DİM bir sıra imtahanlar keçirib
Digərləri 06 Apr 2025 16:09:00 355 0
Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı keçirilib.
Bu xəbəri də oxu: 1000 manat alanın maaşından bu qədər vergi tutulacaq
DİM-dən Son.az-a verilən xəbərə görə, imtahanlar Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəmkir, Şəki, Lənkəran, Mingəçevir, Şirvan, Qazax, Ağstafa, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Quba, Xaçmaz və Naxçıvan MR-də təşkil olunub.
İmtahanlarda 33315 nəfərin iştirakı nəzərdə tutulurdu.
İmtahanın idarə olunması üçün 141 ümumi imtahan rəhbəri, 400 imtahan rəhbəri, 3172 nəzarətçi, 418 buraxılış rejimi əməkdaşı və 141 bina nümayəndəsi ayrılıb.
İmtahanda 70 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
İlkin məlumatlara əsasən, 7 nəfərdə mobil telefon aşkar olunduğu üçün imtahandan xaric edilib və araşdırma aparılacaq.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində 2023-cü il
Cənubi Koreyanın Tequ şəhəri ətrafında meşə yanğınının söndürülm
Milli Hidrometeorologiya Xidmətinin aprelin 6-sı saat 15:00-a olan məlumatın
Dünyanın bir çox ölkələrində vəfat edən insanların cəsədi və ya yan
Paytaxtın Nərimanov rayonu "Montin" yaşayış massivinə aid (Əlö
ABŞ tarixində ilk dəfə bir ölkənin vətəndaşlarına verilən bütün viz
Musiqi, incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası
İranda Fars əyalətinin Lamerd şəhərində yerli vaxtla saat 10:17-də 4 maq
Azərbaycanın Xarici İşlər Nazirliyi mina partlayışı nəticəsində uşaq
Özbəkistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri S
ABŞ prezidenti Donald Trampı, əgər o, Krımı, Donbası, Xerson və Zaporojy
Xəbər verdiyimiz kimi, 'Kızılcık Şerbeti' serialında 'Pembe
Türkiyənin şimalında yerləşən Çorum şəhərində baş vermiş yol-nəql
