Quş ətinin idxalına məhdudiyyət qoyuldu
Digərləri 04 Mar 2025 14:39:00 355 0
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Şimali İrlandiyanın Orta Olster bölgəsində, Amerika Birləşmiş Ştatlarının isə Pensilvaniya və Kolorado ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Bu xəbəri də oxu: Ölüləri qəbirdən çıxarıb geyindirir və şəkil çəkdirirlər
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin, quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına ÜHST-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
"Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət ünvanlanıb",- deyə məlumatda qeyd edilib.
Moskvada Azərbaycanın Rusiyadakı Səfirliyinin yaxınlığındakı meydanda A
Qazaxıstan ən yaxşı müəllimlərini tələbələrə dərs deməyə göndər
2025-ci ildə də mikro və kiçik sahibkarlıq subyektlərinin ölkəmizdə və
Bu ilin ilk Ay tutulması martın 14-də baş verəcək və bu tam Ay tutulması
Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılması
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin edilib.
ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan mallara gömrük rüsumun 2 q
"Loves" saqqızları uşaqlıq xatirələrində öz yerini qoruyan və
Rusiyanın NTV kanalında yayımlanan məşhur "Maska" şousunda mər
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Avropa İttifaqını
Azərbaycana gətirilən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq g
Azərbaycan pasportu "Arton Capital" şirkətinin hazırladığı &quo
Oruç tutmaq ürək sağlamlığına müsbət təsir göstərir.
