Tender müqavilələrinin imzalanması bu qaydada APARILACAQ


Digərləri 20 Fev 2026 12:17:00 231 0

Tender müqavilələrinin imzalanması bu qaydada APARILACAQ

Satınalma prosedurunun nəticəsi üzrə satın alan təşkilatla təsərrüfat subyektləri arasında satınalma müqavilələri "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi vasitəsilə bağlanılacaq.

Son.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Dövlət satınalmaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, bu qanun satınalan təşkilatın cari ilin satınalma planında nəzərdə tutulmayan və bir büdcə ili ərzində cəmi dəyəri 10 min manatadək (ali, 1-ci və 2-ci kateqoriya dövlət orqanları, habelə cari ilin 1 yanvar tarixinə dövlət büdcəsindən maliyyələşdirilməyən satınalan təşkilatlara münasibətdə isə 20 min manatadək) olan satınalmalara şamil edilmir.

Təklif edilən dəyişikliyə əsasən, yuxarıdakı abzasda göstərilən halda müvafiq satınalmalarla bağlı müqavilə satınalan təşkilat tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra - informasiya sistemi) vasitəsilə imzalandıqdan sonra bu qanuna uyğun olaraq müvafiq məlumatlar həmin informasiya sistemi tərəfindən avtomatik şəkildə dərhal portala ötürüləcək və satınalma komissiyası satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3 iş günü ərzində müvafiq məlumatı portalda dərc edəcək.

Satınalma müqaviləsi qüvvəyə mindikdən sonra satınalan təşkilatın və müqaviləni bağlamış təchizatçının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı), VÖEN-i, satınalma predmeti, satınalma metodu, müqavilənin məbləği və icra müddəti barədə məlumatların portalda yerləşdirilməsi üçün həmin məlumatlar informasiya sistemi tərəfindən dərhal portala ötürüləcək və satınalma komissiyası satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3 iş günü ərzində həmin məlumatları portalda dərc edəcək.

Mövcud qanunvericiliyə görə, məxfi məlumatlarla əlaqəli satınalmalar və bu satınalmalarla bağlı prosedurlar kağız daşıyıcılarında həyata keçirilir.

Qanun layihəsinə əsasən, yuxarıdakı abzasda göstərilən satınalmalar, habelə qalib təchizatçı qeyri-rezident olduğu hallar istisna olmaqla bu qanunun şamil edildiyi satınalmalara dair müqavilələr üzrə müqavilələrin bağlanılması və göndərilməsi informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Mövcud qanunvericiliyə görə, bu qanun aşağıdakı malların, işlərin və ya xidmətlərin satın alınmasına şamil edilmir:

yalnız dövlət orqanı (qurumu) və ya təbii inhisar subyektləri tərəfindən təqdim edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən (müəyyən edilən) mallar, işlər və ya xidmətlər; "Dövlət-özəl tərəfdaşlığı haqqında" Qanunla tənzimlənən münasibətlər çərçivəsində mallar, işlər və ya xidmətlər; müşahidə şurasının (direktorlar şurasının) tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla təsdiq edilən kommersiya hüquqi şəxsləri tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri, o cümlədən məqsədli büdcə fondlarının vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları, büdcədənkənar dövlət fondlarının vəsaitləri istisna olunmaqla, digər maliyyə vəsaiti hesabına alınan mallar, işlər və ya xidmətlər.

Həmçinin, satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Bu qanun satınalan təşkilatın cari ilin satınalma planında nəzərdə tutulmayan və bir büdcə ili ərzində cəmi dəyəri 10 min manatadək (ali, 1-ci və 2-ci kateqoriya dövlət orqanları, habelə cari ilin 1 yanvar tarixinə dövlət büdcəsindən maliyyələşdirilməyən satınalan təşkilatlara münasibətdə isə 20 min manatadək) olan satınalmalara şamil edilmir.

Qanun layihəsinə əsasən, yuxarıdakı iki abzasda nəzərdə tutulan mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin bağlanılması və göndərilməsi informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Mövcud qanunvericiliyə görə, məzarət orqanı yekun protokolu aldıqdan sonra 10 (on) iş günü ərzində yekun protokolun təsdiq olunub-olunmaması haqqında qərarı qəbul etmədikdə, yekun protokol təsdiq edilmiş hesab olunur və bu barədə məlumat dərhal portalda əks olunur.

Qanun layihəsinə əsasən, satınalmanın nəticələri barədə satınalma komissiyasının yekun protokolunun təsdiq edilməsi barədə nəzarət orqanının qərarı (yuxarıdakı abzasa uyğun olaraq nəzarət orqanının bununla bağlı qərarı olmadıqda təsdiq edilmiş hesab olunan yekun protokollar), qalib təchizatçının təklifi (iş həcmləri cədvəli və qiymət təklifi) dərhal informasiya sisteminə ötürüləcək.

Azərbaycanlı müğənninin makiyajsız halı MÜZAKİRƏ YARATDI like
  • 20 Fev 12:15  
Şou-biznes Azərbaycanlı müğənninin makiyajsız halı MÜZAKİRƏ YARATDI

Azərbaycanlı müğənni Mənzurə Musayevanın son görüntüsü sosial şəb

arrow Ətraflı
33 il itkin kimi qeydiyyatda olan şəhid Zibeydə Əhmədova dəfn edildi like
  • 20 Fev 12:14  
Digərləri 33 il itkin kimi qeydiyyatda olan şəhid Zibeydə Əhmədova dəfn edildi

33 il itkin kimi qeydiyyatda olan şəhidin Zibeydə Əhmədova Xocalı rayon Ş

arrow Ətraflı
Ramazanda uşaqlar oruc tuta bilərmi?  Pediatrdan vacib XƏBƏRDARLIQ like
  • 20 Fev 11:58  
Digərləri Ramazanda uşaqlar oruc tuta bilərmi? Pediatrdan vacib XƏBƏRDARLIQ

"Ramazan ayında uşaqları aclıqdan qorumaq daha məqsədəuyğundur və

arrow Ətraflı
ABŞdən olan naməlum təyyarə Rusiya ərazisi üzərindən uçub like
  • 20 Fev 11:21  
Digərləri ABŞdən olan naməlum təyyarə Rusiya ərazisi üzərindən uçub

Amerika Birləşmiş Ştatlarından olan naməlum təyyarə Rusiyanın ərazisi

arrow Ətraflı
Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri başa çatıb like
  • 20 Fev 11:20  
Siyasət Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş

arrow Ətraflı
Parlamentin növbəti iclası BAŞLADI like
  • 20 Fev 11:17  
Digərləri Parlamentin növbəti iclası BAŞLADI

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

arrow Ətraflı
Elçin Hüseynov xəstanalıq oldu  Əməliyyatdan like
  • 20 Fev 11:15  
Şou-biznes Elçin Hüseynov xəstanalıq oldu Əməliyyatdan

Müğənni Elçin Hüseynovun əməliyyat prosesinə aid olduğu bildirilən gö

arrow Ətraflı
Reklam çəkilişindən 15 milyon qazandı  Saniyədə 469 min... like
  • 20 Fev 11:14  
Şou-biznes Reklam çəkilişindən 15 milyon qazandı Saniyədə 469 min...

Türkiyəli aktrisa Sıla Türkoğlu diş məcunu brendi ilə 15 milyon TL (təx

arrow Ətraflı
"Şamaxinka"da ilk dəfə svetoforlar istifadəyə verildi like
  • 20 Fev 10:56  
Digərləri "Şamaxinka"da ilk dəfə svetoforlar istifadəyə verildi

Yasamal rayonu, Moskva prospektinin "Şamaxinka" adlanan yol sahəsi a

arrow Ətraflı
Qumral qorxulu anlar yaşadı like
  • 20 Fev 10:30  
Şou-biznes Qumral qorxulu anlar yaşadı

İlanlı “imtahan”ı müzakirə yaratdı

arrow Ətraflı
Sürücülərin NƏZƏRİNƏ: Sabah bu yol bağlı OLACAQ like
  • 20 Fev 10:27  
Digərləri Sürücülərin NƏZƏRİNƏ: Sabah bu yol bağlı OLACAQ

21 fevral tarixində paytaxtın Suraxanı rayonu, Hava limanı şosesində (&quo

arrow Ətraflı
Bu dəfə yadplanetlilərlə bağlı məxfi sənədlər açıqlanacaq like
  • 20 Fev 10:22  
Dünya Bu dəfə yadplanetlilərlə bağlı məxfi sənədlər açıqlanacaq

ABŞ Prezidenti Donald Tramp yadplanetlilər və uçan naməlum obyektlərlə 

arrow Ətraflı
Bakıda 26 dərəcə isti var  FAKTİKİ HAVA like
  • 20 Fev 10:16  
Digərləri Bakıda 26 dərəcə isti var FAKTİKİ HAVA

Ölkə ərazisində fevralın 20-də saat 10:00-a olan faktiki hava şəraiti a

arrow Ətraflı
İran ordusuna məxsus təyyarə qəzaya uğradı  Ölən var like
  • 20 Fev 10:07  
Dünya İran ordusuna məxsus təyyarə qəzaya uğradı Ölən var

İran ordusuna məxsus təyyarə Həmədanda qəzaya uğrayıb.

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 20 Fev 10:04  
Digərləri Türkiyədə zəlzələ oldu

Türkiyənin Hatay vilayətinin Kırıkhan rayonunda 4,2 bal gücündə zəlzəl

arrow Ətraflı