Tələbə arvadını və 8 aylıq körpəsini öldürən şəxsə bu cəza VERİLDİ
Digərləri 03 Mar 2026 13:32:00 234 0
Abşeron rayonunun Qobu qəsəbəsində həyat yoldaşını və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin kassasiya şikayəti təmin olunmayıb.
Son.az xəbər verir ki, bu barədə Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar verilib.
Qərara əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin Fərid Hüseynliyə təyin etdiyi ömürlük azadlıqdan məhrum etmə cəzası dəyişdirilməyib.
Qeyd edək ki, hadisə 2023-cü ilin iyun ayında Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb.
İttihama görə, 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdovsi oğlu 2003-cü il təvəllüdlü həyat yoldaşı Hüseynli Leyla Əlişan qızına və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürüb. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Fərid Hüseynli Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
Hökmdən apellyasiya şikayəti verilsə də, Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Xatırladaq ki, Leyla Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub./Unikal.az
"Ferrari" komandasının monakolu pilotu Şarl Lekler evlənib.
Xırdalanda nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı yeni layi
Meksika narkotik kartelinin lideri "El Menço" ləqəbli Ruben Oseqer
"Əgər mən Obamanın İranla bağladığı dəhşətli nüvə sazişini (
Martın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu
Ermənistanın baş naziri Nikol Paşinyan və keçmiş həyat yoldaşı Anna Ak
Elektron siqaretlərin istifadəsi məqsədilə saxlanılmasına görə cərimə
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə sat
Reklamlarda uşaqların görüntüsü yalnız valideyn, yaxud onları əvəz ed
Milli Məclis Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil
Mossad və İsrail xüsusi təyinatlıları İranda quru əməliyyatları keçir
Türkiyənin Sakarya şəhərində ictimai nəqliyyatda baş verən hadisə sosi
Bir zamanlar adam əlindən tərpənmək olmayan maşın bazarında hazırda dur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Cənub Qaz
