Dünyanın ən dadsız
Digərləri 23 Fev 2026 04:04:00 251 0
Məşhur qastronomiya platforması "TasteAtlas" dünyanın ən bəyənilməyən yeməklərinin yeni siyahısını dərc edib.
Son.az xəbər verir ki, istifadəçi rəylərinə əsasən tərtib olunan reytinqdə birinci yeri İslandiyaya məxsus "Svid" (bişmiş qoyun başı) tutub. Əvvəlcə qoyun başı yarıya bölünür, açıq odda tükü yandırılır və sonra qaynadılır.
İkinci pillədə də island mətbəxinə aid "Thorramatur" var. Bu, yanvarın ortasından fevralın ortasına qədər yeyilən müxtəlif milli delikateslərdən ibarət dəstdir: fermentləşdirilmiş köpəkbalığı əti, hisə verilmiş qoyun əti, qoyunun başı, qanlı kolbasa və qurudulmuş balıq və ət məhsulları. Bu yeməklər adətən çovdar çörəyi və yağ ilə verilir.
Üçüncü yerdə isə İspaniyadan "Truchas a la Navarra" adlı balıq yeməyi qərarlaşıb. Burada forel duzlanıb unla örtülür və zeytun yağında qızardılır, sonra isə içi serrano vetçinası ilə doldurulur və limon şirəsi səpilir. Üzərinə adətən doğranmış vetçina və cəfəri əlavə edilir.
Dördüncü yerdə İsveç və Finlandiyada populyar olan "Bloodpalt" adlı qanlı küftədir. Tünd-qəhvəyi rəngli bu küftə çovdar və ya arpa unundan, heyvan qanından hazırlanır və bəzən içi qızardılmış donuz əti və soğanla doldurulur.
Xəbərə aid video
"Daimi stres diş ətinin sağlamlığına ciddi zərər verir. Bu da gingi
Son illər valideynlər arasında uşaqlara balıq yağı verilməsi ilə bağl
Ramazan ayı yaxınlaşdıqca süfrələrin tacı olan xurma yenidən gündəmə
Kosmosun tədqiqində tarixi bir addım atılır. NASA-nın "Artemis"
Evlərlə bağlı hazırlanan konsepsiyanın yaxın müddətdə təsdiqi gözlə
Aparıcı Tarix Əliyev (Tolik) müğənni Səidə Sultanı polisə şikayət ed
Məşhur türkiyəli fenomen Dilan Polat üçüncü dəfə ana olacağını aç
İndoneziyanın Qərbi Yava əyalətində yerləşən Qununq Padanq təpəliyi i
"22.02.2021... Səni bizdən alan o qara gün. Nə tez keçdi bu 5 il... Ə
Dünyanın nəfəsini dərərək izlədiyi ABŞ-İran gərginliyində yeni mərh
Meksikanın ən böyük narkokarteli olan "Xalisko Yeni Nəsil" (CJNG)
İranın ali lideri Ayətullah Xamenei ABŞ və ya İsrailin ehtimal olunan hüc
Panamada aparılan qazıntılar zamanı eramızdan əvvəl 800-1000-cü illərə
Lənkəran və Masallıda canavarlar kəndlərə hücum çəkir.
Müğənni Nəfəs Daxili İşlər Nazirliyinə müraciət edib.
