Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi
Siyasət 01 Apr 2025 13:13:00 428 0
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: Paşinyan Azərbaycana bu marşrutu təklif etdi
Son.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Beynəlxalq Novruz bayramı münasibətilə ən səmimi təbriklərimizi və ürəkdən gələn xoş arzularımızı qəbul etməyinizi xahiş edirəm.
Qədim tarixə malik bu bayram mədəni irs və çoxəsrlik ənənələrin vəhdətinin təcəssümü kimi sülh və təhlükəsizlik, qarşılıqlı hörmət və dəstək ideyaları əsasında onun coğrafiyasındakı xalqlar arasında əlaqələrin inkişafında mühüm rol oynayır.
Novruzun əbədi yaradıcılıq ənənələri bizi xalqlarımız və ölkələrimiz arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün daim səy göstərməyə sövq edir.
Tacikistan strateji tərəfdaşlıq çərçivəsində Azərbaycanla dövlətlərarası münasibətlərin indiki səviyyəsindən məmnunluq ifadə edir.
Əminəm ki, ölkələrimiz bu qədim bayramın yüksək ümumbəşəri dəyərlərinə əsaslanaraq çoxşaxəli münasibətlərinin məzmununun zənginləşdirilməsi üçün bundan sonra da birgə səy göstərəcək.
Bu əlamətdar günlərdə Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, ölkənizin qardaş xalqına isə xoşbəxtlik, firavanlıq, sülh və əmin-amanlıq, davamlı tərəqqi və rifah arzulayıram".
Prezident İlham Əliyev "Valideynlərini itirmiş və valideyn himayəsind
"SpaceX" "Crew Dragon" kosmik gəmisini kosmosa göndərib.
Dünya birjalarında qızılın (XAU/USD) qiyməti əvvəlki günün artımını
Prezident İlham Əliyev "Valideynlərini itirmiş və valideyn himayəsind
"e-bildiriş"in tərtibi, tətbiqi və uçotu Qaydaları" təsdiq
Milli standartlaşdırma qurumu, səlahiyyətinə standartlaşdırma obyektləri
BB vəzifə altqrupu üzrə dövlət qulluğuna qəbul və dövlət qulluğunda
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu
İran Prezidenti Məsud Pezeşkian aprel ayında Azərbaycana dövlət səfərin
Yuxular insanın şüuraltı düşüncələrinin, hisslərinin və gündəlik h
ABŞ prezidenti Donald Tramp üçüncü dəfə dövlət başçısı olması bar
"Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)" inform
"Qadınlara deyirəm ki, hər şeyə görə ailənizi dağıtmayın. Düzd
