Abşeronda gənci məhəllədə arvadını öpdüyü üçün bıçaqladılar "Anabacımız var..."


Digərləri 23 Fev 2026 19:20:00 246 0

Abşeronda gənci məhəllədə arvadını öpdüyü üçün bıçaqladılar  "Anabacımız var..."

Abşeron rayonunda küçədə xanımla gəzişən Sübhan əvvəllər tanımadığı 1998-ci il təvəllüdlü Babaxan (adlar şərtidir - red.) tərəfindən bıçaqlanıb.

Son.az Demokrat.az-a istinadla xəbər verir ki, hadisə Abşeron rayon, "Gənclər şəhərciyi"ndə yerləşən 54 saylı yaşayış binasının arxasında, "Şans" marketin önündə baş verib. Babaxan marketin qarşısından keçərkən Sübhanın əlini qeyri-rəsmi nikahda yaşadığı Lalənin çiyninə qoyaraq onu qucaqlaşdığını, öpdüyünü görüb. O, buna görə cütlüyə irad bildirib, Sübhanla bu zəmində mübahisə edib. Bu zaman Babaxan üstündə gəzdirdiyi bıçaqla qəsdən Sübhanın qarın nahiyəsindən bir dəfə vurub.

Babaxanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Babaxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2021-ci ildə Cəlilabad Rayon Məhkəməsinin hökmünə əsasən Cinayət Məcəlləsinin 127.2.2 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində qəsdən sağlamlığa az ağır zərər vurma) və 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə təqsirli bilinərək məhkum olunub.

O, qeyd edib ki, bu ittiham üzrə şərti azadlığa buraxılıb.

Onun sözlərinə görə, məlum hadisə günü isə bir oğlanla qadının qucaqlaşdığını görüb, bundan hiddətlənib:

"Ətrafda yaşayış binalarından qadınlar, azyaşlı uşaqlar, qızlar onların bu hərəkətlərini görə bilərdi. Bu da bizim əxlaq normalarımıza uyğun hərəkətlər deyildi. Bu səbəbdən Sübhana yaxınlaşaraq etdiyi hərəkətlərə görə irad bildirdim, "analarımız, bacılarımız sizə baxır" dedim. Sübhan isə üzərimə hücum çəkdi, yumruqla başımdan vurdu. Sübhanın vurduğu zərbədən isə yerə yıxıldım. Mən də üzərimdə gəzdirdiyim bıçaqla Sübhanın üzərinə getdim, bir dəfə qarın nahiyəsindən zərbə ilə vurdum. Sonradan bildim ki, xəstəxanaya aparılıb, əməliyyat olunub.

Növbəti gün polis əməkdaşları yaşadığım ünvana gəldilər, məni apardılar".

Zərərçəkmiş Sübhanın sözlərinə görə, Lalə adlı xanımla qeyri-rəsmi ər-arvad münasibətləri var, birlikdə yaşayırlar:

"Hadisə günü, gecə saat 1 radələrində Lalə ilə birlikdə evimizə qonaq gəlmiş şəxsi yola salmaq məqsədi ilə həyətə düşdük. Qonağı yola salaraq əlimi Lalənin çiyninə qoyaraq marketin qarşısından keçdikdə, yolun kənarında oturacaqda üç cavan oğlan oturmuşdu. Həmin vaxt Babaxan mənə yaxınlaşdı və "sən kimsən ki, əlini qızın çiyninə qoyub gedirsən, bizim anamız, bacımız var" dedi. Babaxana bildirdim ki, bu qadın mənim arvadımdır. Aramızda yaranmış mübahisə zamanı ona bir şillə vurdum, əlbəyaxa olduq. Həmin vaxtı Babaxanın əlində bıçaq gördüm. O, həmin bıçaqla qarın nahiyəmdən zərbə ilə bir dəfə vurdu. Həmin vaxtı sinəmdən qanın axdığını görən Babaxanın dostları onu kənara çəkərək apardılar. Bundan sonra Lalənin köməkliyi ilə xəstəxanaya aparıldım, orada əməliyyat olundum".

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Babaxan 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunmasını və cəzasının şərti hesab olunmasını istəyib.

Məhkumun şikayəti təmin olunmayıb.

Onun müdafiəçisinin verdiyi kassasiya şikayəti də rədd edilib.

"Bu sözü mənə demək heç kimin başı üçün deyil" like
  • 23 Fev 19:00  
Şou-biznes "Bu sözü mənə demək heç kimin başı üçün deyil"

Müğənni Xatirə İslamla aparıcı Tarix Əliyev (Tolik) arasında qalmaqal y

arrow Ətraflı
Mingəçevirdə qadın bıçaqlandı  şübhəli əridir like
  • 23 Fev 18:50  
Kriminal Mingəçevirdə qadın bıçaqlandı şübhəli əridir

Mingəçevirdə bıçaqlanma hadisəsi qeydə alınıb.

arrow Ətraflı
Hüseyn Məhərrəmliyə yüksək vəzifə verildi like
  • 23 Fev 18:35  
Digərləri Hüseyn Məhərrəmliyə yüksək vəzifə verildi

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Göygöl rayon Dövlət A

arrow Ətraflı
Renka 532 manat CƏRİMƏLƏNDİ like
  • 23 Fev 18:17  
Şou-biznes Renka 532 manat CƏRİMƏLƏNDİ

Rəqqasə Rəna Ağamuradovanın (Renka) başına iş gəlib.  

arrow Ətraflı
Kartof niyə bu qədər BAHALAŞIB?  Xaricə 59 qəpiyə, daxili bazarda 1 manatdan ÇOX like
  • 23 Fev 17:55  
Digərləri Kartof niyə bu qədər BAHALAŞIB? Xaricə 59 qəpiyə, daxili bazarda 1 manatdan ÇOX

Bu il xaricə kartofun kiloqramını 59 qəpiyə satmışıq. Bu rəqəmlər rə

arrow Ətraflı
Müşfiq Abbasov həbs EDİLDİ like
  • 23 Fev 17:52  
Digərləri Müşfiq Abbasov həbs EDİLDİ

Bakı şəhər prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov həbs edi

arrow Ətraflı
Ceyhun Bayramov Serinq Modou Njie ilə danışdı like
  • 23 Fev 17:30  
Siyasət Ceyhun Bayramov Serinq Modou Njie ilə danışdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Qambiya Respublikasının

arrow Ətraflı
Bu da Nəfəsin köçə bilmədiyi evi  "70 minə təmir etmişik" like
  • 23 Fev 17:27  
Şou-biznes Bu da Nəfəsin köçə bilmədiyi evi "70 minə təmir etmişik"

Müğənni Günel Məmmədli (Nəfəs) sosial şəbəkə vasitəsilə müraciət

arrow Ətraflı
Sumqayıtda partlamamış top mərmisi tapıldı like
  • 23 Fev 16:50  
Digərləri Sumqayıtda partlamamış top mərmisi tapıldı

Sumqayıt şəhərində partlamamış hərbi sursat aşkarlanıb.

arrow Ətraflı
Zümrüd əməkdar artistlə efirdə BARIŞDI like
  • 23 Fev 16:35  
Şou-biznes Zümrüd əməkdar artistlə efirdə BARIŞDI

Televiziya efirində növbəti barışıq anları yaşanıb.

arrow Ətraflı
Azərbaycanda xalq artistinin oğlu dələduzluqda ittiham OLUNUR like
  • 23 Fev 16:22  
Digərləri Azərbaycanda xalq artistinin oğlu dələduzluqda ittiham OLUNUR

Özünü mərhum xalq artisti Ramiz Əzizbəylinin kürəkəni kimi təqdim edə

arrow Ətraflı
80 yaşı var, 60 ildir yatmır like
  • 23 Fev 16:15  
Dünya 80 yaşı var, 60 ildir yatmır

Thai Ngoc adlı 80 yaşlı Vyetnam sakininin təxminən 60 ildir yatmadığı id

arrow Ətraflı
RəştAstara dəmir yolu üzrə yaxın iki ayda icra razılaşmasının imzalanması gözlənilir – Səfir like
  • 23 Fev 16:10  
Siyasət RəştAstara dəmir yolu üzrə yaxın iki ayda icra razılaşmasının imzalanması gözlənilir – Səfir

Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan Rəşt-Astara dəmir yolu

arrow Ətraflı