"Mənim corabımın qiyməti sənin maaşından ÇOXDUR"


Digərləri 19 Fev 2026 14:45:00 194 1

"Mənim corabımın qiyməti sənin maaşından ÇOXDUR"

Tanınmış xəbər aparıcısı Jalə Həsənli paylaşımı ilə diqqət çəkib.

Son.az xəbər verir ki, o, müəllim-şagird münasibətləri barədə yaşanan bir hadisədən yazıb:

"Şəxsiyyətinə hörmət etdiyim, sözünə etimad göstərdiyim müəllimin birindən bir dəfə heç vaxt unuda bilməyəcəyim bir söz eşitmişdim. Bakı liseylərindən birində təhsil alan şagirdlərdən biri müəlliminə deyibmiş ki, mənim corabımın qiyməti, sənin maaşından çoxdur! Bəli, elə bu cür... Uzun bir müddət bu cümlənin təsiri altında qalmışdım. Düşündüm ki, görəsən, o müəllimin sonrakı aqibəti necə olub? Qalıb davam edib, yoxsa birdəfəlik bu peşədən uzaqlaşıb? Birincisi, müəllim cəmiyyətin əsas sütunlarından biridir. Müəllimin maaşı ilə kiminsə corabının qiymətini müqayisə etmək, əslində, biliyə, zəhmətə və əxlaqa hörmətsizlikdir. Bu, var-dövlətin insanın dəyərini müəyyən etdiyini düşünən səthi və təhlükəli düşüncə tərzinin göstəricisidir. İkincisi, bu cümlə uşağın təkcə öz tərbiyəsini yox, onu yetişdirən mühitin də problemli olduğunun göstəricisidir. Çünki belə sözlər adətən ailədə, ətrafda, sosial mühitdə eşidilən yanlış üstünlük anlayışlarının təkrarı olur: "pul = hörmət", "bahalı = dəyərli". Ən acınacaqlısı isə odur ki, burada alçaldılan bir müəllim yox, əslində gələcəyin özüdür. Bu isə uzunmüddətli perspektivdə cəmiyyətin intellektual və mənəvi kasıblığına aparır. Məlum hadisədən sonra fikirləşdim ki, görəsən, o şagirdin də valideynləri "corabı bahalı"lardan imiş? Söhbət müəllimlərdən açılmışkən, gəlin, sizə illər öncə şahidi olduğum bir hadisədən danışım. İngilis dilindən hazırlığa gedirdim. Qrupda olan uşaqlardan birinin test kitabı yox idi. Növbəti dərsdə müəllim təzə alınmış test kitabını gətirib stolun üzərinə qoydu. Dedi bu gün kim yaxşı cavab versə, bu kitab onun olacaq. Qrupda dörd nəfər idik, üçümüzün isə kitabı var idi. Artıq anlamışdıq ki, müəllimimiz onu utandırmamaq üçün kitabı bu yolla ona vermək istəyir. Həmin gün biz "yaxşı cavab verə bilmədik", ..... isə test kitabını qazandı..Biz də o müəllimi qazandıq. Haqqında danışa biləcəyim o qədər dəyərli müəllimlərim var ki... Mənfilərini unutmadığım, "müəllim olsam, heç vaxt belə müəllim olmayacağam" dediyim müəllimimiz də olub, əlbəttə...Bəlkə bir gün onun bullinqə məruz qoyduqlarından danışaram".

Musa Son.az  

Evdə yandırdığımız bu bitkinin tərkibi NARKOTİK İMİŞ  Hamıda var  Nazirlikdən XƏBƏRDARLIQ like
  • 19 Fev 14:38  
Digərləri Evdə yandırdığımız bu bitkinin tərkibi NARKOTİK İMİŞ Hamıda var Nazirlikdən XƏBƏRDARLIQ

Son vaxtlar sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində

arrow Ətraflı
Beynəlxalq Muğam Mərkəzində "Bayatışiraz" dəstgahı təqdim olunub like
  • 19 Fev 14:30  
Digərləri Beynəlxalq Muğam Mərkəzində "Bayatışiraz" dəstgahı təqdim olunub

Beynəlxalq Muğam Mərkəzinin "Azərbaycan muğamı" layihəsi çər

arrow Ətraflı
Ramazanda şəhid ailələri metrodan pulsuz istifadə edə bilər?  RƏSMİ AÇIQLAMA like
  • 19 Fev 14:10  
Digərləri Ramazanda şəhid ailələri metrodan pulsuz istifadə edə bilər? RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə şəhid ailə üzvlərinin metrodan ödənişsiz istifa

arrow Ətraflı
Müharibə iştirakçılarına pensiya ödənişləri necə olacaq? – RƏSMİ like
  • 19 Fev 14:04  
Digərləri Müharibə iştirakçılarına pensiya ödənişləri necə olacaq? – RƏSMİ

Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları pensiya və təqaüd

arrow Ətraflı
Bakıda qatarda TÜSTÜLƏNMƏ  Sərnişinlər TƏCİLİ düşürüldü  VİDEO like
  • 19 Fev 13:48  
Digərləri Bakıda qatarda TÜSTÜLƏNMƏ Sərnişinlər TƏCİLİ düşürüldü VİDEO

Metronun "Nəriman Nərimanov" stansiyasında qatarda tüstülənmə b

arrow Ətraflı
"Nadir Qafarzadə oğlan oxuyanım olub, toylara aparmışam" like
  • 19 Fev 13:45  
Şou-biznes "Nadir Qafarzadə oğlan oxuyanım olub, toylara aparmışam"

Könül Kərimova canlı efirdə maraqlı açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Azərbaycanda gizli kameraların satışı QANUNİDİR? like
  • 19 Fev 13:26  
Digərləri Azərbaycanda gizli kameraların satışı QANUNİDİR?

Sosial şəbəkələrdə mini kameraların satışı ilə bağlı reklamlara tez

arrow Ətraflı
Moskva metrosunda partlayış like
  • 19 Fev 13:11  
Dünya Moskva metrosunda partlayış

Moskvada metroda partlayış olub.

arrow Ətraflı
Bakıda 28 yaşlı şəxs binadan yıxılıb öldü like
  • 19 Fev 13:02  
Digərləri Bakıda 28 yaşlı şəxs binadan yıxılıb öldü

Bakıda ölümlə nəticələnən hadisə baş verib.

arrow Ətraflı
Fevralın 20də yağış yağacaq, külək əsəcək  PROQNOZ like
  • 19 Fev 12:55  
Digərləri Fevralın 20də yağış yağacaq, külək əsəcək PROQNOZ

Fevralın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
80 yaşında prezident oldu like
  • 19 Fev 12:50  
Dünya 80 yaşında prezident oldu

Peru Konqresində keçirilən səsvermədən sonra 80 yaşlı solçu millət və

arrow Ətraflı
Azərbaycan hibrid hücum qarşısında: Kremlin Qarabağ və informasiya kartları iflasa uğradı like
  • 19 Fev 12:40  
Siyasət Azərbaycan hibrid hücum qarşısında: Kremlin Qarabağ və informasiya kartları iflasa uğradı

Son həftələr sosial media məkanında Azərbaycana, xüsusilə də Prezident

arrow Ətraflı
"İnanmırlar ki, mənim gözəllikdə xanım TƏKDİR" like
  • 19 Fev 12:30  
Şou-biznes "İnanmırlar ki, mənim gözəllikdə xanım TƏKDİR"

"Zülmlə işləyib ev almışam, kasıbı neynirəm ƏRƏ GETMƏYƏ"

arrow Ətraflı