Azərbaycanda Dollar “gizlənməyə” başladı


Digərləri 09 Apr 2025 10:23:56 96 0

Azərbaycanda Dollar “gizlənməyə” başladı

Mərkəzi Bankın banklara gündəlik satılan xarici valyutanın məbləğini açıqlamamaq qərarını necə izah edir?; iqtisadçı deyir ki, manatın...

Bu günlərdə Mərkəzi Bankın hərraclarda banklara nə qədər dollar satdığı barədə məlumat açıqlamamaq qərarı maliyyə dairələri ilə yanaşı ictimaiyyətdə də haqlı narahatlıq yaradıb. Mərkəzi Bankdan verilən "hərraclarda formalaşan məzənnənin sabit qalması və bankların valyuta tələbinin tam qarşılanması səbəbindən bu məlumatların ictimaiyyətə təqdim edilməsi artıq aktual hesab olunmur" açıqlaması isə narahatlığı azaltmayıb.

Neftin qiymətində ötən həftə başlayan eniş fonunda Mərkəzi Bank aprel ayının 1-nə olan valyuta ehtiyatlarını açıqlayıb.  Son bir ayda 0.32% və ya 34.7 milyon dollar artaraq 11 milyard 26.5 milyon dollara çatıb. Ekspertlərə görə, bu artım cüzidir, son 1 ildə ehtiyatların 5.4% və ya 627.9 milyon dollar azalmasının yanında kiçik rəqəmdir. Mərkəzi Bank ötən 1 ildə ehtiyatların hansı səbəbdən bu qədər əriməsinə aydınlıq gətirməyib. Amma ötən il və 2025-ci ilin əvvəlində valyuta bazarında baş verənlərə nəzər saldıqda ehtiyat valyutanın hara xərclədiyi barədə təsəvvür yaranır.

Qeyd edək ki, 2024-cü il ərzində banklara ümumilikdə 7.7 milyard dollardan çox valyuta satılıb. Bu göstərici 2023-cü illə müqayisədə 84.8% çoxdur. Həmin il ərzində keçirilən valyuta hərraclarında cəmi 3 milyard 878.53 milyon dollar satılmışdı.

2025-ci ilin yanvar ayı ərzində isə Mərkəzi Bankda keçirilən 8 valyuta hərracında 500 milyon dollara yaxın valyuta satılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 19.6 faiz çoxdur. Ötən ilin yanvar ayı ərzində keçirilən 7 valyuta hərracında banklara 417.1 milyon ABŞ dolları satılmışdı.

Ekspertlər bu gizliliyin səbəbini valyuta bazarında mümkün panik əhval-ruhiyyə yaranmasının qarşısını almaq istəyi ilə izah edirlər.  Mərkəzi Bank bankların dollar alışı barədə məlumatları açıqladıqda ictimaiyyət də əl-ayağa düşüb dollar alır, kimi bankdakı manat depozitini dollara çevirir, kimi də ümumiyyətlə pulu "yastıq altında" saxlamağa yönəldir.

Xatırladaq ki, Azərbaycan 2015-ci ildə iki dəfə devalvasiyanın acı təcrübəsini görüb. Həmin dövrdə Mərkəzi Bank manatın məzənnəsini qorumağa milyardlarla dollar xərclədikdən sonra qəflətən devalvasiya qərarı verdi. Nəticədə iqtisadiyyata ağır zərbə dəydi, bankların, şirkətlərin, iş adamlarının, sadə vətəndaşların borcu dəfələrlə artdı, onların bir çoxu müflisləşdi. Azərbaycan iqtisadiyyatı bəzi parametrlər üzrə hələ də devalvasiyaya qədərki göstəricilərini bərpa edə bilməyib.

İqtisadçı Elman Sadıqov mövzu ilə bağlı "Yeni Müsavat"a fikirlərini açıqlayıb: "Mərkəzi Bankın aprel ayında açıqlayacağı faiz qərarına  qədər dünyada bir çox proseslər baş verəcək. Hadisələr çox sürətlə cərəyan edir. Hər bir halda, son hadisələr göstərdi ki, dünya birjalarında müəyyən bir stabilləşmə var, xüsusilə ABŞ-ın birjası - Dow Jones geri bərpa prosesi keçdi, yəni satılan səhmlər yenidən investorlar tərəfindən alındı. Ən çox zərər Asiya birjalarında oldu. Honq Konq birjası 13 faiz, Yaponiya birjası, Çin birjaları və sair. Nəticədə çox ciddi enişlər sonradan investorlar tərəfindən alışlarla tədricən bərpa olunacaq.

Açıq-aşkar görünən budur ki, həm Amerika özü, həm də investorlar bu prosesə hazırlıqlı olublar. Yəni əllərdə kifayət qədər böyük nağd vəsait var və həmin nağd vəsait hazırda birjalarda alışlara yönləndirilib. Amma hələ aprel ayında nələrin baş verəcəyi, hadisələrin birdən-birə müsbət və ya mənfi istiqamətdə kəskin bir şəkildə cərəyan edəcəyi hələlik bəlli deyil. Əlbəttə,  tariflər ümumiyyətlə iqtisadiyyata heç bir zaman müsbət təsir göstərməyib, xüsusilə də bu qədər geniş tətbiq olunan tariflər iqtisadiyyatlara ümumilikdə müsbət nəticə verə bilməz. Burada bəzi ölkələr, əlbəttə ki, bu məsələlərdə uduzacaqlar, bəzi ölkələr isə, ayrı-ayrı lokal iqtisadi güc mərkəzlərində müəyyən resessiyaların və yaxud da geriləmələrin, problemlərin çıxacağı ehtimalı ilə qarşı-qarşıyadır".

İqtisadçı qeyd edir ki, bu səbəbdən Mərkəzi Bank bu məsələlərdə ehtiyatlı mövqe sərgiləyir: "Ən əsas məsələlərdən biri ajiotaja yol verməməyə çalışır. Çünki burada önəmli olan məsələ həm də gözləntilərin düzgün bir şəkildə formalaşmasıdır. Yanlış gözləntilərə imkan yaratmaq, əlbəttə ki, müəyyən fəsadlarla nəticələnə bilər. Düşünürəm ki, istər dünyada enerji qiymətləri ilə bağlı mövcud tendensiya, istər dünyada inflyasiyanın artma meylləri, istərsə də müxtəlif ölkələrdə, müxtəlif güc mərkəzlərində resessiya gözləntiləri və s. nəzərə alınaraq, Mərkəzi Bank hazırda faiz artımına gedəcək. Faizlərin artırılması baş verdikdən sonra bu məsələdə ən önəmli amillərdən biri növbəti mərhələdə kredit faizləri ilə bağlı olacaq. Hazırda ən önəmli məsələ, ən vacib amil - monetar siyasət aləti kimi faiz dərəcələrinin artırılmasıdır. Uçot faiz dərəcəsi və faiz dərəcələrinin aşağı-yuxarı həddinin artırılması ehtimalı yüksəkdir".

Bu arada, Mərkəzi Bank tərəfindən təqdim edilən bir günlük təminatsız kreditlər üzrə orta gəlirlilik 7.63 faizə yüksəlməklə bençmark faizlərini üstələyib. Yeni Müsavat Banker.az-a istinadən xəbər verir ki, bir günlük təminatsız kredit faizləri son bir ayda 7 faizdən aşağı düşmüşdü. AMB 2024-cü ilin mayından etibarən uçot faiz dərəcəsinin aşağı həddi - 6.25%, yuxarı həddi 8.25% və uçot faiz dərəcəsi 7.25% müəyyən edib. Bakı Fond Birjasında repo faizləri də müxtəlif vaxtlar üzrə yüksəlib.

Elman Sadıqov ABŞ-da son günlər yaranan vəziyyətlə bağlı mövqeyini də bildirib: "Orada vəziyyət görünəndən də kritikdir və buna görə dövlət bu addımları atmağa məcbur olur. Tətbiq olunan tariflər yalnız proteksionist siyasət kimi təhlil oluna bilməz. Əslində proteksionist siyasət belə olmur və protesksionist siyasət baxımından hətta yanlış addımdır. Çünki proteksionist siyasət seçmə olur, bu şəkildə kütləvi olmur. Xammal, faydalı resurslara tətbiq olunmur. Çünki bununla ABŞ həm də istehsalın maliyyətini artırır, rentabelliliyi azaldır! Son 3 ay ərzində demək olar ki, bütün proqnozlar doğru çıxır. Neftin qiyməti də sürətlə enməyə başladı. Deməli, ABŞ-ın bu tarif siyasəti kaprizdən deyil, zərurətdən doğan addım imiş ki, sözünə baxmayan dünyanı yeni və böyük həcmli qlobal böhranla üzləşdirib masaya oturtsun! Kimin bu böhrandan necə çıxacağı da sual altındadır!

Keçən il də demişdim, dünya tarixində ilk dəfə yeni bir düzəni qlobal müharibəsiz formalaşdırmağa cəhd edirlər. Lakin görünən odur ki, 1929-1933-cü il böhranının nəticələrini iqtisadi addımlarla aradan qaldıra bilməyən ABŞ bunu II Dünya müharibəsindən istifadə edərək həll etdi və hətta özü dünyanın bir nömrəli gücünə, valyutası qlobal valyutaya çevrildi, sistem də onun istədiyi petrodollar sistemi oldu. İndi müharibəsiz yeni düzən alınmır. Regional müharibələr kifayət etmir. Nüvə silahı səbəbindən baş tutmayan qlobal müharibələri qlobal böhran əvəz edə biləcək?

Bir də tez-tez soruşurlar ki, Avropa və ABŞ-ın Qafqaza marağı niyə artıb? Cavab genişdir, lakin sadədir. Son 500 il ərzində yeni düzənin formalaşması Avropadan başlayıb. İndi isə bu düzən Yaxın Şərq və regionumuzdan formalaşmağa başlayıb. Qafqaz, Türkiyə, Suriya, Yaxın Şərq...

Dünyanın istisnasız olaraq demək olar ki, hər bir ölkəsi ən çətin dövrə qədəm qoyur. Açığı, əslində 2025-ci ilin ən təlatümlü illərin başlanğıcı olacağı gözlənilirdi. Bir neçə gün öncə Makron Avropanı ABŞ-a investisiya qoyuluşlarını saxlamağa çağırdı. Beləliklə, ABŞ tərəfindən elan olunan ticarət müharibəsi iqtisadi müharibəyə keçir. Belə bir gedişatda isə hər bir ölkə iqtisadi siyasətinə vaxt itirmədən yenidən baxmağa məcburdur".

Sarayda əl qumbaraları tapıldı  FOTO like
  • 09 Apr 10:22  
Digərləri Sarayda əl qumbaraları tapıldı FOTO

Sarayda 4 ədəd əl qumbarası aşkarlanıb.

arrow Ətraflı
Bank kartında pulu olanlar DİQQƏT  DİN təcili çağrış etdi like
  • 09 Apr 10:22  
Kriminal Bank kartında pulu olanlar DİQQƏT DİN təcili çağrış etdi

Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talam

arrow Ətraflı
Bakının bu ərazisi işıqsız qalacaq like
  • 09 Apr 09:57  
Digərləri Bakının bu ərazisi işıqsız qalacaq

Suraxanıda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində f

arrow Ətraflı
Volkan Konakın mahnısını oxuyan başqa ifaçının da ürəyi dayandı  Qəribə təsadüf  FOTO like
  • 09 Apr 09:51  
Digərləri Volkan Konakın mahnısını oxuyan başqa ifaçının da ürəyi dayandı Qəribə təsadüf FOTO

Türkiyənin Aydın vilayətinin Nazilli rayonunda yerləşən Mehmet Yüzügül

arrow Ətraflı
QAZ24 evakuatorun üzərində CƏRİMƏLƏNDİ  FOTO like
  • 09 Apr 09:29  
Digərləri QAZ24 evakuatorun üzərində CƏRİMƏLƏNDİ FOTO

Evakuatorda daşınan avtomobil cərimələnib.

arrow Ətraflı
Nərminin evində hadisə: "Elə bildim zəlzələdir..." like
  • 09 Apr 08:58  
Şou-biznes Nərminin evində hadisə: "Elə bildim zəlzələdir..."

Müğənni Nərmin Kərimbəyovanın başına iş gəlib.

arrow Ətraflı
Öz toyunda yerə pul səpən bəy həbs olundu like
  • 09 Apr 08:51  
Dünya Öz toyunda yerə pul səpən bəy həbs olundu

Nigeriyada toyda ətrafa pul atan bəy həbs edilib.

arrow Ətraflı
İran və ABŞ arasında danışıqlar birbaşa keçiriləcək – Ağ Ev like
  • 09 Apr 08:50  
Dünya İran və ABŞ arasında danışıqlar birbaşa keçiriləcək – Ağ Ev

Aprelin 12-nə planlaşdırılan İran və ABŞ arasında danışıqların birba

arrow Ətraflı
Tayvanda güclü zəlzələ oldu like
  • 09 Apr 08:42  
Dünya Tayvanda güclü zəlzələ oldu

Tayvanın şimal-şərqində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

arrow Ətraflı
“Firuzə başının boşluğundan kirayədə qalır” like
  • 09 Apr 08:41  
Şou-biznes “Firuzə başının boşluğundan kirayədə qalır”

Müğənni Əli Mirəliyev Əməkdar artist Firuzə İbadova ilə bağlı qalmaq

arrow Ətraflı
ABŞ bu ölkəni bombaladı like
  • 09 Apr 08:39  
Dünya ABŞ bu ölkəni bombaladı

ABŞ Yəmənin paytaxtı Səna, Marib və Hudeydəyə 22 hava hücumu təşkil e

arrow Ətraflı
Nəsrin sevgilisindən ayrılıb? like
  • 09 Apr 08:26  
Şou-biznes Nəsrin sevgilisindən ayrılıb?

Ötən ay sevgili olduqlarını açıqlayan azərbaycanlı aktrisa Nəsrin Cavad

arrow Ətraflı
Çilidə güclü zəlzələ oldu like
  • 09 Apr 07:58  
Dünya Çilidə güclü zəlzələ oldu

Çilidə 5,0 maqnitudalı zəlzələ qeydə alınıb.

arrow Ətraflı
ABŞ bu sahədən gündə 2 milyard dollar qazandırır like
  • 09 Apr 07:57  
Dünya ABŞ bu sahədən gündə 2 milyard dollar qazandırır

ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, ölkəyə idxal olunan mall

arrow Ətraflı