"Aidiyyəti qurumlar, niyə bu tərbiyəsizliyin qarşısını almırsınız?"


Şou-biznes 24 Fev 2026 06:06:00 217 0

"Aidiyyəti qurumlar, niyə bu tərbiyəsizliyin qarşısını almırsınız?"

"Televiziya böyük təbliğat maşınıdır. Təəssüf ki, bu gün bu maşının sükanı naşıların, təsadüfi adamların, efirin müqəddəsliyinin və təsir gücünün nə olduğunu anlamayanların, dəyərlərimizi pul qazanmaq üçün ayaq altına atanların, aparıcılıq sənətinə xələl gətirənlərin əllərindədir. Ədəbsiz, nalayiq, tərbiyəsiz adamların "müğənni" statusunda efirlərdə meydan sulamasının, onlara qadağa qoyulmamasının, TV qapılarının hərəkətini, özünü bilməyən bu cür ünsürlərə, "müğənnilərə" açıq olmasının nəticəsidir yaşananlar. Ona görə mövcud durum bu haldadır!"

Son.az xəbər verir ki, bu sözləri aparıcı Saleh Bağırov sosial media hesabında yazıb. O, televiziya rəhbərlərinə və aidiyyəti qurumlara səslənib:

"Televiziya kanallarına rəhbərlik edənlər, aidiyyəti qurumlar, hamı gördüyünü, bildiyini həqiqətənmi görmür, yoxsa görməzdən gəlirsiniz?! Bu laqeydliyiniz apardıqca aparır bizi uçuruma. Nədir məqsəd bu dərəcədə əxlaqsızlıq və mənəviyyatsızlığı təbliğ etməkdə? Niyə bütün imkanlar əlinizdə ola-ola bu tərbiyəsizliyin qarşısını almırsınız? Niyə qadağalar tətbiq olunmur?

Ən acınacaqlı hal isə az sayda olan normal televiziyaların, peşəkar işçilərinin, min bir zəhmətlə yaxşı verilişlərin ərsəyə gəlməsinə əmək qoyanların adlarının ümumi axının içində "hamısı eyni şeydir..." adı ilə hallanmasıdır.

Heç kim erasının bitdiyini, onun sosial şəbəkələrə uduzduğunu deməsin. Belə olsaydı, bu gün televiziya müzakirələri bu cür geniş vüsət almazdı. Deməli, cəmiyyət normal televiziya arzusundadır!".

Televiziyada olanlara etiraz edənlər arasında  Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü  Telli Pənahqızı da yer alıb. O, aparıcıların cəzalandırılmasını tələb edib:

"Müğənniciklər"i niyə qınayırsınız ki? Onları "müzakirə mövzusuna" çevirib biabır edən "hər şeyə qadir olan" aparıcılardır. Qadağanı onlara qoymaq, cəzanı da onlara vermək lazımdır. Çalıb-oxuyanlara ətökən suallar verən, onların həyatını eşələyən, gic-gic məsləhətlər verib insanlıqdan çıxaran da elə "aparıcılar"dır. Efiri 2-3 saat dayandırmaq qadağası belə onlara kar eləmir! Bağlayın, bu proqramları, cənab TV sahibləri, caamatın əsəbi ilə bu qədər oynamaq olmaz! Pulu da halallıqla qazanın, övladlarınıza haram yedirməyin!Dili söz tutmayan, dünyanın gərdişini bilməyənləri həyatın girdabına sürükləyib reytinq dalınca düşməyin! Bu televiziyaçılıq, heç şou- biznes də deyil, bu göz görəsi milləti təhqirdir".

İlk dəfə səyahətə çıxanların NƏZƏRİNƏ: Diqqətli olun like
  • 24 Fev 05:05  
Dünya İlk dəfə səyahətə çıxanların NƏZƏRİNƏ: Diqqətli olun

İlk xarici səfər adətən ən sadə logistika ilə daha rahat keçir: aydın

arrow Ətraflı
Sahurda çay yerinə süd için like
  • 24 Fev 04:04  
Digərləri Sahurda çay yerinə süd için

Ramazan ayında düzgün maye istehlakı orucun rahat tutulması üçün vacibdi

arrow Ətraflı
"Aralıqlı oruc" deyildiyi qədər effektivdir? like
  • 24 Fev 03:03  
Digərləri "Aralıqlı oruc" deyildiyi qədər effektivdir?

Argentinada aparılan yeni araşdırma göstərir ki, aralıqlı oruc arıqlamaq

arrow Ətraflı
Orucu niyə xurma ilə açırlar? like
  • 24 Fev 02:02  
Digərləri Orucu niyə xurma ilə açırlar?

İslam dünyası müqəddəs Ramazan ayına qədəm qoyub. Müsəlmanlar bu il 2

arrow Ətraflı
Gün boyu tox qalmaq üçün sahurda nə yeyək? like
  • 24 Fev 01:01  
Digərləri Gün boyu tox qalmaq üçün sahurda nə yeyək?

Ramazan ayında uzun müddət oruc tutanlar üçün qan şəkəri səviyyəsini

arrow Ətraflı
Luvrda kralın qalmaqallı qardaşının fotosunu asdılar like
  • 24 Fev 00:48  
Dünya Luvrda kralın qalmaqallı qardaşının fotosunu asdılar

Fransalı aktivistlər Luvr muzeyində Böyük Britaniya kralı III Çarlzın qa

arrow Ətraflı
Estetik əməliyyatdan sonra inanılmaz dəyişim like
  • 24 Fev 00:31  
Digərləri Estetik əməliyyatdan sonra inanılmaz dəyişim

Xaricdə yaşayan bir qadının üzündə etdirdiyi estetik müdaxilələr sosia

arrow Ətraflı
"Teşkilat"da şok ayrılıq like
  • 24 Fev 00:19  
Şou-biznes "Teşkilat"da şok ayrılıq

TRT 1-in sevilən seriallarından olan "Teşkilat" 6-cı mövsümünd

arrow Ətraflı
Ev almaq istəyənlərə ŞAD XƏBƏR like
  • 24 Fev 00:04  
Digərləri Ev almaq istəyənlərə ŞAD XƏBƏR

Şəmkir şəhərində yeni güzəştli mənzillərin inşasına başlanılır.

arrow Ətraflı
Bu gün Novruzun ilk çərşənbəsidir like
  • 24 Fev 00:03  
Digərləri Bu gün Novruzun ilk çərşənbəsidir

Bu gün Novruzun ilk çərşənbəsidir.

arrow Ətraflı
Zelenskiyə qonşusundan ağır zərbə: "Neft yoxdursa, elektrik də yoxdur!" like
  • 23 Fev 23:30  
Dünya Zelenskiyə qonşusundan ağır zərbə: "Neft yoxdursa, elektrik də yoxdur!"

Avropada enerji müharibələri daha da kəskinləşir; Slovakiya Ukraynaya qar

arrow Ətraflı
Planetlərin paradı baş tutacaq  tarix açıqlandı like
  • 23 Fev 23:17  
Dünya Planetlərin paradı baş tutacaq tarix açıqlandı

Fevralın sonunda səmada planetar parad görünəcək.

arrow Ətraflı
Qalmaqallı videodan sonra Hadisə geriyə addım atdı like
  • 23 Fev 23:03  
Şou-biznes Qalmaqallı videodan sonra Hadisə geriyə addım atdı

Məşhur müğənni Hadisənin UNICEF üçün hazırladığı Ramazan videosu T

arrow Ətraflı