Robot süpürgə ilə oyun oynamaq istədi, dünyanı "ələ keçirdi": 24 ölkədən 7 min kamera sızdı
Digərləri 24 Fev 2026 22:47:00 272 0
Çinin pilotsuz uçuş aparatları (dron) nəhəngi DJI tərəfindən istehsal olunan robot süpürgənin proqram təminatı ilə maraqlanan bir mühəndis sistemdəki boşluq ucbatından minlərlə insanın evini canlı izləmək imkanı qazanıb.
Son.az xəbər verir ki, proqram mühəndisi Semmi Azdufal yeni aldığı robot süpürgəni oyun pultu (joystick) ilə idarə etmək üçün xüsusi proqram hazırlayarkən şirkətin serverlərində ciddi bir "icazə boşluğu" olduğunu müəyyən edib.
Mühəndis aşkar edib ki, onun öz cihazı üçün aldığı rəqəmsal giriş açarı digər 7 min istifadəçinin də məlumatlarına yol açır. O, 24 fərqli ölkədən olan insanların evlərindəki süpürgələrin kameralarına və mikrofonlarına qoşula bilib.
Sızan məlumatlar arasında real vaxtlı video və səs yazıları, evlərin daxili xəritələri (qat planları), cihazların seriya nömrələri və istifadəçilərin IP ünvanları vasitəsilə təxmini yer koordinatları olub.
DJI şirkəti hadisəni təsdiqləyərək serverlərdəki doğrulama probleminin artıq həll edildiyini bildirib. Fevralın əvvəlində edilən iki avtomatik yeniləmə ilə bu boşluq həll olunub və istifadəçilərin əlavə bir iş görməsinə ehtiyac qalmayıb. Lalə Qüdrətova Son.az
Aleksey Arxipoviç Leonov vəfat etdikdən cəmi bir neçə gün sonra qohumlar
Ağdam şəhərində Su Çərşənbəsi münasibətilə bayram tonqalı qalanıb
Ev şəraitində müalicə alıram, tibb bacısı da yanımda olur. Dərmanlar,
Fevralın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayr
İran Prezidenti Məsud Pezeşkian Azərbaycan və Ermənistan arasındakı sül
"Bütün günü studiyadayam, artıq qayıdıram sənətimə. Mahnılarım
Gəncədə çərşənbə tonqalına yıxılan yeniyetmə yanıq xəsarətləri a
Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova qızı Sude ilə bağlı payla
Yevlax şəhərinin Aran qəsəbəsində ümumi sahəsi 230 m² olan kafenin yan
Şəmkirdə avtomobillər toqquşub, ölən və xəsarət alanlar var.
Qədim dövrlərdə müharibəyə gedən əsgərlər tərəfindən istifadə ed
Son dövrlərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin adından qa
"Arka Sokaklar" serialı yeni bölümü ilə yenidən diqqət mərkəz
Sabah Ramazan ayının yeddinci günüdür.
