Quyruqlu ulduzdan rekord yavaşlama: Elm adamlarını şoka salan hərəkət
Dünya 23 Fev 2026 22:51:00 256 0
Günəş sistemində hərəkət edən 41P quyruqlu ulduzu öz oxu ətrafında fırlanma sürətini inanılmaz dərəcədə dəyişərək elm dünyasında rekord qırıb. Astronomlar bu cismin fırlanmasının tamamilə dayanıb, sonra isə əks istiqamətdə başladığını ehtimal edirlər.
Bu xəbəri də oxu: Trampın GİZLİ PLANI üzə çıxdı: İranın nüvə ehtiyatlarına dair riskli plan hazırlanıb?
Son.az xəbər verir ki, 2017-ci ilin mart ayında 41P quyruqlu ulduzu öz oxu ətrafında bir dövrü 20 saata tamamlayırdı. Cəmi iki ay sonra, may ayında bu müddət 53 saata çıxdı. Yəni cisim kəskin şəkildə yavaşladı.
Kaliforniya Universitetinin (UCLA) astronomu David Jewitt qeyd edir ki, daha sonra fırlanma müddətinin 14,4 saata düşməsi, quyruqlu ulduzun əvvəlcə tam dayanması və sonra əks istiqamətdə sürətlənməsi ilə izah oluna bilər.
Quyruqlu ulduzlar buz və qayadan ibarətdir. Güneşə yaxınlaşdıqda buz birbaşa qaza çevrilir və səthdən güclü qaz fışqırmaları (jetlər) yaranır. Bu jetlər kiçik bir "mühərrik" rolunu oynayaraq, cismin fırlanma sürətini kəskin şəkildə dəyişə bilir.
Bu quyruqlu ulduz cəmi 1 kilometr diametrində olduğu üçün (astronomik ölçülərə görə çox kiçikdir), səthindəki qaz fışqırmaları onun hərəkətinə daha böyük təsir göstərir. Lalə Qüdrətova Son.az
Forbes Türkiyənin ən zənginləri siyahısını yeniləyib. Builki siyahıda
"Muhteşem Yüzyıl" serialındakı Mihrimah Sultan rolu ilə tanınan
Əməkdar artist Rəhilə Bəndəliyeva valideynlərinin itkisi lə bağlı təs
AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya səmasında vurulması ilə baş
Son günlər televiziya kanallarından birində yayımlanan verilişin qonaqlar
Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində yeniyetmə qızın ölümü il
Azərbaycala İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əmə
Abşeron rayonunda küçədə xanımla gəzişən Sübhan əvvəllər tanımadı
Müğənni Xatirə İslamla aparıcı Tarix Əliyev (Tolik) arasında qalmaqal y
Mingəçevirdə bıçaqlanma hadisəsi qeydə alınıb.
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Göygöl rayon Dövlət A
Bu il xaricə kartofun kiloqramını 59 qəpiyə satmışıq. Bu rəqəmlər rə
