istifadə artıq mümkün olmayacaq.
Son.az xəbər verir ki, xarici mediaya istinadən verilən məlumata görə, Parlament üzvlərinə təqdim olunan xüsusi planşetlər yalnız rəsmi məqsədlər üçün nəzərdə tutulub. Bu qurğular vasitəsilə daxili məlumat bazalarına daxil olmaq, qanun layihələri üzərində işləmək və səsvermələrdə iştirak etmək mümkündür. Şəxsi cihazların sistemə qoşulmasına isə icazə verilmir.
Bundan əvvəl deputatlara səfərlər zamanı "Faradey çantaları"ndan istifadə etmək və şübhəli Wi-Fi şəbəkələrinə qoşulmamaq tövsiyə olunurdu. Yeni qərarla isə rəqəmsal təhlükəsizlik tədbirləri daha da sərtləşdirilib və neyroşəbəkə əsaslı platformalara çıxış tamamilə bağlanıb.
Ekspertlər bildirirlər ki, Qərb ölkələrində rəsmi sənədlərin hazırlanmasında süni intellekt alətlərindən istifadə geniş yayılıb. Lakin bunun riskləri də mövcuddur. Onların sözlərinə görə, bəzi hallarda mətnlərdə süni intellektin izi açıq şəkildə hiss olunur və bu, sənədin hazırlanmasında insan faktorunun rolunu sual altına ala bilər.
Müşahidəçilər hesab edirlər ki, Avropa Parlamenti rəhbərliyinin bu addımı həm məlumat təhlükəsizliyini gücləndirmək, həm də deputatların peşəkar nüfuzunu qorumaq məqsədi daşıyır.
Türkiyədə ekranlarda yayılan "Eşref Rüya" serialında canlandır
Təranə Musayeva ilə həyat yoldaşı və həmkarı Musa Musayev arasında can
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Samuel Bekketin "
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Heydər məscidinin axundu H
Ali Məhkəmə "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" Pl
Amerikalı milyarder İlon Mask Netflix striminq xidmətinə onun qaradərili ob
Ceyhunun ailəsi olanda müğənnidən övladı oldu
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) artan sərnişin tələbat
"Titanik"in sonuncu sağ qalan sərnişini Millvina Din vəfat edib. O
Şəhla Abbasova Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində
Azərbaycanda su istehlakçıları üçün yeni qiymətlər elan olunacaq.
Canlı ifası ilə tanınan müğənni Dəniz efirdə yaşadığı xoşagəlməz
İsveç Turizm Şurası beş nəfərə özəl adalar verəcəyini açıqlayıb.
Xurma həm dadlı, həm də faydalı meyvədir. Xüsusilə Ramazan ayında və s
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq rəhbəri V
