“Xalq artistləri, niyə dillənmirsiniz?”


Şou-biznes 22 Fev 2026 20:36:00 284 0

“Xalq artistləri, niyə dillənmirsiniz?”

Müğənni Səidə Sultan Azərbaycan mədəniyyətinin hazırkı vəziyyəti ilə bağlı sərt fikirlər səsləndirib.

Son.az xəbər verir ki, müğənni sosial şəbəkədə paylaşdığı videoda həmkarlarına səslənərək efirlərdə musiqi mədəniyyətinin pozulmasından şikayətlənən sənətçiləri susqunluqda ittiham edib:

"Heç vaxt belə mövzulardan danışmamışam. Azərbaycan milləti məni illərdir kifayət qədər tanıyır və az da olsa xasiyyətimə bələddir. Bəli, mən emosionalam və bu hisslərim heç vaxt haqsız yerə olmayıb. Nəyisə müdafiə etmək üçün həmişə üzə çıxıb. Bundan da heç vaxt sui-istifadə etməmişəm.

Sözüm bütün günü efirlərdə musiqi mədəniyyətinin pozulmasından gileylənən musiqiçilərədir. Niyə ağzınıza su alıb oturmusunuz? Niyə susmusunuz? Xalq artisti adını yalandan alıb xalqın hesabına dolanırsınız, fəxri addan istifadə edirsiniz. Amma əmələ çatanda, lazım olanda xalqın yanında niyə dura bilmirsiniz? Mən şəxsən, Səidə olaraq, bundan sonra ad versələr belə, istəmirəm. Əməlimlə xalqın yanında durmaq istəyirəm, kasıbı, düzü və əyrisi ilə də...

Niyə bu gün dillənmirsiniz ki, Azərbaycan mədəniyyəti günü-gündən pis vəziyyətə düşür? Niyə bu gün Azərbaycan kanallarında corabdan danışılmalıdır? Niyə bəzi qızlardan danışılıb, onlar şan-şöhrət simvolu kimi gələcək nəsillərə "yaxşı əməl" nümunəsi kimi təqdim olunmalıdır? Və onlardan pul alıb tərifləyən aparıcılar... Niyə çıxıb danışmırsınız? Niyə Azərbaycan musiqisini müdafiə etmirsiniz?

Bu gün bizə fürsət verilib, istifadə edin, öz sözünüzü deməyi bacarın. Yaltaqlıq etməyin, yaltaq yaşamayın, ac yaşayın, mərd olun. Mərd yaşayın, kişi kimi yaşayın. Bir toyun xətrinə bu qədər insanı qurban verməyin. Çıxın, sözünüzü deyin. Televiziyalardan tələb edin. Sonra da deyirlər ki, "Televiziyanın prezidenti dedi ki, çıx otel söhbəti elə". Televiziyalar, siz niyə işləmirsiniz? Ancaq divan və müğənni, başqa mövzumuz yoxdur? Niyə layihələr, fərqli proqramlar düşünmürsünüz?

Barmaq silkələyənlər var, sizə o ixtiyar verilməyib ki, kiməsə nəsil-nəcabəti ilə bağlı hədə-qorxu gələsiniz! Sizə olan artıq olub. Allaha and olsun, Azərbaycan xalqı ilə birləşib sizin üstünüzdən tank kimi keçərəm. Yerinizi bilin! Kənarda nə edirsiniz, öz işinizdir, şəxsi həyatınızdır. Amma heç birinizin bu xalqa ağıl, məsləhət verməyə ixtiyarı yoxdur. Başa düşdünüz?! Üstünüzdən keçərik! Bu milləti görəndə başınızı aşağı salın və işinizi görün". (Axşam.az) Son.az

Goranboyda yeniyetməni cərəyan vurdu like
  • 22 Fev 20:12  
Digərləri Goranboyda yeniyetməni cərəyan vurdu

Goranboyda bədbəxt hadisə baş verib.

arrow Ətraflı
"Bu, axmaq müharibədir" like
  • 22 Fev 19:22  
Dünya "Bu, axmaq müharibədir"

Rusiya-Ukrayna müharibəsi axmaq müharibədir. Onlar bu ərazi uğrunda vuruş

arrow Ətraflı
Keçmiş prezidentin meyiti 8 aydır morqdadır like
  • 22 Fev 18:56  
Dünya Keçmiş prezidentin meyiti 8 aydır morqdadır

Zambiyada qeyri-adi bir böhran yaşanır. Keçmiş prezident Edqar Lunqunun mey

arrow Ətraflı
Məşhur reperə 7 illik həbs like
  • 22 Fev 18:31  
Şou-biznes Məşhur reperə 7 illik həbs

Paris Cinayət Məhkəməsi fransalı məşhur reper Napsı (əsl adı Nabil Ar

arrow Ətraflı
Fevralın sonunda məyusluqlarla üzləşəcək like
  • 22 Fev 18:17  
Digərləri Fevralın sonunda məyusluqlarla üzləşəcək

2026-cı ilin fevral ayının sonu üçün astroloji proqnoz müəyyən bürclə

arrow Ətraflı
"Hobbit"lərin 61 min il əvvəlki sirri AÇILDI like
  • 22 Fev 18:06  
Dünya "Hobbit"lərin 61 min il əvvəlki sirri AÇILDI

Beynəlxalq tədqiqat qrupu müəyyən edib ki, "Homo floresiensis" -

arrow Ətraflı
Bu balıq qan şəkərinin stabilləşdirilməsində ən like
  • 22 Fev 17:51  
Digərləri Bu balıq qan şəkərinin stabilləşdirilməsində ən

Sardina balığı qan şəkərini nəzarətdə saxlayan insanlar üçün faydal

arrow Ətraflı
“Elit Star” Cəmilənin 30 il əvvəl AZTVdəki arxiv like
  • 22 Fev 17:36  
Şou-biznes “Elit Star” Cəmilənin 30 il əvvəl AZTVdəki arxiv

"Elit Star" kimi tanınan müğənni Cəmilənin 30 il əvvələ aid a

arrow Ətraflı
Hava kəskin DƏYİŞƏCƏK like
  • 22 Fev 17:30  
Digərləri Hava kəskin DƏYİŞƏCƏK

Hava şəraiti dəyişəcək.

arrow Ətraflı
Dua edən gənc qız və “məzardan çıxan kişi” MÜZAKİRƏ YARATDI like
  • 22 Fev 17:21  
Digərləri Dua edən gənc qız və “məzardan çıxan kişi” MÜZAKİRƏ YARATDI

Azərbaycanın sosial şəbəkələrində yayılan video izləyicilərin diqqət

arrow Ətraflı
Cənazə namazında molla huşunu İTİRDİ like
  • 22 Fev 17:06  
Digərləri Cənazə namazında molla huşunu İTİRDİ

Ailə Faciəsi: Ana-ata və 8 aylıq körpəsi ÖLDÜ

arrow Ətraflı
Elnarənin özünə bənzəyən qardaşı qızı GÜNDƏM OLDU like
  • 22 Fev 16:53  
Şou-biznes Elnarənin özünə bənzəyən qardaşı qızı GÜNDƏM OLDU

Müğənni Elnarə Xəlilovanın qardaşı qızı sosial şəbəkələrdə diqq

arrow Ətraflı
Sürücülərin NƏZƏRİNƏ like
  • 22 Fev 16:38  
Digərləri Sürücülərin NƏZƏRİNƏ

Azərbaycanın avtomobil yollarında fevralın 23-də müşahidə ediləcək və

arrow Ətraflı
Yasamalda kirayə evi tələbələr zibilxanaya ÇEVİRDİ like
  • 22 Fev 16:26  
Digərləri Yasamalda kirayə evi tələbələr zibilxanaya ÇEVİRDİ

Paytaxtın Bakı şəhərinin Yasamal rayonunda kirayə verilmiş mənzilin acı

arrow Ətraflı