Dövlət xadimlərinə suiqəsd hazırlayan terrorçuya hökm oxundu
Digərləri 08 Apr 2025 09:11:00 130 0
Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd hazırlamaqda təqsirləndirilən Elşən Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu xəbəri də oxu: Türkiyədə güclü zəlzələ oldu
Son.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə Elşən Nəcəfov son söz demədən öncə iştirakçıların zaldan çıxarılmasını xahiş edib.
Məhkəmə müşavirə əsasında təqsirləndirilən şəxsin bu xahişini qəbul edib. Prosesin son söz mərhələsi qapalı keçirilib.
Daha sonra məhkəmədə hökm oxunub. Hökmə əsasən, Elşən Nəcəfov 12 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, Elşən Nəcəfovun 2023-cü ilin sentyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanıldığı məlum olub.
Elşən Nəcəfova qarşı irəli sürülmüş ittihamda qeyd edilib ki, o, xarici ölkə ərazisində yaşayan digər Azərbaycan Respublikası vətəndaşı ilə əlbir olub xarici dövlət rəsmilərinin Azərbaycana səfəri zamanı onlara və Azərbaycanın dövlət və ictimai xadimlərinə qarşı ictimai tədbirdə imkan əldə edib terror hücumu etməyə hazırlıq hərəkətləri edib. Bu barədə qətiyyətini ifadə etdiyi və əlbir olduğu şəxsə göndərdiyi səs yazıları iş materiallarına əlavə edilib. Sonuncu Elşən Nəcəfova terrorçuluq əməlləri törətməsi planını həyata keçirərkən öldürüldüyü halda "şəhid" hesab ediləcəyini bildirib.
Elşən Nəcəfov DTX əməkdaşları tərəfindən ifşa edilərək saxlanıldığından, iradəsindən asılı olmayaraq qeyd olunan terror əməllərini törədə bilməyib.
Ona Cinayət Məcəlləsinin 28, 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq), 214-2 (terrorçuluğa açıq çağırışlar), 167-3.1-ci (dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma), 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə ittiham elan edilib.
Müğənni hiss ( Röya Məmmədova) illərdir görüşmədiyi atasını görmə

Yaz aylarında havanın həm günəşli, həm də soyuq keçməsi insanların sa

"Türkiyə Suriyada heç kimin edə bilmədiyi şeyi etdi. Ərdoğan çox g

Bakıda 9 yaşlı uşağın ağciyərindən yad cisim çıxarılıb.

Müğənni Elçin Cəfərovun əsl adı Fanis imiş.

Gürcüstanda 21 yaşlı qız itkin düşüb.

"Asal" Araşdırmalar Mərkəzinin mart ayında Türkiyədə 2 min nə

"AStar" layihəsinin növbəti buraxılışı mərhum Əməkdar artist

Arıqlamaq istəyi bir çox insanın məqsədlərindən biridir. Lakin, diyetolo

Mağaza sahibi əmlakını oğrulardan qorumaq üçün maraqlı üsula əl atıb

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl insult keçirən Xalq artisti Fatm

2025-ci ilə qədər dünyada boşanmaların ən yüksək olduğu ölkələrin y
