Kənan Qasımov işdən çıxarıldı
Digərləri 05 Mar 2025 12:23:00 478 0
Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsindən uzaqlaşdırılıb.
Bu xəbəri də oxu: Məşhur aşpaz “Restoranlarda bu yeməyi əsla sifariş verməyin”
Son.az modern.az-a istinadən verdiyi məlumata görə, Aparat rəhbəri Kənan Qasımov işdən çıxarılıb.
Buna səbəb kimi Agentlikdə son baş verən hadisələr göstərilir. Belə ki, Prezident İlham Əliyev ötən gün Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət elan edib. Ona işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət verilib.
Mətbuatda yayılan iddialara görə, Turizm Agentliyində Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən "Transparency International" təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslər müəyyən edilib.
"Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar", - iddialarda deyilir.
Qeyd edək ki, Kənan Qasımov 2009-2014-cü illərdə "Transparency International/Azerbaijan" təşkilatında müxtəlif vəzifələrdə çalışıb. O, 2015-ci ilin may-sentyabr aylarında BMT-nin Nyu-Yorkdakı baş qərargahında yerləşən BMT Baş katibinin Gənclər üzrə səfirinin ofisində fəaliyyət göstərib.
2017-ci ilin fevral ayından 2018-ci ilin aprel ayına kimi Milli Turizm Təbliğat Bürosunda Monitorinq və Keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin oktyabrından Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.
Tarix boyu neçə dəfə şahidi olmuşuq ki, hərəkətsizlik, açıq-aşkar h
Azərbaycanın Astara rayonunun ərazisində yerləşən Ləvain su anbarında
Ötən gün Bakıda 31 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.
Müğənni Aysun İsmayılova paylaşımı ilə diqqət çəkib.
Komediya ustası Yevgeni Petrosyanın həyat yoldaşı Tatyana Bruxunovanın eli
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Ermənistanın Qərblə münasibətləri İran üçün təhlükə yarada bilməz
Türkmənistanın ashgabattimes.com portalı Azərbaycanın turizm potensialın
Bakı şəhərinin şimal girişində yerləşən və "Şamaxinka" kim
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Qazaxıstanın "KazMunayQaz&qu
Cəlilabad rayonu ərazisində müxtəlif vaxtlarda 3 yaşayış evinin həyəti
Xalq artisti Röya Ayxanın fotosessiyası birmənalı qarşılanmayıb.
