2025ci il “İnşaat Həftəsi”ndə həyata keçiriləcək layihələr açıqlandı
Digərləri 03 Apr 2025 14:17:00 384 0
Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası növbəti dəfə ölkəmizdə "İnşaat Həftəsi" keçirir.
Bu xəbəri də oxu: Bitkoin tarixi maksimumu yenilədi
Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 16 dekabr 2009-cu il fərmanına əsasən 10 aprel "İnşaatçılar Günü" olaraq hər il qeyd edilir.
ATMİA Baş Katibi Şahanə Sarı mətbuat nümayəndələrinə açıqlamasında bildirib ki, "İnşaat Həftəsi" çərçivəsinə hər zaman olduğu kimi, bu il də sistemli işlər həyata keçiriləcək. Azərbaycan Memarlar İttifaqı və Azərbaycan Sənaye Təhlükəsizliyi assosiasiyası ilə uzunmüddətli strateji əməkdaşlığa dair memorandum imzalanacaq, ATMİA Avprova Mühəndislik Cəmiyyətinə Üzvlüyə qəbul ediləcək. Bundan əlavə "İnşaat Həftəsi" çərçivəsində "Mətanət A" Şirkətlər Qrupu tərəfindən Azərbaycanda ilk dəfə istehsal edilən İNOVEX oda və nəmə davamlı fasad lövhələrinin təqdimatının keçirlməsi nəzərdə tutulur. İNOVEX fasad lövhələri innovativ yaşıl inşaat texnologiyasına əsaslanaraq istehsal olunan unikal məhsuldur. Kərpic, mişar daşı, hörgü blokları və s. ilə müqayisədə layihələrin daha sürətli icrasına səbəb olacaq, həmçinin memar və dizaynerlərin dünya təmir tendensiyasına uyğun individual təmir həllərini asanlıqla tətbiq etməsinə imkan verəcək. İNOVEX yaşıl inşaat texnologiyası ilə istehsal edilir, istifadəsi rahatdır, ekoloji sağlamdır.
Qeyd edək ki, assosiasiya mütəmadi olaraq dünyadakı inşaat sektoru ilə bağlı yenilikləri və üzv şirkətlərin yeniliklərini digər şirkətlər arasında paylaşır, bu da sahibkarların sürətli şəkildə maariflənməsinə və dünya təcrübəsinin ölkəmizə sürətlə inteqrasiya etməsinə nail olur.
İspaniyada Kataloniya səhiyyə orqanları "Choceur" markalı şokola
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən Regio
"Paytaxtdakı mənzillər və obyektlərin qiyməti artırsa, söküntü za
Avropa gözəli Güler Erdoğan keçirdiyi avtomobil qəzası zamanı həyatın
"Orduda problem yarananda hamı Müdafiə Nazirliyini ittiham etməyə baş
Astara rayonu ərazisində qaçaqmalçılıq yolu ilə ölkəyə pilotsuz uçuş
Mənzurə Musayeva atasının başına gələn bədbəxt hadisədən danışıb.
"İşğaldan azad olunmuş Ağdam şəhərinə bu ilin oktyabr-noyabr aylar
Aprelin 3-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesin
Bakı Apellyasiya Məhkəməsində qumar oyunlarının təşkili və ya keçiril
Türkiyədə hazırda yayımlanan "Şakir Paşa ailesi: Mucizeler ve skanda
Astrologiyada bəzi bürclər xarici görünüşü ilə bütün diqqəti cəlb e
Tunis Respublikasının Prezidenti Kays Sayid Azərbaycan Respublikasının Prez
