Qaraçuxurda peyda olan manyak deyilmiş
Digərləri 08 Apr 2025 11:16:23 118 0
Paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində manyak peyda olduğu iddia olunur.
Bu xəbəri də oxu: Lökbatan yolunda qəza: Ölən var
Son.az xəbər verir ki, söhbət həmin ərazidə yerləşən 104 nömrəli tam orta məktəbdən gedir. Hadisənin şahidi olduğunu iddia edən valideynlərin açıqlamaları şokedici olub:
"Biz məktəbin həyətində valideynlərlə söhbət edirdik. Daha sonra təxmini 45-50 yaşında olan kişi gödəkcəsini önünə tutaraq məktəbdən çıxdı. Daha sonra o, qaçanda çılpaq olduğu görüntüləndi. Deyilənə görə, o 14 yaşlı qızın arxasıyca məktəbə girib".
Bəs övladını götürmək üçün valideyni içəri buraxmayan məktəbə manyak necə daxil olub?
İddialara görə, o, özünü qazi kimi təqdim edərək direktorun yanına getmək istədiyini bildirib. Sonra isə məktəbə daxil olan kənar şəxs nə direktor görüb, nə də onu direktorun otagına kimi nəzarət edən birisi.
Digər valideynlər isə bildirib ki, o məktəbdə həmin qızı dəhlizdə itirdikdən sonra başqa 5-ci sinif şagirdinə yaxınlaşaraq əxlaqsız təkliflər edib. Bütün bu baş verənlər məktəbin təhlükəsizliyin sual altda qoyur.
Məktəbdən açıqlama almağa cəhd eləsək də, təəssüf ki bir nəticəsi olmadı.
Sözügedən hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, sosial şəbəkələrdə paylaşılan məktəb ətrafında bir nəfərin neqativ hərəkətlərilə bağlı ajiotaj daşıyan məlumatlar polis əməkdaşları tərəfindən araşdırılıb.
Həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib. Araşdırmalarla xüsusi narahatedici halın baş vermədiyi müəyyənləşib. Hər iki tərəf verdikləri izahatda bunun anlaşılmazlıq olduğunu bildiriblər.
Aysel Əkbər Son.az
Akademik Milli Dram Teatrının ("Azdrama") səhnə arxasında əlbəy

Avtomobilin təmiz saxlanması həm estetik görünüş, həm də texniki baxım

Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qe

Ölkə başçısının Sərəncamına əsasən bir müddət öncə Bakı şəhə

2025-ci ilin martında ABŞ hərbi hava qüvvələri İranın dəstəklədiyi Y

Paytaxtın Nəsimi rayonundu Kubinka kimi tanınan ərazisində bir müddət əv

"Youtube"da yayımlanan və ssenarisi Əli Ucala tərəfindən yazıla

Rusiyalı aktrisa istirahətə getdiyi faciəvi şəkildə ölüb.

Bakı Şəhər DYP İdarəsi tərəfindən piyadaların iştirakı ilə baş ver

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 4

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin bölgədə həyata keç

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasova ağır itki
