Ombudsman beynəlxalq ictimaiyyəti Ermənistanı basdırılmış minalara görə məsuliyyətə cəlb etməyə çağırıb
Siyasət 06 Apr 2025 17:06:00 353 0
Ermənistanın davam edən mina terroru nəticəsində günahsız insanlar öz həyat və sağlamlıqlarını itirməkdədir. Bu gün Cəbrayılda və Ağdamda baş verən mina partlayışı nəticəsində 4 Azərbaycan vətəndaşı, o cümlədən uşaqlar ciddi xəsarət alıb. Bu faciə regionda mina təhlükəsinin hələ də davam etdiyini və günahsız insanların həyatının hər an təhdid altında olduğunu bir daha ortaya qoyur.
Bu xəbəri də oxu: İlham Əliyev avstriyalı həmkarını təbrik edib
Trend xəbər verir ki, 2020-ci ildən etibarən Ermənistan tərəfdən basdırılmış minalar, həmçinin partlamamış hərbi sursatların partlaması nəticəsidə 392 nəfər həlak olub və ya yaralanıb. Bu, yalnız fiziki deyil, həm də insanların psixoloji və sosial baxımdan dərindən təsirləndiyi ciddi bir problemdir.
İşğal dövründə ərazilərimizə basdırılmış minalar regionda qalıcı sülhün bərqərar olmasına ciddi təhdid yaradır. Bu təhlükənin qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq və yardımlar olduqca vacibdir.
Eyni zamanda, Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdəki humanitar vəziyyətin ciddi şəkildə nəzərə alınması və Ermənistanın beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsi aidiyyəti beynəlxalq qurumlar qarşısında mühüm bir öhdəlik olaraq qalmaqdadır. Minaların məqsədli şəkildə basdırılması insan hüquqlarının ciddi şəkildə pozulmasına, regionda sülhün və təhlükəsizliyin bərpa olunmasını çətinləşdirməyə səbəb olur.
Ombudsman olaraq, beynəlxalq ictimaiyyəti minatəmizləmə fəaliyyətlərinin təxirəsalınmazlığını qəbul etməyə, Azərbaycanın davam edən mina təmizləmə səylərinə dəstək olmağa və həmçinin Ermənistanı məqsədli şəkildə və geniş miqyasda basdırılmış minalara görə məsuliyyətə cəlb etməyə çağırıram.
Xəbərə aid video
Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov 154 ünvanında yerləşən
Türkiyədə ana müxalifət partiyasının növbədənkənar qurultayı keçiri
Bu gün günorta saatlarında sosial şəbəkədə paytaxtın Nəsimi rayonu, Mi
Türkiyəli sənətçi, aktyor, rejissor, tərcüməçi və yazıçı Ahmet Leve
Mümkün müharibəyə tab gətirmək üçün bizə böyük ordu lazımdır.
Alma ən sağlam meyvələrdən biri hesab olunur, lakin düzgün olmayan istehl
Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün əvvəlki illərin məzunları
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində 2023-cü il
Cənubi Koreyanın Tequ şəhəri ətrafında meşə yanğınının söndürülm
Milli Hidrometeorologiya Xidmətinin aprelin 6-sı saat 15:00-a olan məlumatın
Dünyanın bir çox ölkələrində vəfat edən insanların cəsədi və ya yan
Paytaxtın Nərimanov rayonu "Montin" yaşayış massivinə aid (Əlö
ABŞ tarixində ilk dəfə bir ölkənin vətəndaşlarına verilən bütün viz
Musiqi, incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası
