Xanlar Vəliyevi kim əvəz edir?
Digərləri 09 Apr 2025 15:48:16 111 0
Baş prokurorun müavini - Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin səlahiyyət müddəti başa çatıb və o, təqaüdə göndərilib. Hələlik həmin vəzifələrə yeni təyinat yoxdur.
Bu xəbəri də oxu: Qurban Qurbanov hamı ilə görüşdü Bir ondan başqa
Bəs hazırda hərbi prokurorun səlahiyyətlərini kim icra edir?
Son.az Teleqraf-a istinadən xəbər verir ki, Azərbaycanın hərbi prokurorunun 3 müavini var.
Bunlar ədliyyə general-mayoru Şəfahət İmranov, ədliyyə general-mayoru Fuad Məmmədov və ədliyyə polkovniki Mehdi Hüseynzadədir.
Onlardan ən təcrübəlisi Ş.İmranovdur. O, 1972-ci ildə Göyçay rayonunda anadan olub. 2005-ci ildən Hərbi Prokurorluqda çalışır. General-mayor 16 ildir hərbi prokurorun müavinidir. Ş.İmranov bu vəzifəyə 2009-cu il dekabrın 4-də o zaman Baş prokuror olan Zakir Qaralovun əmri ilə təyin edilib.
Hərbi prokurorun digər müavini ədliyyə general-mayoru Fuad Məmmədovun tərcümeyi-halı geniş ictimaiyyətə məlum deyil. Bilinən odur ki, Məmmədov Fuad Kamil oğlu 2020-ci ilin iyul ayından bu vəzifəni tutur. Onun təyinatı ilə bağlı əmri Baş prokuror Kamran Əliyev imzalayıb. Bu təyinata qədər Hərbi Prokurorluqda şöbə rəisi işləyib.
Hərbi prokurorun üçüncü müavini Hüseynzadə Mehdi Tofiq oğludur. O, 19 may 1976-cı ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1999-cu ildən prokurorluq orqanlarına işə qəbul olunub. Həmin tarixdən Hərbi Prokurorluq sistemində çalışır.
T.Hüseynzadə 22.06.2010-cu ildə Tərtər hərbi prokuroru, 24.06.2013-cü ildə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi, 07.07.2020-ci ildə isə Respublika Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin edilib. 2022-ci ilin mart ayında Baş prokuror Kamran Əliyevin əmri ilə hərbi prokurorun müavini vəzifəsinə təyinat alıb.
Xırdalan şəhər "Jasmine Park" yaşayış kompleksinin sakinləri

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfəri gözlən

"CineMastercard" Las-Veqasda kino istehsalı, distribusiya və texnolo

Həbsdə olan Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rə

Sabah hava şəraiti meteohəssas insanlarda narahatlıq yaradacaq.

Artıq bir müddətdir ki, "Starlink" internet xidməti Azərbaycanda

Azərbaycanda bakalavr və magistratura təhsil pillələrini bitirən şəxslə

Sabah ölkə ərazisində yollarda görünüş məsafəsi məhdudlaşacaq.

Prezident Rəcəb Tayyib Ərdoğan partiyasının TBMM-də keçirilən iclasınd

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Instagram"

ABŞ-ın Texas ştatında yerləşən Colossal Biosciences şirkəti elmi aləmd

Bu gün bürcün bir əlaməti əsl sürpriz alacaq: vəhşi enerji artımı, v

Teleaparıcı Mətanət Əliverdiyeva verilişnə gələn qonaqlara xəbərdarl

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının TBMM-dəki iclasda

Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan arasında əldə edilmiş
