Bu tarixdə meteor yağışı olacaq
Digərləri 02 Apr 2025 20:21:00 390 0
Aprelin ortalarından sonuna qədər güclü Lirid meteor yağışı müşahidə ediləcək. Lirid meteor axınının maksimumu aprelin 22-də, Bakı vaxtı ilə saat 22:04-də olacaq. Bu zaman saatda 18-20 meteorun müşahidə ediləcəyi gözlənilir.
Bu xəbəri də oxu: Tez sağalmaq üçün bu supu için
Son.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, Lirid meteor seli bəzən saatda 100 meteor müşahidə edilə bilər - bu cür aktivlik 1803, 1922, 1945, 1982 və 1985-ci illərdə qeydə alınıb.
Bakıda meteor seli qeyd edilən günlərdə hər axşam saat 20:18-dən sonra müşahidə edilə bilər. Meteor yağışının radiantı (mənbəyi) ən yüksək nöqtəsinə sübh açıldıqdan sonra - təxminən 05:00-da çatacaq. Buna görə də ən yaxşı müşahidə şəraiti sübhə yaxın saatlarda yaranacaq. Yerin fırlanması səbəbindən həmin vaxt Bakı gələn meteorların hərəkəti istiqamətində olacaq, bu da maksimum sayda meteor müşahidə etməyə imkan verəcək. Bakıda radiant nöqtəsi maksimum 83° yüksəklikdə olacaq. Bu zaman saatda təxminən 17 meteor müşahidə edilə bilər.
Lirid meteor seli C/1861 G1 (Tetçer) adlı uzunperiodlu kometlə əlaqəlidir. Bu komet 5 aprel 1861-ci ildə həvəskar-astronom A. E. Tetçer tərəfindən kəşf edilib. Komet hər 415 ildən bir Günəş ətrafında dövr edir və hərəkəti zamanı toz və qaz hissəcikləri buraxır. Yer hər il aprel ayında bu qalıq axınından keçdiyi üçün Lirid meteor yağışı müşahidə edilir. Bu hissəciklər Yer atmosferində yanaraq, göydə qaçan işıqlı parıltılar əmələ gətirir.
Liridlər ən qədim meteor yağışlarından biridir. Bu yağışı təxminən 2700 ildir ki, müşahidə edirlər. Onun ilk müşahidəsini eramızdan əvvəl 687-ci ildə çinli astronomlar aparıblar.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts və Ağ
Həbs olunmuş oğlunu azad etmək adı ilə vətəndaşın 16 min manatını ə
Aparıcı Aytəkin Mərdanova mərhum atası İsmayıl Mərdanovla bağlı payla
Yaponiya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
Ötən ildən etibarən tütün məmulatları tullantılarının ətraf mühitə
Çinin Quansi-Çjuan Muxtar Rayonunda alimlər 16 min il əvvəl yaşamış insa
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) aprelin 7-dən 12-dək Frans
Göyçayda martın 30-da itkin düşmüş 52 yaşlı kişinin meyiti tapılıb.
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzd
Jurnalistlər gündəlik informasiyanı cəmiyyətə ötürən vasitəçilərdir
Uşaqlar şirindirlər, amma hamı onları sevmir. Bəzi bürclərin nümayənd
Türkiyəli aktrisa Aybüke Pusat TRT-də yayımlanan "Teşkilat" seri
Zəngəzur dəhlizinin işə salınması böyük strateji əhəmiyyətə malikdi
"Zabrat-Buzovna-Türkan" magistral qaz kəmərində, Xəzər rayonu, B
Optik illüziyalar və vizual tapmacalar təkcə əylənməyə kömək etmir, h
