“TikTok”da tanımadığı qadının adına əxlaqsız səhifə açan Cavad həbs edildi
Digərləri 09 Apr 2025 19:24:00 340 0
"TikTok"da əvvəllər tanımadığı qadının fotolarından istifadə edərək əxlaqsız məzmunlu səhifə yaradan şəxs həbs edilib.
Bu xəbəri də oxu: "MTV Azərbaycan" cərimələnəcək
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsinin hökmü ilə Göygöl rayon Qırıxlı kənd sakini olan 32 yaşlı Cavad Əliyevə 3 il 6 ay həbs cəzası verilib.
Məlum olub ki, əvvəllər oğurluq və qəsdən sağlamlığa ağır zərər vurma kimi əməllərə görə tutulmuş Cavad sosial şəbəkədə təsadüfən L. Abdullayevaya (şərti) məxsus səhifəni görüb. O, qadının fotolarını götürərək əxlaqsız məzmunlu yeni səhifə yaradıb, həmin şəxsin 100 manat müqabilində görüşdüyünü yazıb. L. Abdullayeva bundan xəbər tutduqdan sonra Cavada yazaraq səhifəni bağlamasını tələb edib. Cavad isə səhifəni deaktiv etmək müqabilində dəyəri 54 dollar olan jeton göndərməsini deyib, əks halda səhifəni silməyəcəyini və onu daha da rüsvay edəcəyini bildirib.
Məsələ ilə bağlı polisə müraciət edildikdən sonra Cavad Əliyevin şəxsiyyəti müəyyənləşdirilib və ona Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açılıb.
Qeyd edək ki, daha əvvəllər də sosial şəbəkələrdə qadınların görüntülərini götürüb əxlaqsız səhifələr yaradan şəxs məsuliyyətə cəlb edilib.
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fua
Gündəlik həyatımızda çox tez-tez qarşılaşılan suallardan biri də səh
Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sa
ABŞ prezidenti Donald Trampın uşaqlıq evinə pişiklər tərəfindən basqı
Türkiyənin məşhur "Kuruluş Osman" serialında növbəti ayrılıq
Tətbiq etdiyi gömrük rüsumları ilə dünyaya rəsmən müharibə elan edən
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "DOST İn
Cari ilin 11 aprel tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyin
Yaxın Şərq və Şimali Afrika mətbəxi üzrə ixtisaslaşmış aşpaz, apar
Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan muğamı" layihəsi çə
Tailandın populyar turistik adası Koh Samuida tətil edən 24 yaşlı rusiyal
Son günlər ictimai yerlərdə siqaretə görə cərimələr çoxalıb. Bəzi v
Ucarda diabet xəstələri üçün dərman qıtlığı yaranıb.
Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə
