Azərbaycan telekanallarında qadağadan sonra efirlər BELƏ OLDU
Şou-biznes 04 Mar 2026 10:50:00 215 0
Son dövrlər tətbiq edilən məlum qadağalardan sonra ölkə telekanallarında yayımlanan verilişlərin formatında ciddi dəyişikliklər edilib.
Son.az xəbər verir ki, artıq efirlərdə daha çox tanınmış və titullu sənətçilərə yer verilir.
Müşahidələrə əsasən, uzun müddət televiziya proqramlarında görünməyən Xalq və Əməkdar artistlər yenidən studiyalara dəvət almağa başlayıblar. Efir siyasətində keyfiyyətə üstünlük verildiyini bildirirlər.
Xatırladaq ki, son illər bəzi proqramlarda qalmaqalların artması və bayağı musiqi ifaçılarının efirdə geniş yer alması həm sənət cameəsində, həm də tamaşaçılar arasında narazılıq doğurmuşdu. Bir çox sənət adamı efir məkanının səviyyəsinin aşağı düşdüyünü açıq şəkildə dilə gətirirdi.
Yeni dəyişikliklərdən sonra isə mədəniyyət və musiqi sahəsində nüfuzlu simaların daha çox görünməsi diqqət çəkir. Tamaşaçılar sosial şəbəkələrdə bu yeniliyi müsbət qiymətləndirərək klassik və peşəkar sənətə üstünlük verilməsini dəstəklədiklərini bildirirlər.
Beləliklə, teleməkanın əvvəlki illərlə müqayisədə daha ciddi və sanballı məzmun təqdim etməyə çalışdığı aydın müşahidə olunur.
Hüseyn Son.az
İsrail Müdafiə Qüvvələri (IDF) İranda həyata keçirilən aviareydlərin
Yaponiyanın Azərbaycandakı səfirliyi konsulluq xidmətlərinin göstərilmə
İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının tə
Bakı Ağır Cinayətlər Məhkəməsinin vəzifəli şəxsi dünyasını dəyi
Xalq artisti Ağadadaş Ağayev "Öz aramızda" verilişində çıxı
ABŞ Ekvador Silahlı Qüvvələri ilə birlikdə ölkədə terror təşkilatı
"Azərişıq" ASC-nin Qərb Regionu Enerji Təchizatı və Satışı
Elm və təhsil naziri Emin Əmrullayev Bakı, Gəncə, Sumqayıt şəhərlərin
Meyxanaçı Samirə Yusifqızı adının efir qadağası qoyulan müğənnilər
Martın 3-ü axşamı və gecə İranın bir çox şəhərlərində ABŞ-İsrail
Gəncə şəhəri, Natavan-2 qəsəbəsində ağır yol-nəqliyyat hadisəsibaş
"İnci Taneleri"nin məşhur "Dilber" obrazına həyat verə
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
ABŞ və İsrail arasında İranla bağlı gərginliyin kulminasiya nöqtəsinə
Son vaxtlar qonşu ölkələrdə dələduzların yeni üsulu park edilmiş avtom
