Prezident İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Digərləri 25 Fev 2026 11:50:00 235 0
Fevralın 25-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub.
Son.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib.
Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına mərkəzdə yaradılmış şərait barədə məlumat verdi.
Bildirildi ki, bu mərkəzin təməli 1969-cu ildə Lənkəran Texniki Peşə Məktəbi kimi qoyulub. 2018-ci ildə Lerik Peşə Məktəbi və Lənkəran Peşə Liseyi birləşdirilərək onların bazasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Mərkəz 2024-cü ildən etibarən Publik Hüquqi Şəxs kimi fəaliyyət göstərir.
Müasir infrastrukturla təmin olunan mərkəzdə tədris, idman, yataqxana, kulinariya təlim korpusları, təlim-qonaq evi, əkinçilik və emalatxana laboratoriyaları, istixana, həmçinin avtotəmir və CNC (dəzgahların kompüterləşdirilmiş idarəetmə sistemi) emalatxanaları yaradılıb. Burada, eyni zamanda, informatika kabinetləri, müasir sinif otaqları, hərbi hazırlıq kabineti, kitabxana, 300 nəfərlik akt zalı və yeməkxana fəaliyyət göstərir. Ərazidə 53 nəfərlik yataqxana binası inşa edilib və yenidənqurmadan sonra korpusların sayı 7-yə çatdırılıb.
2025/2026-cı tədris ilində mərkəzdə 42 ixtisas üzrə 55 qrupda 962 tələbə təhsil alır. Onların 385-i qadındır. Müəssisədə turizm, kənd təsərrüfatı, sənaye, xidmət, İT texnologiyaları və alternativ enerji istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir.
Paytaxtda dörd ilə qədər davam edəcək tramvay xətlərinin tikintisi çər
Bu gün saat 15:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarımili
"Heydər Əliyev Ensiklopediyası" ilin sonuna qədər tamamlanacaq.
Novruz bayramı yaxınlaşdıqca çərəzlərin qiyməti kəskin artlr. Bayramı
Akademiyada təəssüf ki, yüksək reytinqli impakt faktorlu məqalələr baxı
Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan
Xəbər verdiyimiz kimi, Elgiz Əkbər və Tolikin (Tarix Əliyev) müəllifi v
Müğənni Elvin Abdullayev döymələrini nümayiş etdirib.
Aparıcı Tarix Əliyev (Tolik) sosial media hesabında televiziya ekranından
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar bəzi küçə və pr
Azərbaycanın əksər yerlərində hava şəraiti arabir yağıntılı olub.
Fevralın 24-də Leyla Əliyeva Qubada şəhid ailələri və rayon ictimaiyyət
