Bu institutlar birləşdiriləcək 2 yeni elmi müəssisə yaradılacaq
Digərləri 07 Apr 2025 20:00:00 372 0
Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamına əsasən, nazirliyin tabeliyində olan bir sıra elmi-tədqiqat institutlarının struktur baxımından optimallaşdırılması nəzərdə tutulur.
Bu xəbəri də oxu: Bakıda restoran yanır
Son.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.
Bildirilib ki, elmi idarəetmənin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edən, institutlararası əməkdaşlığın gücləndirilməsi baxımından mühüm strateji sənəd olan Sərəncam əsasında oxşar və bir-birini tamamlayan istiqamətlər üzrə fəaliyyət göstərən institutlar birləşdirilərək ixtisaslaşmış 8 institut - Geologiya, Coğrafiya, Fizika, Kimya, Riyaziyyat, Botanika, Canlı Sistemlər və Molekulyar Biologiya institutları yaradılacaq.
"Eyni zamanda müasir elmi infrastruktur və beynəlxalq standartlara cavab verən 2 yeni elmi müəssisə formalaşdırılacaq. Bəzi elmi-tədqiqat institutları isə regionlarda fəaliyyət göstərən dövlət universitetlərinin tabeliyinə veriləcək ki, bu da elm və təhsilin inteqrasiyasını daha da gücləndirilməsinə xidmət edəcək. Əlavə olaraq, artıq fəaliyyət effektivliyi zəif olan bəzi elmi-istehsalat birliklərinin fəaliyyətinə xitam veriləcək.
İslahat xarakteri daşıyan Sərəncam çərçivəsində əməkdaşların sosial rifahı, həyat səviyyəsi və elmi yaradıcılığı üçün daha yaxşı şəraitin yaradılması əsas prioritetlərdəndir. Burada əsas məqsəd elmi müəssisələrin fəaliyyətinin effektivliyini artırmaq, dövlət büdcəsindən səmərəli istifadəni təmin etmək, idarəetməni sadələşdirmək və alimlərin əməyinin daha yüksək səviyyədə qiymətləndirilməsini həyata keçirməkdir. Eyni zamanda gənc alimlərin və tədqiqatçıların dəstəklənməsi, regionlarda elmi potensialın artırılması, təhsillə elmin sintezinin gücləndirilməsi islahatın əsas hədəfləri sırasındadır", - nazirlikdən qeyd edilib.
Sərhəddə atəşkəsin pozulması hallarının intensivləşməsində Ermənis
Müğənni Aysun İsmayılova qonaq olduğu "Rəngarəng" verilişind
Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi art
Bütün bürclər arasında çətin kişilər var, lakin Əqrəblər, Oğlaqlar
Təqsirləndirilən şəxs - David Babayan aprelin 7-də Bakı Hərbi Məhkəmə
Prezident İlham Əliyev "Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələr
Çin ABŞ ilə qlobal razılaşma planlarından imtina edib.
Xalq artisti Flora Kərimova Xalq şairi Bəxtiyar Vahabzadə ilə küsülülü
Türkiyəli komediya ustası Cem Yılmaz "X" sosial şəbəkə hesabı
İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Azərbaycan Respubli
Sağlamlıq imkanları məhdud uşaqların I sinfə qəbul olunmaları üçün w
Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi
Müğənni Xatun Əliyeva Rusiyada başına iş gəlib.
"Bakı metropoliteninin "28 May" stansiyasında kəsişərək bir
Mart ayı üzrə 273 müraciətçinin 222-si barədə müsbət qərar verilərə
