Sabahdan Abşeron dairəvi marşrutu üzrə qatarlar yeni qrafiklə hərəkət edəcək
Digərləri 31 Mar 2025 12:59:00 450 0
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə 1 aprel tarixindən Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırır.
Bu xəbəri də oxu: Onlar 400 min qrant almaqda ittiham edilir Prokuror açıqladı
Bu barədə Son.az-a ADY-dən bildirilib.
Məlumata görə, bu marşrut üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunur. İş günləri və ya həftəiçi reyslərin sayı 66-dan 92-yə çatdırılır.
"Yeni hərəkət cədvəlinə əsasən, Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt marşrutları üzrə reyslərin sayı artırılır və xüsusən günorta saatlarında qatarlararası interval azaldılır.
Həmçinin qatarların iş günləri, şənbə və bazar günləri üçün ayrı-ayrılıqda üç hərəkət cədvəli tərtib edilib.
İş günlərində Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya, Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə 42-dən 56-ya çatdırılır.
Sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq Bakı-Xırdalan-Sumqayıt istiqamətində saat 20:20 reysi əlavə olunur (əvvəlki qrafiklə sonuncu qatar 19:35-də idi). Bu, işdən evə qayıdan sərnişinlər üçün daha çox seçim imkanı yaradır, sərnişin sıxlığının azaldılması, səyahət müddətinin qısaldılması və hərəkət intensivliyinin tənzimlənməsini mümkün edir.
Eyni zamanda, Bakı-Xırdalan-Sumqayıt istiqamətində səhər reysləri də optimallaşdırılır. Belə ki, bu vaxtadək saat 07:20-dən Sumqayıtdan çıxan qatar Bakıya 08:01-də çatırdı. Yeni qrafiklə saat 06:15-də çıxan qatar Bakıya 06:56-da çatacaq. Bundan başqa, Xırdalandan Bakıya birbaşa hərəkət edəcək yeni FLIRT qatarı Bakıya 07:15-də çatacaq. Bu da iş vaxtı saat 8-də başlayanlar üçün əlavə imkanlar yaradacaq. Həmçinin bu istiqamətdə səhər saatlarında hərəkət edən ekspres tipli qatara Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləcək.
Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli Pr
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərb
Türkiyə Milli Müdafiə Nazirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı
Martın 30-da Nizami rayonunda yerləşən evlərin birindən 500 manat, 200 dol
Texnologiyanın sürətlə həyatımıza daxil olması ilə rəqəmsal bacarıql
Mart ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanl
"Məlum olduğu kimi, ermənilərin azərbaycan xalqına qarşı həyata ke
Tanınmış telejurnalist, Anewz televiziyasının direktoru Rüfət Həmzəyev
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında növbəti uşaq ölümü qeydə alı
Bu gün Azərbaycan xalqı 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününü
Bu gün meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Son günlər İrəvanda yaşanan olaylar erməni cəmiyyəti üçün Qarabağ m
Bərdə rayonunun Lənbəran kəndində əkin sahəsində 58 yaşlı Famil İsma
