Hansı ölkələr bu gecə yay vaxtına keçir? SİYAHI
Digərləri 02 Apr 2025 23:09:00 428 0
Mövsümi vaxtın irəli və geri çəkilməsinin ideya müəllifi 100 dollarlıq əsginasda şəkli olan məşhur Amerika siyasətçisi, alim, folosof Benjamin Franklin olduğu bildirilir. O bir vaxtlar günəşin hələ də yüksəkdə olduğunu və insanların daha bir saat işıqlı havada işləyə biləcəyini qeyd edib.
Bu xəbəri də oxu: Qonşu ölkədə 60 tibb işçisi qidadan zəhərləndi
Bunun üçün isə saatın əqrəbinin irəli və geri çəkilməsinə ehtiyac yaranıb.
Ilk dəfə saatın əqrəbləri Birinci Dünya Müharibəsi zamanı Almaniyada çəkilib.
1916-cı il aprelin 30-da də əqrəblər bir saat irəli, 1916-cı il oktyabrın 1-də isə bir saat geri çəkilib. Tezliklə Böyük Britaniya da eyni şeyi edib və 1918-ci il martın 9-da ABŞ Konqresi elektrik enerjisi istehsal etmək üçün istifadə olunan yanacağa qənaət etmək üçün vaxt zonalarına bölünmə və müharibə zamanı yay vaxtından istifadəni tətbiq edib. Daha bir müddət sonra, 1966-cı ildə Birləşmiş Ştatlar sülh dövründə ilk dəfə yay vaxtına keçid tətbiq edib.
Bir çox ölkə mövsümi vaxt tətbiq edib, lakin indi 60 ölkə bundan artıq imtina edib. Hələ ki Avropa payız və yaz aylarında saatın əqrəblərinin dəyişdirilməsi ənənəsini qoruyur.
Bu gecə dünyanın bir sıra ölkələri yay vaxtına keçir. Belə ki, yay vaxtına keçd 2025-ci ilin martın 29-da, şənbə günündən bazar gününə keçən gecə - 30 mart bazar günü səhər saat 4:00-da baş tutacaq. Həmin andan sonra saat əqrəbləri bir saat irəli çəkiləcək.
Yay vaxtına niyə keçilir?
Bu və digər ölkələr yay və qış vaxtına keçidin müsbət iqtisadi effekt verdiyini düşünürlər. Hazırda bu qaydanın tətbiq olunduğu 100-dən artıq ölkədə elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunduğunu düşünürlər. Beləliklə dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir.
Hansı ölkələr saatlarını yay vaxtına keçirlər?
2025-ci ildə Avropa və Şimali Amerikanın əksər hissəsi, eləcə də Afrika, Asiya, Cənubi Amerika və Okeaniyanın bir hissəsi yay vaxtına keçəcək. Xüsusilə, Avropa İttifaqı ölkələri- Fransa, Almaniya, İtaliya, İspaniya, Polşa, Çexiya, Macarıstan, Rumıniya, Bolqarıstan və sair dövlətlərdə saat əqrəbləri bir saat irəli çəkiləcək. Həmçinin Arizona, Havay ştatları istisna olunmaqla bütün ABŞ ərazilərində.
Bundan başqa Böyük Britaniya, Norveç, İsveçrə, İslandiya (qismən), Serbiya, Bosniya və Herseqovina, Monteneqro, Albaniya, İsrail, Yeni Zelandiya, Çili, Misir, Livan, Avstraliya (qismən) da yay rejiminə keçir.
Daha hansı ölkələr saatlarını dəyişmir:
Argentina
Türkiyə
Qazaxıstan
İran
Gürcüstan
Rusiya
Belarus
Braziliya
Kolumbiya
Venesuela
Peru
Ekvador
Panama
Çin
Aybüke Pusatdan sonra aktyor Boran Kuzum da TRT-nin layihəsindən çıxarılı
Aprel ayının hava proqnozu ilə bağlı yayılan məlumat müzakirələrə sə
Bağlanan "Sözün bitdiyi an" verilişinin aparıcısı Nigar Fərhad
Görkəmli şair Nüsrət Kəsəmənlinin ailəsindəki qalmaqal yenidən alovla
Britaniya Kolumbiyası Universitetinin tədqiqatçılarının fikrincə, smartfo
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azər
Müğənni Xuraman Şuşalı həyat yoldaşı, rejissor Elçin Məmmədovla bağ
"Netfliks"in "Berlin polisi" serialının ulduzu, alman bodi
Aprelin 2-də Heydər Əliyev Mərkəzində məşhur Azərbaycan və alman bəst
İndiyədək Vaşinqtondan Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın enerji ob
Yeni bir tədqiqatın narahatedici nəticələri göstərir ki, planetdə quruda
Əgər meymunçiçəyi (Mpox) xəstəliyinə qarşı effektiv tədbirlər görü
ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliy
"Utair" aviaşirkəti aprelin 5-dən Moskvadan (Vnukovo hava limanı)
