Hərbi hissənnin 9 milyonunu mənimsəməyə görə tutulmuşdu qərar verildi
Kriminal 01 Apr 2025 16:35:00 376 0
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadə barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu xəbəri də oxu: Opera studiyasında Nizami Əliyevin yaradıcılıq gecəsi keçiriləcək
Son.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən Rəşad Məlikzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Təqsirləndirilən Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. R.Məlikzadə 9.369.411,09 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Bu məbləğdən 848.000 manatını dövlət büdcəsinə ödəyib. Eyni zamanda məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edilib. /APA
Son.az türkiyəli astroloq Aygül Aydının aprel ayına dair bürc proqnozunu
ABŞ-nin Kaliforniya ştatının doqquz yaşlı sakini olan qız diş həkiminə
Azərbaycanın rayonlarında aprelin 2-si gündüz dağlıq ərazilərdən başl
Bayramlarla əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsa
"Melissa Group" tikinti şirkətinin Bakının Alatava yaşayış mass
"Ford", "Chevrolet", "Jeep", "Tesla" və s ucuzlaşacaq
01 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasını
Tanınmış idmançı Kamil Zeynallı maraqlı açıqlamalar verib.
Bu günlərdə "Ermənistan Ekoloji Cəbhəsi" sosial mediada həyəca
Malayziyanın paytaxtı Kuala-Lumpurda yanğın baş verib.
Bakı şəhəri 301 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə q
Aprel ayı güclü maqnit qasırğaları ilə zəngin olacaq, ən yaxşı halda
Ağcabədidə 14 yaşlı qızın ana olması və bu iş üzrə məhkəmə hökm
Əslində, bütün soğan növləri çiy halda yeməyə uyğun deyil. Əgər yan
