Günəşdəki partlayışlarla zəlzələ arasında əlaqə VARMI? ARAŞDIRMA
Digərləri 21 Fev 2026 13:11:00 223 0
Günəşdən gələn güclü enerji partlayışları Yer kürəsinin ionosfer qatına təsir edərək yer qabığındakı fay xətləri üzərində elektrik təzyiqi yarada və zəlzələlərə səbəb ola bilər.
Son.az-ın məlumatına görə, Günəş partlayışları indiyədək əsasən qütb parıltıları və rabitə kəsintiləri ilə əlaqələndirilsə də, yeni elmi araşdırma bu enerjinin Yer kürəsinin dərinliklərinə qədər təsir göstərə biləcəyini iddia edir.
Tədqiqatçılar ionosferlə yer qabığını nəhəng batareyanın iki ucu kimi izah edən model hazırlayıblar. Bu modelə görə, fay xətlərində yüksək təzyiqli və ion yüklü mayelər elektrik enerjisini saxlayan kondensator kimi davranır. Günəş partlayışları atmosferə çatdıqda ionosferdəki elektrik yükünü aşağı doğru itələyir və yer qabığındakı hissəciklər üzərində elektrostatik qüvvə yaradır. Yaranan təzyiq dəyişməsi isə fayların hərəkətə keçməsi üçün kritik həddə çata bilər.
Araşdırmada 2024-cü ildə "Noto yarımadası"nda baş verən güclü zəlzələnin intensiv Günəş aktivliyi ilə eyni dövrə düşməsi bu nəzəriyyəni dəstəkləyən əsas nümunələrdən biri kimi göstərilir.
Bununla belə, elmi ictimaiyyət bu yanaşmaya ehtiyatla yanaşır. Bir çox geofizik hesab edir ki, yer qabığındakı süxurların elektrik keçiriciliyinin zəif olması bu təsirin faylara çatmadan sönməsinə səbəb ola bilər. Həmçinin zəlzələlərin və Günəş partlayışlarının tez-tez baş verməsi onların eyni vaxta düşməsinin səbəb-nəticə əlaqəsindən çox statistik təsadüf ola biləcəyini göstərir.
Hazırda bu tədqiqat kosmik hava ilə zəlzələ riski arasında əlaqəni sübut etməyə çalışan iddialı model kimi qiymətləndirilir.
Mina Mikayılova Son.az
Paytaxtın Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində dayanacaqda
Azərbaycan Konstitusiya Məhkəməsi əmək qanunvericiliyində işçilərin h
Sosial şəbəkələrdə "Araz" marketlər şəbəkəsində vaxtı ke
Fevralın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən bulud
Vaşinqtonda ABŞ-ın təşəbbüsü ilə yaradılmış Sülh Şurasının ilk i
Türkiyədə Jandarma Baş Komandanlığı tərəfindən 5 vilayətdə aparılan
Azərbaycan Badminton Federasiyasında baş katib vəzifəsinə yeni təyinat ol
Naxçıvanda içməli su təchizatı sistemi təkmilləşdiriləcək.
Bakıda motosikleti səkiyə vuran 18 yaşlı sürücü ölüb.
"Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifad
Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinə yeni
Rusiyanın Amur vilayətinin Romnenski bələdiyyə dairəsində yoxa çıxan
"Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunm
Serbiya Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlarına İranı tərk etmək
Fevralın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı ra
